Ramazan ayının oruc niyyəti ilə bağlı hansı mühüm məsələlərə diqqət yetirmək lazımdır?


Bu ayda diqqət olunmalı mühüm məsələlərdən biri də “niyyətdir”, beləki möminlər ramazan ayının orucunun niyyətinə diqqət etsinlər:
1 - Ramazan ayının orucunun niyyəti necə olmalıdır? İnsan bütün ibadətlərini gərək niyyətlə yerinə yetirsin. Belə ki yeyib, içməkdən və orucu batil edən bu kimi işlərdən Allah Təalanın göstərişinə uyğun olaraq çəkinsin. Bunu bu cür bilməsi və qərar verməsi kifayətdir. Dilə gətirməsi lazım deyil.
2 - Bir nəfər sabah oruc tutacağına niyyət edə, sübh əzanından sonra oyana və bilmədən bir şey yeyə. Orucunun hökmü nədir? Əgər oruc niyyəti edibsə əhvən, bilmədən bir şey yeyib, içmək oruca zərər vermir (yadına düşən kimi dərhal tikəni ağzından çıxartmalıdır).
3 - Vacib orucun adi qaydada niyyəti nəzaman olmalıdır? Ramazan ayının orucunun və vaxtı müəyyən olan digər orucların (məs- nəzir orucu) niyyəti gecənin əvvəlindən sübh əzanına qədər olmalıdır. (Məs- sabah oruc tutacam)...


Oruc tutan şəxs hansı bəyənilməyən işlərdən uzaq olmalıdır?


Qeyd etmək lazımdır ki, oruc tutan birinci növbədə haramlardan, ikinci növbədə isə məkruhlardan çəkinməlidir. Amma çəkinməsə də bu ona axirətdə cəza və əzab gətirməz. Məkruh əməllər orucu pozmur, amma savabını azaldır. Oruc tutan şəxsin bu işləri görməsi Allah Təala dərgahında bəyənilmir.
1-Gözə dərman tökmək (Qeyri-zəruri halda)
2-Qan aldırmaq
3-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək
4-Əyindəki paltarını islatmaq
5-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)...


Namaz əsnasında səcdə ayəsi eşidən şəxs nə etməlidir?


Qurani-Kərimdə səcdə vacib olan ayələr: Ələq surəsi-19 Səcdə surəsi-15 Fussilət- 37 Nəcm- 62 Qeyd olunan bu ayələri kamil şəkildə eşitdikdə həmin şəxsə səcdə etmək vacib olur. İnsan gərək səvdəyə getsin. Bu zaman səcdənin xüsusi zikri yoxdur. İstədiyi zikri deyə bilər. Bəs namaz əsnasında bu ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına elektron sual ünvanlayıb: SUAL: Namaz əsnasında səcdə ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? CAVAB: Bu zaman onun namazı səhihdir (düzdür). Bu zaman bu ayələri eşidənə səcdəyə getmək əvəzinə işarə ilə yerinə yetirmək vacib olur. (Yəni başı, gözü ilə səcdəyə gedirmişkimi işarə etsin, ürəyindən keçirsin).


Spirt murdar maddə hesab olunurmu? Dörd müctəhidin baxışı


Cavab 1: Əgər spirtin əsli maye olsa və mütəxəsislərin rəyilə məstedici mayelər sinfinə aid edilsə, vacib ehtiyata əsasən nəcisdir. Onun dəydiyi bədən və paltarı namaz üçün dəyişmək lazımdır. Əlbəttə, bu cür spirtlə tibbi ləvazimatları və s. dezinfeksiya etməyin heç bir eybi yoxdur. Lakin spirtin əslinin maye və sərxoşedici olmasına əminlik olmazsa, paklığına hökm olunur. Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Əcvibətul-istiftaat\",s.304,305
Cavab 2: Qapı, pəncərə, stol, stul və s. kimi əşyaların rənglənməsində istifadə olunan texniki spirtin bütün növləri pakdır. Müstəhəbb ehtiyata əsasən məstedici olan spirtlərdən çəkinmək lazımdır.


Qəzet, jurnal və bu kimi yazılarda Quran ayələrinə toxunmağın hökmü nədir?


Cavab: Bəli, bu məsələ yalnız Qurani Kərimlə xüsusiləşmir. Quran ayəsi və ya hər hansı kəliməsi başqa bir kitabda, qəzetdə, jurnalda və bu kimi yazılarda olmasından aslı olmayaraq bu məsələ ümumidir. Qeyd edək ki, Quran tərcüməsi bu hökümdə deyildir: Sual: -Ərəb dilindən qeyri dildə olan Quran ayələrinə dəstəmaz olmadan toxunmaqın hökmü nədir?
Quranın yazısına dəstəmazsız toxunmaq, yaxud bədənin hər hansı bir hissəsi toxundurmaq haramdır. Amma Quranın tərcüməsinə dəstəmazsız toxunmağın işkalı yoxdur. (İmam Xomeyni, Ayətullah Lənkərani, Sistani, Zəncani, Behcət, Məkarim Şirazi).


Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei


Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei Adətən camaat namazlarında İmam-camaat kişilərdən ibarət olur. Qadın İmam camaat ola bilərmi?
Bu barədə Hawzahnews.com xəbər agentliyi Ayətullah Seyyid Əli Xamneinin dəftərxanasına sual ünvanlayıb:
Sual: Qadın hansı halda camaat namazında İmam-camaat ola bilər?
Cavab: Qadının İmam-camaat olması yalnız qadınlardan təşkil olunmuş camaat namazında icazəlidir.


Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?


Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?İslam alimləri bu əməli müstəhəb hesab etmişlər. Hədislərdə bu əməlin əhəmiyyəti haqda İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: “Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə səhabələri ilə birgə, Həcərul-əsvədin yanında camaat namazı qıldı. Həzrət namazı qurtaran kimi, namazın salamlarından dərhal sonra əllərini 3 dəfə qaldırdı və hər dəfəsində təkbir dedi və sonra dua oxudu. Sonra üzünü əshabına tutub buyurdu: -Bu dua və təkbirləri vacib namazlardan sonra tərk etməyin. Beləki bu dua və təkbirlər Allah Təalanın müsəlmanlara kafirlər üzərində verdiyi qələbəyə şükranlıq nişanəsidir. “ (Vəsailuş-şiə 6/452) Mərhum İmam Xomeyni (r) bu üç təkbiri belə mənalandırıb: “Bunlar bir bəndənin, yaradan Mütəal Allah qarşısında öz zəlilliyini, nöqsanını, acizliyini, günahlarını etiraf etməsi mənasındadır.”(Adabe namaz)


Hədiyyənin xumsunu vermək vacibdirmi?


Hədiyyənin xumsunu vermək vacibdirmi?Xums (beşdə bir) zəmanə İmamının (ə.f) və fəqir, kasıb seyidlərin haqqıdır. Xums, xums yığmaq səlahiyyətləri olan kəslərə verilməlidir. Həmin pul müsəlmanların rifahı yolunda xərclənməlidir.
Sual -1: Elə isə hədiyyə və mükafatların da xumsu varmı?
Cavab: Hədiyyə və mükafatların xumsu yoxdur. Hərçənd ehtiyat budur ki, həmin hədyyə illik xərclərdən artıq olarsa xumsu verilsin. (Ayətullah Xamenei)
Sual 2- Xums verməyən bir kəs hədiyyə verərsə, o hədiyyəni qəbul edənə həmin hədiyyənin xumsu vacibdirmi?
Cavab: Bəli alana vacibdir xumsu versin. (Bütün müctəhidlər) (Yalnız Ayətullah Sistani və Təbrizi buyurur belə halda hədiyyəni qəbul edənə xums vermək vacib deyi, hədiyyə edənə vacibdir)


Məcazi fəzada (internet) naməhrəmlə söhbət etmək olar? Ayətullah Cavadi Amulinin cavabı


Ayətullah Cavadi Amuli: Biz düşmənin caynağından, onun əhrimən planlarından qurtulmaq üçün böyük baha ödəmişik. Bu yolda:
Böyük Peyğəmbərlər (ə) çox əzab çəkib... Məsum İmamlar (ə) çox əzab çəkib... Pak insanlar, təqvalı insanlar, iffətli-hicablı xanımlar çox əzab çəkib... Təqvalı alimlər, ariflər, Əhli-beyt təbliğatçıları çox əzab çəkib... İslam mücahidləri, yüksək məqamlı şəhidlər çox əzab çəkib... Belə rabitələr barədə hədislər çoxdur... Ləzzət məqsədi olmasa belə naməhrəmlə söhbətə kimsə icazə verməyib. Qadınlarımız və qızlarımız özlərini naməhrəmdən qorumalı, iffət gövhərini puça çıxarmamalıdır...


Quranda vacib səcdə ayələri və bununla bağlı mühüm şəri məsələlər!


Səcdə namazda vacib olur, bir də yalnız Quran Kərimdə 4 ədəd vacibi səcdə ayələrini oxuduqdan və ya eşitdikdən sonra vacib olur. Beləki insan bu ayələri oxuduqda və eşitdikdə gərək səcdəyə getsin. Bunlar: Ələq/19 Səcdə/15 Fussilət/37 və Nəcm- 62 Bu barədə bir neçə mətləb:
1-İnsan bu ayələri oxuyub, yaxud dinlədikdə səcdə vacib olur, eşitdikdə isə ehtiyata görə vacibdir.
2- Səcdənin vacib olması üçün insan gərək ayəni tam dinləsin. Bir qismini dinlədiyi halda səcdə ehtiyata görə vacib olur.
3- İnsan gərək ayəni eşidən kimi dərhal səcdə etsin. Əgər təxirə salınarsa ilk fürsətdə yerinə yetirməlidir.
4- Gərək yeyilməsi və geyilməsi mümkün olmayan şeylərin üzərinə səcdə etsin. (Namazda olduğu kimi)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter