Məsumlar Dəstəmazın hikmət və misilsiz faydaları haqda nələr buyurmuşlar?


Dəstəmaz almaq Allahın biz insanlara bir əmr və göstərişidir. Bəzi əməllər dəstəmazsız icra olunmaz. Dəstəmaz paklıq mənasındadır. Yəni insan dəstəmaz aldıqdan sonra pak olur, yalnız bundan sonra Quran yazılarına və Allahın adı yazılmış yazılara toxuna bilər. Dəstəmaz almaq bəzən təmizliklə müqaisə olunur. Lakin bilməliyik ki, dəstəmaz təmizlik deyil, paklıqdır. Çünki dəstəmaz alarkən belə insanın dəstəmaz üzvləri təmiz olmalıdır. Bu da o deməkdir ki, paklıqla təmiz olmaq arasında fərq vardır. Dəstəmaz insanın ruhunu paklayır. Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayırd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah Qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaq”.


Qan yeməyin haramlığının fəlsəfəsi nədədir?!


İnsanın qan yeməsi ona həm cismi və həm də əxlaqi ziyanlar gətirə bilər. Çünki qan, çox sayda mikrobun inkişaf etməsi üçün hazır maddədir. Bədənə daxil olan bütün mikroblar qana hücum edərlər. Onu öz yaşayışlarının mərkəzinə çevirərlər. Ona görə də insan orqanizminin keşiyində dayanan ağ qan hüceyrələri daima bu mikroblarla vuruşdadırlar və onların bədənə daxil olmasına imkan verməməyə çalışırlar. O zaman ki, qan axını zəifləyər və başqa sözlə desək – canlı orqanizm ölər, ağ qan hüceyrələri aradan gedərlər. Mikroblar da onların qarşısını ala biləcək bir qüvvəni görməyən zaman, sürətlə çoxalmağa başlayarlar. Ona görə də dinimiz vurğulayır ki, ölü canlıların bədənində olan qan – ən çirkli qandır.


Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər nələrdir?


Donuz çox çirkli bir heyvandır və qeyrətsizlik simvolu kimi tanınır. Yeməyi zibildən və bəzən də öz tullantılarından olar. Bundan başqa bu heyvanın bədənində iki təhlükəli qurd yaşayır ki, biri trixinella qurdudur və biri də tenya qurdudur. Trixinella qurdu bir ay içərisində 15 min yumurta qoya bilir. Bir kiloqram donuz ətində bu qurdun 400 milyon yumurtası olur. Bu qurd insanda çox sayda xəstəliklərin yaranmasına şərait yaradır. O cümlədən: qan azlığı, baş gicəllənməsi, ürək bulanma...
Tenya qurdu da çox təhlükəli qurddur və yumurtaları donuzdan insan bədəninə rahatlıqla daxil ola bilir. O, donuz əzələlərinin üst qatında yaşayır və insan bədəninə daxil olur. Bu qurd ağ rəngli olub, dörd tərəfdən sorucu borulara malikdir və onun bağırsaqlardakı uzunluğu bəzən 12 metrə belə, çata bilir. Nəticədə bağırsaq keçilməzliyi yaradır və insanı bu yolla məhv edə bilir. Bəzən də qanla insan ürəyinə və beyninə daxil olub, orada kist yarada bilir.


Münafiqlər üçün meyit namazı necə olur?


Münafiqlərdən biri Mədinədə vəfat etmişdi və qohumları onu dəfn etmək üçün toplaşırlar. İmam Hüseyn (ə), dostlarından birini görür ki, tələsərək şəhərdən çıxırdı ki, onun namazından iştirak etməsin. İmam (ə) buyurur: “Şəhərdən kənara çıxmana ehtiyac yoxdur. Onun namazında iştirak et və mənim dediklərimi təkrar et”.
O zaman ki, namaz başlayır, İmam (ə) bu kəlmələri söyləyir: “Allahım! Filan bəndənə min dəfə lənət et. Bir-birinin ardınca olan lənəti. Allahım! Onu bəndələrin və şəhərlərin arasında xar et. Allahım! Atəşinin hərarətini ona çatdır. Allahım, ən pis əzabını ona dadızdır. O, düşmənlərini sevmiş və dostlarınla düşmənlik etmişdir.
O, Peyğəmbərinin (s) Əhli-Beytinin (ə) kinini qəlbində gəzdirmişdir”. İmam Hüseyn (ə), Səyid ibni Asın dəfnində də bu sözləri təkrar edir. O şəxs ki, əziz İmamın (ə) yanında idi, təəccüblə Həzrətdən (ə) soruşur: “Məgər siz ölülərə belə namaz qılırsınız?”.İmam Hüseyn (ə) buyurur: “Xeyr, biz düşmənlərimizə bu cür namaz qılırıq”.


Camaat namazında iqtida etmək üçün imamın razılığı şətdirmi?


Gündəlik namazların camaatla qılınması təkidlə tövsiyə olunmuş ibadətlərdəndir. Çunki bu cəm halda edilən ibadətin həm böyük savabı vardır, həm də insanlar arasında yeni münasibətlərin yaranmasında, ünsiyyətlərin qorunmasında çox böyük əhəmiyyətə malikdir. Camaatla qılınan namazlar insanları bir-birinə yaxınlaşdırır. Bu namazın hasil olması üçün bəzi şərtlər vardır ki, bunlardan biri də qarşıda “İmamın” təyin edilməsidir. Namazı cəm halında qılmaq üçün namaz halında olan birinə iqtida etmək üçün icazə şətdirmi? Ona iqtida etmək üçün ondan icazə alınmalıdırmı? Yaxud məmuna iqtida etmək olarmı? Cavab: İqtida etməyin düzgünlüyü üçün İmamın razılığı şərt dеyildir. Camaat namazında məmum olan şəxsə iqtida еtmək düz dеyil.


İslam şəriətində Niyə qızıl kişilərə haram edilmişdir?


.... Tədqiqatlar göstərir ki, kişilərdə ağ qan heceyrələri qadınlara nisbətdə daha çoxdur. O zaman ki, kişi qızıl əşya taxır, bu zaman ağ qan hüceyrələrinin sayı artmağa başlayır. Hər şeydən əvvəl bunu bilməliyik ki, Allahın bizə qadağan etdiyi hər bir şeyin səbəbi vardır. Eləcə də qızılın kişilərə qarşı ziyanları ilə tanış olaq:
1. Qırmızı qan hüceyrələrini məhv edir və ağ qan hüceyrələrinin sayını artırır. 2. Bədənin immun sistemini aşağı salır.
3. Qızıl bədənə toxunan kimi metalın ionları bədənə daxil olur və bu ionlar qaraciyərdə toplaşır. Nəticədə isə bədənə ziyan vurur.
4. Qanı qatılaşdırır. 5. Bəzən də infarkta da səbəb ola bilir. 6. Hormon pozğunluğuna səbəb olur.


Ayətullah Sistani yeni il və “sevgililər günü” barədə sualı cavablandırıb!


“əl-Aləm” agentliyi, Ayətullah Sesyyid Sistaninin İraqda yerləşən dəftərxanasına sual ünvanlayıb. Sual, yeni ilin və “sevgililər günü”nün bayram kimi qeyd edilməsi barədədir. Dəftərxanadan verilən cavabda hər iki sualın şərtlərinə işarə edərk deyilir:
1) (Yeil bayramının qeyd edilməsində) Xristianlığa və fəsadın yayılmasına təşviq varsa icazəli deyildir. “Sevgililər günü” barəsində verilən sualnın cavabında deyilir:
2) Küfür və fəsada təşviq edən işlər olmazsa özlüyündə maneəsi yoxdur.


Müsafirin hökümləri barədə yeni fətva – Ayətullah Xamenei


Müsafirin hökümləri barədə fatva yenilənib. Yeni fətvada deyilir ki, oruc və namazın qəsr olması üçün müsafirin 41 km yol qət etməsi kifayətdir. Bu şərtlə ki, gedərkən qət etdiyi məsafə 20,5 km-dən az olmasın. Xatırladaq ki, müsafirin hökmündə deyilən məsələ 45 km idi. (gedilən məsafə 22,5 km) Belə ki, səfərə çıxan şəxs ayrıldığı məntəqənin sonu ilə, daxil olduğu məntəqənin girişi arasındakı məsafə 22,5 km-dan az olmamalı idi. Yeni fətvaya əsasən bu məsafə 20,5 km olması kifayət edir.


İslam dini hamama getmək haqda hansı tapşırıqları verir?!


Bədənin gigeyenası İslam dininin əhəmiyyət verdiyi ən mühüm mövzulardandır. İslam dininin təmizlik və paklıq ilə sıx əlaqəsi vardır.
Məsum İmamlarımız (ə) bizə bu sahədə tövsiyələr vermiş və salamatlığımıza ziyan dəyməməsi üçün bizə yollar göstərmişdilər. İmam Rza (ə) təmizlik və paklığın yollarından birini hamama getməkdə görür və onun ədəb qaydaları ilə bizi tanış edir. Əziz İmam (ə) buyurur: “Hamamın çoxlu faydaları vardır. İnsan məzacını mötədil edər, çirki və və pisliyi aradan aparar. Bədəndə olan kiçik və böyük damarları yumşaldar. Əzaları gücləndirər. Bədən artıqlarını məhv edər. Üfunəti aradan aparar”. İslam dininin hamama getməklə bağlı ədəb qaydaları vardır ki, onlarla tanış olaq:
1. Bir gündən bir hamama getmək, hər gün deyil. 2. Xüsusi zikri oxumaq. 3. Girən zaman isti suyu ilk olaraq başa və ayaqlara tökmək...


Salamlaşarkən əl uzatmağın savabı haqda hədislər!


İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur!
-Hz Muhəmməd (s) buyurmuşdur: “Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.”
-“Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.” [2]
-İmam Baqir (ə) buyurub: “İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter