Mən nə üçün oruc tutmalıyam? 7 səbəb


Ağılım mənə hökm edir ki: Yeddi səbəbə görə mən oruc tutmalıyam:
1 - Çünki bu, mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm...


Üç böyük irfan və mənəviyyat alimi Ramazan ayı haqqında hansı tövsiyələri edirlər?!


Halaldan yeyin, nə az yeyin, nə də çox, zikrləri unutmayın – din alimlərinin üç mübarək ayla bağlı tövsiyələri! Rəcəb, Şəban və Ramazan ayları – insanın nəfsini islah etməsi üçün ən gözəl aylardan hesab olunur. Bu yolda səy göstərmiş və böyük nəticələrə çatmış şəxsiyyətlərin həyatına nəzər salaq və onların tövsiyələrinə diqqət edək.
Ayətullah Seyyid Əli Qazi Təbatəbai. Alim buyurur: “Sizlərə tövsiyə edirəm ki, xüsusilə bu üç ayda namazlarınızı vaxtında ən gözəl şəkildə yerinə yetirəsiniz. Bu vacib namazlar, nafilə namazları ilə birlikdə 51 rükət edir. Əgər bacarmasanız, 44 rükət qılın. Əgər dünya məşğuliyyətləri imkan verməsə, ən azı gecə namazının nafiləsini qılın. Gecə namazından heç bir mömin qaça bilməz. O, möminin içəcəyidir. Vacib namazlardan sonra Xanım Zəhranın (s.ə) təsbihatını etmək yaddan çıxmasın. Cümə günündə isə “Cameə” ziyarətini oxuyun”.


Suluk yolunda bir şey əldə etmişəmsə... – Ayətullah Noxudəkinin bizlərə tövsiyələri


İslam dininin ən böyük alimlərindən olan və İmam Zaman ağanın (ə) xüsusi inayətini qazanan alimlərdən biri də Ayətullah Həsənəli Noxudəki olmuşdur. Kəramət sahibi olan bu böyük alimin bizlərə tövsiyələri olmuşdur ki, onlarla tanış olaq:
“1. Allah bəndəsinin gecə zamanı edə biləcəyi ən böyük ibadət – təfəkkürdür. İnsan əvvəl hansı mövzu haqqında təfəkkür edəcəyini müəyyən etməli və sonra o haqda düşünməlidir.
2. İnsan hər nə qədər alim olarsa, məsuliyyəti də bir o qədər artar. Ona görə də alimlərin vəzifəsi adi insanların məsuliyyətindən daha çoxdur.
3. Nəfsini bu fani dünyadan üstün tut ki, bu dünya davamlı deyildir. Ondan uzaq durmaq sənin üçün yaxşıdır. O kəslərdən olma ki, Allah ona uca məqam əta etmişdir, ancaq o, davamlı olaraq alçaq şeyləri istəyər”.


Tövbənin qəbul olunduğunu görsədən nişanələr hansılardır?!


Tövbəmizin qəbul olunmasını anlamağımıza yardım edən nişanələr bunlardır:
1. Tövbə etdikdən sonra insan ruhunda olan xüsusi sevinc və şadlıq hissi.
2. İnsan günahından peşman olmasını Allaha ciddi şəkildə çatdıra bilərsə, o zaman tövbəsi qəbul olar. Yəni, Allahla münacat edərək, həqiqətən peşman olmasını həm dili, həm də ruhu ilə bəyan etməlidir. Bu zaman əgər ruhunda inqilab hiss edərsə, deməli tövbəsi qəbul olmuşdur.
3. Allahın bağışlayan olmasına bütün varlığı ilə ümid etmək və təvəkkül etmək də bu nişanələrdən biridir...


İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?


Qəflət o şeydir ki, insana həqiqətləri gizlədər və onu başqa yersiz işlərlə məşğul olmağa vadar edər. Qafil insan öz ağlından faydalanmaz və heyvani hisslərinə daha çox üstünlük verər. Qafil insan əvvəl özünü unudar, sonra isə Allahını. O kəs ki, özünü unudar, insanlığını unudar və kim olduğunun həqiqətinə diqqət etməz. Onun həyatı, mahiyyətcə heyvanların həyatından fərqlənməz. Dünyanın maddi cazibəsi onu o qədər özünə cəzb edər ki, başqa şeyi düşünməz və nə üçün xəlq olduğunu unudar. Belə bir insan nə dünyada və nə də axirətdə səadət üzü görməz. Halbuki, Allah Təala Öz peyğəmbərlərini (ə) məhz insanları qəflətdən ayıltmaq üçün göndərmişdi.


İşin ən yaxşı başlanğıcı və sonu nədədir?


Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar – baxmayaraq ki, az olsa belə”.
İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: “İşin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır”.


Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni Cinləri necə dəf etmək haqda hansı tapşırıqları etmişdir?!


Böyük İslam alimlərindən olan Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni cinlərin dəf olunması mövzusu haqqında buyurmuşdur: “Şeytan davamlı olaraq öz cin və insdən olan ordusunu möminlərin yolunu bağlamaq üçün hərəkətə gətirər. Bu bəladan nicat yolu isə Allaha təvəkkül edib, Ondan qeyrisindən əlini üzməkdir. Çünki hər şey Onun qüdrətindən və iradəsindən asılıdır”. Alim buyurur: “Bununla yanaşı bəzi tövsiyələrim vardır ki, onlara əməl edəsiniz:
1. Yaxşı olar ki, hər namazdan əvvəl siz və ailəniz bu zikri deyəsiniz: أعوذُ بِاللهِ مِن هَمَزاتِ الشَّياطينَ و أعوذُ بِاللهِ أن يَحضُرونَ
2. Yaxşı olar ki, yaşadığınız mənzillər yerə yaxın olsun. Əgər çarəsiz yuxarı mərtəbələrdə yaşayırsınızsa, onda evinizin dörd küncünə “Ayətül-kürsü”nü yazıb yapışdırın.
3. Çalışın ki, həmişə dəstəmazlı olasınız. Səhər açılan zaman bir qədər kündür yandırın...


Şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir!


Şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir!
Şəfaət edənlərin şərti:\"(Müşriklərin) Onu qoyub yalvardıqları (tanrılar) şəfaət edə bilməzlər. (Mənasını) bilərək haqqa şəhadət verənlər isə istisnadır.\" (Zuxruf, 86).
İzah: Yuxarıdakı ayəyə görə, yalnız iki əsas şərti özündə toplayan kəslərin şəfaət hüququ var. Bu iki şərt bunlardır: 1. Haqlı və düzgün şahidlik etsinlər. Yəni Allaha iman gətirib, iman və saleh əməllə Onun yeganəliyinə və öz bəndəliklərinə şahidlik etsinlər. 2. Kimlərin şəfaətə layiq olduğunu bilsinlər. Bu mətləb ötən ayədə də öz əksini tapmışdı ki, şəfaət istəyi Allahın razı olduğu və qəbul etdiyi sözlə birgə olsun. Bütün bunlardan aydın olur ki, şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir...


Dünya məhəbbətini qəlbimizdən çıxartmaq üçün əsasən hansı məsələyə diqqət yetirək?!


İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də belə buyuruşu var: “Bu dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Allahın günahı edilən tək məkandır. İlahi mükafata çatmaq üçün onu tərk etməkdən başqa yol yoxdur”. Qurani-Kərim dünyanın nə qədər alçaq və dəyərsiz olduğunu bizə dəfələrlə xəbər vermişdir. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64). Əgər hədislərə nəzər salsaq görərik ki, dünyanı cəyitkənin ağzında yarım çeynənmiş yarpağa bənzətmişdilər.
İmam Əlinin (ə) nurani buyuruşunda iki mühüm nöqtə vardır: 1. Birincisi budur ki, Allahın günahının edildiyi tək məkan – Yer kürəsidir. 2. Hər kim civadan səadətə çatmaq istəyirsə, gərək onu tərk etsin...


Peyğəmbərin (s) bu mübarək ayı şəbanda hansı əməllər daha fəzilətli hesab olunur?


Qəməri aylarının içində Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Mübarək Rəcəb ayını artıq arxada qoyuruq və gözəl Şəban ayına daxil oluruq. Bəs Peyğəmbərin (s) bu mübarək ayında hansı əməllər daha fəzilətli hesab olunur?
1. Peyğəmbərə (s) yaxınlaşmaq. Hədislərimizin buyurduğu kimi, Şəban ayı – Həzrət Peyğəmbərin (s) ayıdır və ona görə də hər birimiz bu ayda ona yaxınlaşmağa çalışmalı və Həzrətin (s) inayətini qazanmalıyıq. Hər kim bu ayın onun üçün bərəkətli olmasını istəyirsə, gərək bu ayın sahibinə təvəssül etsin və yaxınlaşsın. Ona görə də bu ayda salavatlarımızın sayını artırmalı və Həzrətə (s) daha çox təvəssül etməliyik.
2. Oruc tutmaq. Şəban ayında oruc tutmağın xüsusi fəziləti vardır. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayının bir gününü oruc tutsa, Allah behişti ona vacib edər”. Bu ayın son üç gününün orucu – çox tövsiyə edilən əməllərdəndir. Hər kim bu üç günü oruc tutub, onu Ramazan ayına birləşdirərsə sanki iki ay dalbadal oruc tutmuş kimi olar və onun savabına çatar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter