Ədaləti o kəs icra edə bilər ki...


Ədalətin bərpa olunması bəşəri cəmiyyətlərin keçmiş arzusudur!
\"Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Məğlubedilməzdir.\" (Hədid, 25).

İzah: Ədalətin bərpa olunması bəşəri cəmiyyətlərin keçmiş arzusudur. Qurana görə, peyğəmbərlərin (ə) göndərilməsinin hədəflərindən biri ədalətin bütün sahələrdə – hüquqi, ictimai, siyasi və s. – reallaşdırılmasıdır. Peyğəmbərlər (ə) özləri ədalətli olduqları və ictimai ədalətin icrası zamanı gizli qalan tərəfləri bildikləri üçün bu dini amalın gerçəkləşməsində ən uyğun fərdlərdirlər...


İnsan gördüyü yuxunu kimə danışa bilər?


Bəs yuxu yozumu ilə bağlı dinimiz nə söyləyir? Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz yaxşı yuxu görsə, onu yozub başqalarına danışsın. Əgər pis yuxu görərsə, onu yozmasın və kimsəyə deməsin”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yuxu o zamana qədər ki, yozulmaz, yuxu görən quş kimi uçmaqda olar, elə ki, yozular, yerə enər. Yuxunuzu dostunuzdan və nəzər əhlindən başqası üçün danışmayın”. Həzrət Peyğəmbər (s) buyurur: “Yuxuları həsəd və fəsaddan uzaq olan mömindən başqasına danışmayın”. Həzrət Rəsulallah (s) buyurur: “Yuxularınızı alim və xeyirxah şəxsdən başqasına danışmayın”. Deməli, hər kəs yuxuları eşitməyə layiq deyildir. Əgər yuxunuzun yaxşı yozulmasını istəyirsinizsə, gərək onu bu işin əhli olana və ya xeyirxah olana və həsəddən uzaq olan şəxsə danışasınız. Çünki yuxu necə yozularsa, o cür də həyata keçər.


Allah ilə bağlanan əhd deyiləndə, nə nəzərdə tutulur?


Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı (sizinlə əhd bağlamadımmı) ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60). Bəs Allah bu əhdi nə zaman və harada bağlamışdır? Bu İlahi əhdlə bağlı nəzərlər müxtəlifdir. O cümlədən:
1. Bəzi alimlər deyir ki, məqsəd İlahi imandır ki, ağıl onu təsdiq etmişdir.Allah Təala bu əhdi insanla qeyri-rəsmi şəkildə bağlamışdır ki, ağıl onun həqiqət olduğunu yaxşı dərk edir. Yəni, insan başa düşür ki, tövhid yaxşıdır, şeytan pisdir. İnsan ağlı həm yaxşıları dərk edir, həm də pisləri. Ağıl deyir ki, şeytan pisdir, zülm pisdir...


Maddi nemətlərdən düzgün istifadə etməyin 2 meyarı hansılardır?!


İmam Əli (ə) buyurur: “Haram, pis təamdır”. İmamın (ə) nəzərinə görə, ən yaxşı yemək – o yeməkdir ki, halal olsun. Baxmayaraq ki, ləzzətli olmasa belə. Haram yemək hər nə qədər ləzzətli olsa da, pis təam hesab olunur. Dünya nemətlərindən bəhrələnməyin başqa meyarı miqdardır. Yəni, insanın bu nemətdən istifadə etməkdəki məqsədi ehtiyacını aradan aparmaq olmalıdır. Nə çox və nə də az.
İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! O şeyi ki, ehtiyacından çox əldə etmisən, başqalarının xəzinədarı olursan və sənin üçün (o malın) faydası olmaz. Malların bir çoxu onların adınadır, lakin ondan ən kiçik bəhrə almırlar”. Beləliklə deyə bilərik ki, dünya nemətlərindən bəhrələnməyin ən mühüm meyarları onun halal olması və ondan istifadənin etidal həddə olmasıdır.


Vasvası adam - iradəsizlikdən iblisə (lən) tabe olandır?!


Abdullah ibni Sənan nəql edir: “Tanışlarımdan biri dəstəmaz alan zaman və namaz qılanda vasvasalıq edərdi. Dəfələrlə dəstəmaz yerini yumağına baxmayaraq, yenə də qane olmazdı. Onu yanlış hesab edib, yenə dəstəmaz alardı. Bir gün Həzrət Cəfər Sadiqin (ə) xidmətinə getmişdim və bu tanışım yadıma düşdü. İmama (ə) dedim: “Baxmayaraq ki, o aqil bir insandır, ancaq dəstəmaz alan zaman vasvaslıq edir”. İmam (ə) buyurdu: Bu necə ağıldır ki, onda mövcuddur? Necə ağıldır ki, şeytanın ardınca gedər?”. Təəccüblü halda soruşdum: “Şeytanə necə pərəstiş edər ki?”. İmam (ə) buyurdu: “Onun özündən soruş, gör bu vasvasılıq haradan gəlir? Özü cavab verəcəkdir ki, şeytanın işidir. Çünki o, yaxşı bilir ki, iradə süstlüyü və vəsvəsə şeytanın təlqinidir...


Neçə dərdin dərmanı olan bir zikr – Peyğəmbərin (s) dilindən!


Allah Rəsulu (s) buyurub: Ya Əli sənə elə bir kəlimələr təlim edim ki, hər çətinlik və bəladan o zikirlə nicat tapasan? O zaman de: Bismılləhir- rəhmanir -rəhim. La həulə və la quvvətə illa billahil əliyyil əzim. - Zikr rəbbini xatırlamaq mənasındadır. Ümumilikdə zikri iki qismə - dil və qəlb zikri olaraq ikiyə bölürlər. Baxmayaraq ki ən üstünü qəlb zikridir, dil zikridə bəyənilir. Həm də dil zikrinə çox təkid edilir. Çünki dil zikri də öz növbəsində insanın qəlb zikrinə yetişməsinə, rəbbi ilə mənən bağlılıq qurmasına şərait yaradır.
İmam Baqir (ə) bu zikrin bəyanında buyurur ki,güc və qüvvət Allah Təalaya məxsusdur. İnsan bu zikiri deməklə öz itaət gücünü Allaha Təalaya nisbət verir, yəni rəbbi ona itaət üçün güc verib. Bir günahla üzləşəndə də rəbbi onunla o günah arasında bir ruhani hal, bir maneə yaradır və insanı günahdan qoruyuyr. Allah Təala insana verdiyi güc və inayətlə insanı qoruyur.


Ən böyük və ən üstün İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir - Məsumalarımız (ə) valideynin məqamı barədə!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı əməl sahibi olan övlad mehribanlıqla ata və anasına baxarsa, hər bir baxışın qarşılığında ona kamil və qəbul olmuş bir həccin savabı verilər”. İmam Rza (ə) buyurur: “Üç şey üç şeylə birlikdə yerinə yetməlidir:
1. Namaza zəkatla birlikdə əmr edilmişdir, ona görə də o kəs ki, namaz qılar və zəkat verməz – namazı qəbul olmaz.
2. Özünə şükür etməyi ata və anaya şükür etməklə birlikdə əmr etmişdir, ona görə də hər kim ata və anasına təşəkkür etməz – Allaha şükür etməz.
3. İlahi təqvaya sileyi-rəhmlə birlikdə əmr edilmişdir, ona görə də hər kim sileyi-rəhm etməz, İlahi təqvanı da yerinə yetirməmiş olar”.
Hz Peyğəmbər (s) buyurur: “Hər kim Allahın ata və ana barəsində əmr etdiklərinə itaət edər, behiştin iki qapısı üzünə açılar. Əgər Allahın əmrini onların biri barəsində yerinə yetirərsə, bir qapı açılar”. Hz Peyğəmbər (s) buyurur: “O bəndə ki, Allahın və ata-anasının mütisi olar – Qiyamət günü ən üstün yerdədir”.


İslam maarifinə əsasən Hədəflərimizin düzgün olub-olmamasını necə bilək?


Həzrət İmam Rza (ə) bizə həqiqi möminin üç bariz sifətini tanıtmışdır ki, onunla tanış olaq. İmam (ə) buyurur: “Heç bir mömin imanını kamil etməz, məgər o halda ki, onda bu üç sifət olar: 1. Dinşünaslıq. 2. Həyatda gözəl qərarlar vermək. 3. Müsibət və bəla zamanı səbir etmək”. O zaman ki, insanlara müsəlmanla bağlı sual verirlər, zehnlərinə gələn ilk şey din olar. Bəs din nədir? Əgər bir cümlədə dini tərif etmək istəsək, gərək deyək ki, İlahi müstəvidə insanların yerinə yetirməsi zəruri olan vahid qanun və göstərişlər silsiləsidir. Bu mənanı iki hissəyə bölmək olar: 1. Vahid qanun və göstərişlər silsiləsi ki, ona din deyərlər. 2. İnsanlar gərək bu qanun və göstərişləri yerinə yetirsinlər.Ancaq bu qanun və göstərişlərin Allah tərəfindən olması zəruridir. O halda həmin qanun və göstərişləri din adlandırmaq olar. Bütpərəstlərin və ya Günəşə, Aya pərəstiş edənlərin özləri üçün təyin etdikləri qanunları din adlandırmaq olmaz...


Məsumların hədisinə əsasən İlahi rəhməti qazandıran 4 əməl hansılardır?!


Ayətullah Cavidanın tövsiyələrindən: “İmam Əlinin (ə) nəzərinə görə İlahi rəhməti cəlb edən ən üstün əməl – insanların hamısı ilə mehriban olmaqdır.
Əlbəttə də ki, mehribanlıqlar və insanlarla səmimi münasibət həm onların və həm də Allahın sevgisini cəlb edəcəkdir. Ancaq əlbəttə ki, mömin mütləq düzgün təqlidinə, dəstəmazına, qüslünə və qıldığı namazının düzgünlüyünə və əvvəl vaxtda olmasına diqqət etməlidir.
1. İmam Baqir (ə) tövsiyə edir ki, Allaha sidq ürəklə dua etmək və müraciət etmək – Allah bəndəsini İlahi rəhmət bulağından sirab edər. Xüsusilə də gecə dua və münacatlarının faydalı olduğunu bəyan etmişdir. Çünki gecə ibadətləri bəndəni İlahi qürbə çatdıran əməllərdən hesab olunur.
2. İlahi rəhməti cəlb etməyin ikinci amili – insanlarla mehriban olmaqdır. Əgər insanlar bir-biri ilə həmdərd olsalar, o zaman cəmiyyətin özü İlahi rəhmətdən bəhrələnmiş olacaqdır.


Zəif iradəni gücləndirmək üçün hansı məsləhətə diqqət etmək tapşırılır?!


Güclü iradəyə malik olmaq – hamının arzusudur. Ancaq güclü iradəyə malik olan insanların sayı azdır. Mütəxəssislər bizə iradəni gücləndirmək üçün yollar tövsiyə edirlər ki, onlarla tanış olaq:
1. İradəni gücləndirmək işinin tədrici olduğunu qəbul edin. Ona görə də özünüzə qarşı çox sərt olmayın. Bilin ki, yavaş-yavaş iradənizi gücləndirə bilərsiniz. Əgər həyatımızda böyük dəyişiklik etmək istəyiriksə, gərək kiçik addımlardan başlayaq.
2. Həvayi-həvəsdən uzaq olmaq. O kəslər ki, özlərini kontrol edərlər, bu sahədə təmrin edərək, iradələrini daha da gücləndirə bilərlər. Əgər nəfsimizi kontrol etməyi və onu boş buraxmamağı bacarsaq, o zaman iradəmizi də gücləndirmiş olacağıq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter