Övladlarımıza gözəl ad qoymaq valideyinlik vəzifəsidirmi?!


Rəsulu Əkrəm (s) buyurur ki, uşağın, ata üzərində üç haqqı vardır: 1. Ona yaxşı bir ad seçməlidir. 2. Oxuma-yazmağı öyrətməlidir. 3. Həyat yoldaş tapmalıdır. \"
İmam Musa Kazim (ə) belə buyurur: \"Atanın, övladına edə biləcəyi ilk yaxşılıq ona gözəl bir ad seçməsidir. \" Şüurlu ata ilə ananın ad qoymasından, onların fikir və hədəflərini anlamaq mümkündür. Ata və ana əgər bir şairə qarşı simpatiyaları varsa uşaqları üçün onun adını seçərlər. Əgər elmə həvəsləri varsa, alimlərin adlarını seçərlər və əgər dindardırlarsa peyğəmbərlərin, İmamların və dini öndərlərinin adlarını seçərlər.
Əgər din yolundakı fədakarlıq və zalımlar qarşısında mübarizə etməyə həvəslidirlərsə, Hüseyn, Əbəlfəzl, Abbas, Əli, Məhəmməd, Həsən, Əbuzər, Əmmar, Həmzə, Cəfər, Səid kimi fədakar şəxsiyyətlərin adlarını seçərlər.
Hər ata və ana, seçdiyi adla özünü və uşağını sevdiyi bir qrupa bağlamaqdadır. Bu ad bağlılığı ictimai fikirlərdə təsir buraxdığı kimi ümumiyyətlə ad sahibinin də düşüncə tərzində təsirsiz olmayacaq.


Ramazan ayından sonra gələn Şəvval ayının fəzilətləri və orucu


\"Ramazandan sonra Şəvval ayında 6 günü oruc tutan insan elə bil bütün zamanı oruc tutub\" Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə)
Bu altı günlük oruc haqqında sual oluna bilər ki bunun İmamiyyə məzhəbilə müvafiq olub-olmaması necədir? Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.


Əmr-be-mərufu nə zaman etməmək olar?


... Həzrət Peyğəmbər (s) buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkər edin. Ancaq o zaman görsəniz ki, insanlar dünyanı üstün tuturlar və nəfsani istəklər onlara hakim olmuşdur və hər kəs ancaq öz rəyini bəyənir – özünüzlə məşğul olun və avamı boş buraxın”.
Yuxarıdakı ayə o kəslər haqqında nazil olmuşdur ki, cəmiyyəti islah etmək üçün səy edirdilər, ancaq heç bir nəticə vermirdi və bu işdə də özlərini qınayırdılar. Allah da həmin ayədə buyurur ki, sən öz vəzifəni yerinə yetir, qalanı ilə işin olmasın. Hər bir halda müsəlman çalışmalıdır ki, bu İlahi vəzifəni layiqincə yerinə yetirsin, çünki bu İlahi vəzifə İslam dininin sütunlarından biridir. Gərək möhkəm və ayaqda olsun ki, dinimiz də sarsılmasın. Ancaq iki halda bu vəzifədən əldə çəkə bilərik. Biri budur ki, onun təsir etməsinə ümidimiz olmaz.


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”.
Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar. (Həvzəh)
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır...


İftar vermək – gözəl savabdır, amma israf olmasa!


İmam Sadiq (ə) buyurur: “Ey Sədir! Bilirsənmi ki, bu nə gecələrdir?”. Sədir deyir: “Bəli, qurban olum. Bu gecələr Ramazan ayının gecələridir”. İmam (ə) buyurur: “Qüdrətin vardırmı ki, bu gecələrin hər birində İsmayil (ə) övladlarından olan on qulu azad edəsən?”. Sədir deyir: “Atam-anam sənə fəda olsun. Sərvətim kifayət etməz”. İmam (ə) qulların sayını azaltmağa başlayır və gəlib çatır 1 qul azad etməyə. Sədir yenə deyir ki, qüdrətim yoxdur. İmam (ə) ona buyurur: “Qüdrətin yoxdurmu ki, hər gecə 1 oruc tutan müsəlmana iftar verəsən?”. Deyir: “Bəli, on nəfərə də iftar verərəm”. İmam (ə) buyurur: “Ey Sədir! Sənin iradə etdiyin kimidir. On oruc tutana iftar verərək, İsmayil (ə) övladlarından olan on qulu azad etməyin savabına nail olarsan”
Ramazan ayında iftar süfrəsi hər bir Allah qonağının üzünə açıq olar. Quran ayələri və hədislərimiz bu mübarək ayda oruc tutanlara iftar verməyimizi tövsiyə edir. Ancaq bu süfrələr israf xarakteri daşımamalıdır. Çünki israf etmək bu iftar süfrəsinin dəyirini aradan aparar. İsraf elə bir əməldir ki, Quran 20 ayəsində onu məzəmmət etmişdir.


Ramazan ayında səfərə çıxmaq olarmı?


Baxmayaraq ki, mərcəyi-təqlidlər səfərə çıxmağı caiz hesab edirlər, ancaq Ramazan ayında səfərə çıxmaq bəyənilməyən əməllərdəndir. Quran buyurur: “Bir neçə gün! Odur ki, sizdən kim xəstə, yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun)”. (“Bəqərə” 184).
Bu mübarək ayənin mənası odur ki, müsəlmanlar iki dəstəyə bölünürlər: bir dəstəsi ölkələrində olurlar və bir dəstəsi isə səfərə çıxırlar. O kəslər ki, müsafirdirlər – oruc onlar üçün vacib deyildir. Ancaq onun qəzasını başqa aylarda yerinə yetirməlidirlər. Hədislərə nəzər salanda görürük ki, Məsumlarımız (ə) ancaq zəruri olan halda səfəri caiz hesab edirlər. İmam Əli (ə) buyurur: “O zaman ki, Ramazan ayı daxil olar, bəndə gərək səfərə getməsin. Çünki Allah Təala buyurmuşdur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır”. (“Bəqərə” 185).


Hədislərə əsasən oruc tutmağın fəlsəfələri necə izah olunur?!


Cavab: İslam şəriətində hər bir əməlin fəlsəfə və təsirləri qeyd olunmuşdur. O cümlədən İslam maarifində oruc tutmağın fəlsəfələri haqda hədislərdə belə izahatlar verilir:
1-İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir: “Oruc tutun, sağlam olasınız”. (1)
2- İmam Əli (ə) buyurmuşdu : Hər bir şeyin ödəniş haqqı vardır, sağlam bədənin ödəniş haqqı isə oruc tutmaqdır.” (2)
3-İmam Sadiq (ə) buyurmuşdu: “Allah-Taala (c.c) orucu vacib etdi ki, varlı ilə kasıb bərabər olsunlar.” (3)
4-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Orucluq ramazan olaraq adlanıb, Çünki (Ramazan və orucluq) günahları məhv və əridər.” (4)...


Oruc tutarkən obaşdan etməməyin mənfi təsiri və zərərləri vardırmı?!


Yuxularını bölməmək üçün obaşdanaya qalxmadan oruc tutanları, qan şəkərinin düşməsi, halsızlıq və baş ağrısı gözləyir. Qidalanma və pəhriz mütəxəssisləri, obaşdanada yemək yemədən tutulan orucun həm çətin olduğunu, həm sağlamlığa zərər verdiyini, həm də kökəlmə riskini artırdığını bildirib. Mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: \"Oruc tutanlar mütləq obaşdana etməlidir. Çünki obaşdanaya qalxmadan oruc tutulsa, aclıq müddəti daha da artacaq. Bu da insanda maddələr mübadiləsinin sürətinin və qanda şəkərin səviyyəsinin düşməsinə, halsızlığa və baş ağrısına səbəb olacaqdır. Digər tərəfdən, obaşdanasız oruc tutanlar, iftarda özünü çox yeməkdən saxlaya bilməyəcəklər. Bununla yanaşı, şəkər yemək istəyini də artır və bu da kökəlməyə səbəb olur. Bu səbəbdən, mütləq şəkildə obaşdana edilməlidir.\"


Oruc tutmağın ədəb qaydaları hansıdır?


Orucun ədəb qaydaları. İslam dinində hər bir əməlin ədəb qaydaları olduğu kimi, orucun da ədəb qaydaları vardır ki, onlarla tanış olaq:
1. Günahdan çəkinmək. Allah qonağı özünü hər bir günahdan uzaq tutmalı və büdrəməkdən çəkinməlidir. İmam Əli (ə) Peyğəmbərə (s) sual verir ki, Ramazan ayının ən üstün əməli hansıdır? Həzrət (s) buyurur: “Allahın haram etdiyi hər şeydən çəkinmək”.
2. Vacibatlara əməl etmək. Allah qonağının ikinci vəzifəsi – Allahın vacib buyurduğu əməlləri yerinə yetirməkdir. Hər kim Allah qonağı olar, ancaq oruc tutmaqla kifayətlənməməlidir. Başqa vacibatları da ən gözəl şəkildə yerinə yetirməlidir...


Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular


Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir. Cəmiyyətdə hüzur balansını qorumaq üçün naməhrəm qadınla kişi bəzi əməllərə diqqət etməlidirlər. Müasir dövrdə bir çox qadınlar da cəmiyyətdə müəyyən mövqeyə malik olur, haradasa işləyir və fəaliyyət göstərirlər. Bəzən bu iş yerləri naməhrəm kişilərlə bir yerdə olur. Bu səbəbdən belə qadınlar gərək bəzi şərtlərə dəqiq əməl etsinlər. Bu əməllər ilə tanış olaq:
1. Naməhrəmə toxunmaqdan qorunmaq. Burada fiziki fasilədən söhbət gedir. İstər əl vermək olsun, istər hər hansı digər təmas olsun və sair. Hədislərin birində oxuyuruq: “Nə zaman qadın əyləşdiyi yerdən qalxar, kişi orada əyləşməməlidir, məgər o halda ki, o yer soyuyar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter