Alverdə hansı işləri görmək olar, və nələr qadağandır?!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ticarət edir, gərək beş şeydən uzaq olsun. Əks halda gərək alış-veriş etməsin. Sələm, and, malın eybini gizlətmək, satış zamanı tərifləmək, malı alan zaman onun haqqında pis söz demək”.
-İmam Sadiq (ə) buyurur: “Hər kim ticarət etmək istəyir, gərək dininin əhkamını öyrənsin ki, bu yolla halalı haramdan ayırsın. Hər kim öz dininin əhkamını öyrənməz və ticarət edər, şübhə tələsinə süqut edər”.
-İmam Sadiq (ə) buyurur: “Nə zaman müsəlman ticarətdən peşman olar, ticarətin ləğv olmasını istəyər, ticarətin o biri tərəfində olan müsəlman bu ticarətin ləğv olmasını qəbul edər, Allah Qiyamət günü onun büdrəmələrindən keçər”...


Qadınların tək başına müqəddəs məkanları ziyarətə getməsinin şərii hökmü nədir? – Ayətullah Sistani


Qadınların yanlarında həyat yoldaşları və ya yaxın məhrəmləri olmadan müqəddəs məkanları ziyarətə getməsinin hökmü nədir?
Cavab: Bu kimi məsələlərdən məqsəd özlərini haramlardan qorumalarıdır. Gərək harama düşməyəcəklərindən əmin olsunlar.
Bəli, əgər qadın evli olarsa, yaxud, ata və babası sağ olarsa və onlar da (ər, ata, baba) qadının səfərə çıxmasını təhlükəli bilib icazə verməsələr, gərək onlarla müxalifət etməsin.


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən tövbə namazının qılınma qaydası necədir?!


Həzrət Peyğəmbər (s) buyurdu: “Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Tövhid”, 1 dəfə “Fələq” və 1 dəfə də “Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu “Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. (“Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz”)
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: “Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur...


Camaat namazında iştirak etmək üçün hansı 6 mühüm nöqtəyə diqqət etmək lazımdır?


Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”. Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”. Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.
3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.
4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır...


Məhərrəm və səfər aylarında görülməsi münasib olmayan işlər hansılardır?


Sual: Bu iki ayda bəzi möminlər gündəlik həyatlrında əməl etdiyi bəzi icazəli işləri tərk edirlər. Məsələn bunlara evlənməyi, yeni evə köçməyi, yeni ev əşyaları və ya paltarlar almağı misal çəkmək olar. Bu iki ayda ehtiramı ilə bağlı düzgün, şərii göstəriş necədir?
Cavab: Bu qeyd olunanları yerinə yetirmək haram deyildir. Lakin sadlıq etmək, bəzənmək kimi işlərə Aşura günündə rəvac vermək ehtiramsizlıq sayılır. Bəli daha layiqlisi budur ki, insan Əhli-beytin (ə) hüzünlü, müsibətli günlərində, öz əzizini itirmiş biri kimi davransın.


Camaat namazlarında diqqət edilməli bəzi mühüm məsələlər


Camaat namazının düzgünlüyü barədə bir neçə mühüm mətləbləri Ayətullah Sesyyid Sistaninin fətvalarına uyğun olaraq nəzərinizə çatdırırıq:
1- İmama qoşulmaq üçün iqtida (birləşmə) qəsdi olmalıdır.
2- Camaat namazının İmamı, İmama iqtidaedənlər üçün müəyyən olmalıdır, onu ümumi olaraq tanıması kifayətdir. Məsələn; Hazır olan İmama -onu tanımasa belə - iqtida etmə məqsədi daşımalıdır.
3- Camaat İmamı namazında müstəqil olmalıdır. Buna görə də başqa birinə iqtida etmiş olan birinə iqtida etmək caiz deyil.
4- Namaza qoşulan adam namazına iqtida edərək başlamış olmalıdır. Beləliklə, tək olaraq namaz qılan birinin namaz halında niyyətini camaat namazına çevirməsi caiz deyil.(namazı əda edən İmam, qoşulan isə memum adlanır)


Dəstəmaz almağın hikməti və misilsiz faydaları barədə - Hədisdə nə deyilir?


Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayıd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaqlar”.
-Həzrət Peyğəmbər (s): “Gücünüz yetdiyi qədər dəstəmazlı olun. Hər kəs dəstəmazlı halda ölərsə ona şəhadət savabı yazılar”.
-İmam Sadiq (ə): Kim evində xeyir bərəkətin çoxalmasını istəyirsə yemək yediyi vaxt dəstəmaz alsın.


Qüsl (dəstəmaz) aldıqdan sonra insanın barmağı kəsilsə, yenidən qüsl (dəstəmaz) almaq lazımdırmı?


Oxucu sual verir: Qüsl və ya dəstəmaz aldıqdan sonra insanın barmağı kəsilsə və ya üzündəki sızanaq deşilib qan gəlsə, yenidən qüsl almaq lazımdırmı?
Qüsl (eləcə də, dəstəmaz) hökmlərində bunları batil edən hallar açıqlanır. Qüsl və dəstəmaz bədəndən yara qanı gəlməklə batil olmaz. Yalnız qadınlara məxsus heyz, nifas və bəzən istihazə qanı gəlməklə qüsl və dəstəmaz batil olar. Bədən yaralanmaqla və ya sızanaq deşilməklə qan gəlsə, dəstəmaz öz qüvvəsində qalır. Amma namaz qılmaq üçün bədənin və libasın pak olması şərtdir. Buna görə də, dəstəmaz və qüsldən sonra bədənindən yara (sızanaq) qanı gəlmiş şəxs qanı yuyub, həmin yeri pak etməlidir. Bundan sonra namaz qılmaq olar. Dəstəmaz və qüslü təzələməyə ehtiyac yoxdur.


Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi?


(Ənfal-41) - Ayədən də göründüyü kimi xums mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan əməldir. Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.
Xums üçün ilə ərzində bir gün təyin edilməlidir. İnsan il ərzində bütün ehtiyaclarını ödədikdən sonra əlində qalan qazancının beşdə birini dinin etibarlı və səlahiyyətli nümayəndələrinə verməlidir. İl ərzində təyin olunan həmin günün İslami təqvimlə (hicri), yaxud miladi ilə olması barədə redaksiyamıza suallar ünvanlanır.
Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına sual ünvanlanıb. Cavab: Mükəlləf hicri və ya şəmsi təqvimini seçməkdə ixtiyar sahibidir. Lakin bir şeyi bilməlidir ki, ümumiyyətlə xüms ilinin təyini ixtiyari deyil, vacib bir əməldir. Bu hesablama ilk qazancın əldə edilməsi ilə başlayır.


Naməhrəmlə real və virtual ünsiyyyət zamanı özünənəzarəti necə etmək olar?


Bu barədə bəzi tövsiyələrə diqqət edək:
1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.
2. Kimisə nəticəsiz sevmək – get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı edir. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardır ki, insana mənfi nəticələr gətirir. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edir.
3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter