Haram pulla məscid tİkmək olarmı?


Cavab: Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».
Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah-təala behiştdə onun üçün bina ucaldar».
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər».
Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir». («Tövbə» surəsi, ayə 108.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter