“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?


Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur.
Biz “La ilahə illəllah”, “Allahdan başaq məbud yoxdur”, “Allah təkdir”, “Allah birdir”, “Yalnız Allaha güvənirəm” kimi sözləlri demək olar ki, hər gün eşidirik. Amma özümüzə çox az sual vermişik ki, özümüz və ya hansısa bir insan öz ruh və vücudunun dərinliyində axtarış aparıbmı ki, həqiqətən də onun həyatında Allahdan başqa bir pənahı, Allahdan başqasının bir sığınacaq yeri var ya yox? Məsələn, bir çıxılmaz vəziyyət, böhran, giriftarlıqlar girdabına düşəndə ilk yadına düşən kim olur? Kimdən istəyir ki, bu problem və çətinliklərini həll etsin? Bu sualın cavabı bizim “La ilahə illəllah” (“Allahdan başaq məbud yoxdur”) söyləməyimizdə nə qədər haqlı və səmimi olduğumuzu göstərəcəkdir...


İlahi eşqlə adi eşqin 8 fərqi hansılardır?!


İlahi eşqlə adi eşqlərin fərqlərinə diqqət edək:
1. İlahi eşq aramedicidir, başqa eşqlər insanı aramsız edər. 2. İlahi eşq səbir gətirər, başqa eşqlər səbri sındırar. 3. İlahi eşq təkəbbürü sındırar, başqa eşqlər təkəbbür yaradar. 4. İlahi aşiq aləmdəki hər bir şeyi Allahın cilvəsi bilər. Ona görə də hamını sevər. Başqa aşiqlər isə nəfsani istəklərinə qulaq asarlar...
İmam Sadiq (ə) buyurur: «İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu, qulların ibadətidir. Bir dəstə Allah Təalaya savab üçün ibadət edər, bu, muzd alanların ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların ibadəti və ən üstün ibadətdir»./Deyerler.


Günahların hücum etməsinin qarşısını necə almaq olar?


Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın! \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97).
İzah: ... Allahın lütf və mərhəmətinə ehtiyac var. Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən, İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.
Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).


Qəflətdə olmaq nədir? Məsumların (ə) mübarək izahı


İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır”.
İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər”.
İmam Əli (ə) buyurur: “Bilin ki, arzu, ağlı qəflətə salar və Allahı yada salmağı unutdurar”.
İmam Baqir (ə) buyurur: “Namazından ancaq o qədərindən bəhrə aparırsan ki, qəlb diqqəti ilə birlikdə olmuşdur. Ona görə də əgər kimsə bütün namazında səhv edərsə və ya onu əda etməkdən qafil olarsa – o namaz büzüşər və sahibinin üzünə vurular”...


İslam maarifinə əsasən Bəlanı dəf etməyin 6 yolu hansılardır?


Qarşıdan gələn bəlaları dəf etmək üçün nə edək?
1. Dua. İmam Əli (ə) buyurur: “Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin”.
2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz”.
3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin”. “Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar”.


Ərəb aylarından olan Səfər ayında hansı mühüm tarixi hadisələr baş vermişdir?


Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş vermişdir. O cümlədən Allah Rəsulunun (s) vəfatı da bu aya təsadüf edir. Ayın mühüm tarixi hadisələri:
Səfər ayının 1-i: İmam Hüseynin (ə) Əhli-beytinin(ə) əsir kimi Şama daxil olması.
Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.
Səfər ayının 20-si: İmam Hüseynin(ə) şəhadətinin “Ərbəin”(40 mərasimi) günü.
Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin(s) vəfatı,İmam Həsən Müctəbanın(ə) şəhadəti
Səfər ayının 29-u: İmam Rzanın(ə) şəhadəti...


Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?


Başqa hədisdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində iqamə olunarsa, gecə və gündüz mələklərinin hər ikisi onu qeyd edərlər”.
Dinimizdə hər bir şey öz vaxtı və yerində qərar verildiyi kimi, namazın da vaxtı müəyyən olunmuş və müsəlmanlara çatdırılmışdır. Namaz tək ibadətdir ki, Quran adı ilə bəyan edilir. Namazda Quranın tilavət olunması – onun əsil mehvəridir. Namazlar arasında sübh namazının xüsusi məqam və dərəcəsi vardır.
Hz Peyğəmbər (s) buyurur: “O zaman ki, günəş doğar, sanki şeytanın buynuzlarına doğar. Allahım mənə əmr etmişdir ki, günəş doğmazdan əvvəl və kafirin günəşə səcdə etməsindən əvvəl sübh namazı qılım ki, ümmətim Allah üçün səcdə etsin. Onu tez yerinə yetirmək Allah dərgahında daha sevimlidir. Bu, o namazdır ki, gecə və gündüz mələkləri ona şahid olarlar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim sübh namazını camaatla qılarsa və sonra Günəş doğana qədər Allah zikri ilə məşğul olarsa, Allah behiştdə ona 70 dərəcə əta edər”.


Yoxsul kişi Uca Allah-Taaldan (c.c) sualına cavab istəyirdi?


Yoxsul kişi öz güzəranından çox nigaran və pərişan idi. Bir gün əlini göyə qaldırıb, Allaha xitab etdi: “Allahım! Mən niyə bu qədər yoxsulam?”.
Allahdan xitab gəldi: “Çünki bəxşiş etməyi öyrənməmisən”. Kişi dedi: “Axı bir şeyim yoxdur ki, onu bağışlayam”. Allah buyurdu: “Xeyr, bəzi şeylərin vardır: Bir üz ki, onunla gülümsəyə bilərsən. Bir ağız ki, onunla yaxşı sözlər danışa bilərsən. Bir qəlb ki, onu başqaları üçün aça bilərsən. Gözlərin ki, onlarla başqalarına xoş niyyətlə baxa bilərsən. Həqiqi yoxsulluq – ruhi yoxsulluqdur”./Deyerler.


Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə cavab?!


... İmam Sadiq (ə) buyurur: “O kəs ki, dini şəxsiyyətlərlə tanıyar, həmin şəxsiyyətlər onu dindən xaric edər. Hər kim dini Kitab və İtrət əsasında tanıyar, dini müqaviməti dağdan da möhkəm olar. Çünki dağ ola bilsin ki, dağılsın. Ancaq bu cür insanların imanı dağılmaz”. Ona görə də deyə bilərik ki, dini dəyərləndirməyin iki meyarı vardır: biri Qurandır və o birisi isə Əhli-Beytdir (ə). Məsumlarımız (ə) öz kəlamlarında dəfələrlə bu həqiqəti vurğulayıblar. Buyurublar ki, bizim sözlərimiz – İlahi sözlərdir, Quranın sözləridir. Həqiqətləri onlara əsasən dəyərləndirin. Əgər Qurana və bizim buyurduqlarımıza uyğundursa – qəbul edin, yox əgər ziddirsə - imtina edin.


İnsanın başına gələn bəlaların əsas qaynağı haradandır?!


\"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.\" (Şura, 30). İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar. Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq. Bununla yanaşı diqqət etmək lazımdır ki, Allahın qəti ənənəsi belədir: Əgər kimsə Ona bəndəlik və ibadət yolunda addımlasa, təbii səbəb və amillər də onun yardımına tələsərlər. Amma küfr və itaətsizlik etsə, Allahın təbii nemətlərindən məhrum qalacaqdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter