Salavat zikrini tərk etməyin ki, Allahın rəhməti sizə də şamil olsun!


“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salam (salavat) göndərirlər. Ey iman gətirənlər! Siz də ona salam (salavat) göndərin və tamamiliə təslim olun. (Əhzab-56) Salavat zikri və bu zikrin əzəməti barədə İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”. (Təfsiri Safi) İmam (ə) salavat zikrində 3 mətləbə işarə edir:
1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.
2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.
3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.


İslam maarifinə əsasən İnsanı bu qədər dəyərli edən nədir?


Quran buyurur: “Həqiqətən Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə mindirdik, onlara müxtəlif paklardan ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).
Bu ayədən çıxartdığımız nəticələr: 1. İnsan bəşər aləminin gözəlliyidir. 2. İnsan Allah yanında başqa məxluqlardan daha dəyərlidir. 3. Allah insana nəql vasitələri, minik vasitələri kimi nemətlər vermişdir. 4. Ona pakizə yeməklər vermişdir ki, bu da insana nə qədər dəyər verməsinin göstəricisidir. 5. Allah Təala istəyir ki, insan qalan məxluqlar və varlıqlar arasında öz yerini yaxşı tanısın və özünə dəyər versin.


Peşmançılıq insana lazımlı hissdirmi?


...Peşmançılıq – qəm və kədərdir ki, insanda pis işinə agah olduğu üçün meydana gələr. Peşmançılıq təfəkkürün məhsuludur. İnsanın sağlam ruha malik olduğundan xəbər verər. Ancaq bitki və heyvanlarda bu cür hal yoxdur. Çünki heyvan instinkti əsasında hərəkət edər. Təfəkkür qüvvəsinə malik deyildir. O kəs ki, heç bir zaman peşman olmaz, iki haldan başqası ona şamil olmaz:
1. Ya ömrü boyu heç bir xata və günah etməmişdir. Bu insan məsumdur.
2. Ya da günahların çoxluğuna görə onda peşmançılıq hissi ölmüşdür. Hz Peyğəmbər (s) buyurur: “O kəs ki, pis iş görər və peşman olar – imandan bəhrələnmiş deməkdir”.


“Ömrüm boyu əldə etdiylərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai


... Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir:
“Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim.”
- Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı İmamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə-35)


Ramazandan sonra gələn Şəvval ayı sözünün mənası nədir?


Bu aya niyə şəvval deyilir? Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir.
İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində “şəul” “ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur. əl-Muraqibat əsərində gələn hədisdə deyilir. “O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar” Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur...


Fitrəni verməsək, orucumuz naqis qalar?!


Məsumların (ə) nəzərinə görə, fitrə zəkatının çox mühüm faydaları var. Onlarla tanış olaq:
1. Orucu təkmilləşdirər. İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir ki, buyurur: “Orucun tamam olması (fitrə) zəkatı verməklədir. Necə ki, namazın tamam olması Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklədir”.
2. Bədənin salamat olması. Oruc bədənin sağlam olmasına gətirib çıxardır, fitrə də həmin salamatlığa verilən zəmanətdir. Rəhmətlik İmam (r) buyurur: “Bədən zəkatı deyildikdə, fitrə zəkatı nəzərdə tutulur. Hədislərdə deyilir ki, əgər kimsə fitrə zəkatını verməzsə, onun üçün ölmək qorxusu olar. Bundan başqa, fitrə zəkatı orucu təkmilləşdirər və tamamlayar”...


Qonaqdan ac olduğunu soruşmaq olarmı? Məsumlardan hədislər


Cavab: Hz Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir». Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir.
Hz Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır». Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».


Ramazan ayında oruc tutanların əldə etdikləri Peyğəmbərin (s) dilindən necə izah olunur?


Həzrt Əli (ə) insanın bu ayda oruc olmasına və bunun qarşılığında Allahın xüsusi rəhmət nəzərində olmasına işarə edən bir hədisində əziz İslam peyğəmbərindən (s) belə nəql edir: “Elə bir mömin bəndə olmaz ki, bu ayda oruc tutsun, lakin Mütəal Allah ona bu 7 xisləti nəsib etməsin:
Bədəni haramla artsa belə onu əridib, məhv edər. Ölüm anını onun üçün asanlaşdırar. Allah onun eyiblərini örtər. llah onu Öz rəhmətinə şamil edər. Can vermə anını onun üçün asan edər. Qiyamət susuzluğunu və aclığını ondan dəf edər. Cənnət nemətlərini ona nəsib edər. Ona bəraət və cəhənnəm atəşindən nicat verər.”
Bütün bunlarla yanaşı bu ayda çoxlu müstəhəb əməllər də vardır ki, insana böyük fəzilət və əzəmət bəxş edir. Bunlara Quran tilavəti, dua, istiğfar, sədəqə vermək, iftar etmək, etikaf və sair misal çəkmək olar.


Həqiqətənmi ramazan ayında Şeytanın əlləri zəncirlənir? – Bu nə deməkdir?


İslam alimləri Şeytanın zincirlənməsi məsələsinin izahında əsas iki diqqət olunası mətləbə işarə ediblər:
- Birinci orucun sipər olması məsələsidir. Yəni insan oruc tutmaqla özünü müdafiə edir. Necəki Allah Rəsulu (s) buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. (Biharul-ənvar .C-70.S-62)
- İkinci məsələ isə ilahi inayətdir. Bu ayda Allah Təala tərəfindən bəndəsinə xüsusi inayətin və xüsusi rəhmətin olmasıdır ki, şeytanın əl qolunu bağlayır. Bu ayda dualar qəbul olur, edilən ehsanlar və münacatlar yüksək dərəcədə ilahi dərgahda qiymətləndirilir. Təbii ki bütün bunların müsbət nəticəsi sonda insanın özünə qayıdır və Şeytanla mübarizə aparmaq üçün, onu ram etmək üçün insanın sipərinə, silahına çevrilir. Nəticədə oruc insanın şeytanla mübarizə vasitəsi, silahı olur. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur.


“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı


Şəhid Mutəhhərinin “İnşaallah” kəlməsi barədə belə buyurur: Biz hətta ən qəti olan işlərimizdə də “İnşəallah” deyirik (Yəni Allah izin verərsə, Allah istəyərsə). Yaxud bəzən “Allah istəsə, sabah olarsa” kimi ifadələr də işlədirik.
Bir bəndə olaraq bucür demək bizim cəsarətimizdə, bizim ləyaqətimizdə deyildir. Hətta Mütəal Allah öz bəndələrinə bu ədəbi öyrətmək üçün bu barədə peyğəmbərinə (s) belə vəhy edib. Beləki bir nəfər Allah Rəsulundan (s) bir şey barədə sual soruşur. Cavab vəhyə bağlı olduğu üçün peyğəmbər (s) “sualına sabah cavab verərəm” deyir. İnşəallah kəlməsini işlətmir. Bu səbəbdə ilahi vəhy 40 gün gecikir. Peyğəmbər (s) çox narahat olur. Sonra vəhy nazil olur: ““Və heç bir şey barəsində: \'Mən onu sabah edəcəyəm!\' – demə!
Ancaq: \'İnşallah deyəcəyəm!\' – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal...” (Kəhf-23-24)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter