Məhdəviyyət mövzusunun təsirləri nələrdir?


Məhdəviyyət mövzusunun təsirləri nələrdir? Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var. Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. İmam Mehdinin (ə.f) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə, İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri İslami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.[3] İnsan İmam Mehdinin (ə.f) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis. Keçən yazılarımızda qeyd olunduğu kimi, İmamın qeybət dövründə baş vercək çətinlik və hadisələr nəticəsində insanların İmama olan əqidəsi zəifləyəcək. Bu çətinlik və hadisələrdə sərgərdan olmamaq üçün, Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub ki, onlardan çıxış yoluna işarə olunub. Numunə üçün Əlidən (ə) hədis mənbələrində nəql olunmuş rəvayətlərdən ikisini burada qeyd edirik:
1- Hədis: Mühəmməd ibn müslüm İmam Sadiqdən (ə) belə nəql edir: O, həzrət öz ata və babalarından, onlarda Əmirəl-möminin Əlidən (ə) belə rəvayət ediblər:
İmam zamanın (ə.c) intizarında olan və Allahın lütf və mərhəmətindən ümüdsiz olmayın. İzzət və cəlal sahibi olan Allah ən çox bəyəndiyi işlərdən biri də, İmam zamanın (ə.c) zuhurunun intizarında olmaqdır.
Sonra İmamın zuhurunun intizarında olmağın fəzilətinin ardınca buyurdu: hər şəxs İmamın zuhurunun intizarında olsa, o, döyüşçü kimidir ki, Allah yolunda öz qanına bulaşıb.
2- Hədis: Zeyd ibn Suhan Əbdi İmam Əlidən (ə) soruşdu: Ya Əmirəl-möminin! Hansı əməl aləmlərin Rəbbinin yanında sevimlidir? Həzrət buyurdu: İmam zaman (ə.c) zuhurunun intizarında olmaq.


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı?


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı? Mərhum Ayətullah Behcət (ə) İmam Zamanın (əc) görüşünü arzulayanlara məntiqli tövsiyə:
Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy edirlər. Amma iki rəkət namaz qılıb məsum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Məsum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.


Fərəc duasının tərcüməsini yazın?


Fərəc duasının tərcüməsini yazın? Rəhman və Rəhim Allahın adı ilə.
İlahi,bizim bəla və müsibətlərimiz böyüdü və bizim çarəsizliyimiz aşkar oldu və işin üstündən pərdə götürüldü və ümidim ümidsizliyə çevrildi və yer bizə daraldı və səmanın rəhməti bizdən əsirgəndi.Və yalnız Sənsən bizim kömək və yavərimiz,və bizim şikayətlərimiz Sənədir.Və hər bir çətinlik və asanlıqda yeganə arxalandığımız Sənin lütfündür.İlahi salavat göndər Muhamməd və Ali Muhammədə,hansılar ki,ilahi əmrin sahibidirlər(ulil-əmrdirlər) ,və bizə Onların itaətini vacib etdin və bununla Onların məqamını bizə tanıtdın.Belə isə Onların mənziləti və qədrinə xatir bizə fərəc və genişlik ver,özü də çox tez və yaxın,bir göz qırpımında vəya ondan daha da tez əta et! Ey Muhamməd ey Əli,ey Əli ey Muhamməd.Siz mənə kifayət edin ki,yalnız Siz kifayət edənsiniz.Mənə kömək edin ki,yalnız Siz mənim kömək edənimsiniz.Ey mənim mövlam,ey Sahibəzzaman.Fəryada yet,Fəryada yet,Fəryada yet,Məni dərk et,Məni dərk et,Məni dərk et,Elə bu saat,Elə bu saat,Elə bu saat,Tez,Tez,Tez,ey mehribanlarin ən mehribanı,Muhamməd və Onun pak ailəsinə xatir...


Fərəc duasını oxumağın nə belə faydaları var?


Fərəc duasını oxumağın nə belə faydaları var? İmam Cəfəri Sadiq (ə) buyurur: \"Hər kəs mənim övladım Mehdi (ə) fərəci üçün dua edərsə, oda onun üçüm dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına\". Həmçinin (fərəc üçün dua etməyin) bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydanı \"Mikyalul-məkarim\" kitabından nəql edirik:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrəti Sahibəzzaman (ə) zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar edilir.
10-İmam (ə) nurunun onun qəlbinə daha çox saçmasına səbəb olur....


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir?


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir? -Mərhum Ayətullah Behcət İmam Zamanla (əc) görüşə bilməməyin səbəbini belə açıqlayır: \"Günahlarımız (Vacibləri tərk etməyimiz və haramlardan uzaq durmamağımız\" Əsrin İmamı ilə görüşməyə ən böyük maneədir\"
-Mərhum Behcət (r) belə sual verir: \"Əgər günahlardan çəkinsək, və həqiqi onun yolunu gözləyənlərdən olsaq İmam Zaman (əc) bizi görməyə gəlməzmi?!
-Şübhəsiz ki, günahlarımız səbəb olmuşdur ki, əsrin İmamı bizlərə diqqət etməsin. İmam Zaman (əc) Şeyx Mufidə (r) yazdığı məktubunda belə buyurur: \"Bizi şiələrimizdən heç bir şey uzaq salmamışdır, məgər bu ki, onlar günah və çox ağır səhvlərə üz gətirirlər, ki bizlərə bu əməllər çatdırılır. Biz onların bu əməllərini sevməz və onlara bu işlərini (günahlarını) yaraşdırmarıq.\"
-İmam Sadiq (ə) buyurur: \"İmam Zamanın (əc) həqiqi dostlarından olmaq istəyən şəxs gərək həqiqi ədalət gətirəcək şəxsin intizarında olsun. Və müntəzir olduğu müddətdə təqvalı olub bəyənilmiş əxlaqa yiyələnməlidir.\"


Məhdəvi həyat tərzinin şərtləri hansilardir?


Məhdəvi həyat tərzinin şərtləri hansilardir? Bütün ilahi dinlərdə xilaskarın zühuruna etiqad var. Bəşəriyyət yarandığı gündən ədaləti bərpa edəcəyinə ümidlidir. Məhdəvi həyat tərzinin şərtləri:
1-Xilaskarın intizarında olan insan özünü islah etməlidir. 2-İntizarda olan (müntəzir) insanın əsas xüsusiyyətlərindən biri onun cəmiyyətdə mövcud vəziyyətdən razı olmamasıdır. İnsan o zaman narazı olur ki, ideal cəmiyyət haqqında təsəvvürü olsun. 3-İctimai-siyasi durumdan, ilahi normalar və meyarlardan agah olmayan insan necə intizar çəkər?! İnsan “cəmiyyət necə olmalıdır” sualının cavabını bilməsə mövcud vəziyyətdən nigaran olmaz. İmam Xomeyni (r) “Amerika İslamı” ifadəsini gündəmə gətirməklə Məhəmməd (s) İslamının çizgilərini çəkmiş oldu: biri mövcud vəziyyətlə barışmış İslam, o biri zülmə müqavimət göstərən İslam. İslam zülmə qarşıdır, 4-Xilaskarın zühuru yalnız ilahi qanunlar çərçivəsində gerçəkləşə bilər. Şiə məktəbi ardıcılının vəzifələrindən biri İmam Mehdinin (əc) zühuru üçün şərait yaratmaqdır. Həqiqi mömin fərd bu yolda özünün və cəmiyyətin islahına çalışmalı, ...


Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı?


Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı? Şaban ayının on beşi \"Nimeyi Şəban\"da (İyul ayının 4-dən 5-nə keçən gecə) Zamanın sahibi Həzrəti Məhdi (ə.f) dünyaya gəlmişdir. Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
1. Qüsl, 2. Əhya saxlamaq (istiğfar, dua və s.) 3. Ziyarət İmam Hüseyn (ə) ziyarəti, Ən azından üstü açıq bir yerə çıxaraq belə ziyarət edin: \"Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu\"). 4. Şaban ayının salavatı (\"Məfatihul-Cinan\" kitabında qeyd edilib), 5. Kumeyl duası, 6. Bu zikrləri ardıcıl olaraq demək: \"Subhanəllah\", \"Əlhəmdulillah\", \"Allahu Əkbər\", \"La İlahə İlləllah\" (hərəsi 100 dəfə), 7. İki rəkət namaz (1-ci rəkətdə \"Həmd\"+ \"Kafirun\", 2-ci rükətdə \"Həmd\" + \"İxlas\"). Namazdan sonra deyilir: \"Subhənallah\" 33 dəfə, \"Əlhəmdulillah\" 33 dəfə, \"Allahu Əkbər\" 34 dəfə. 8. Cəfər-Təyyar namazını qılmaq, 9. Yüz rəkətli namaz (hər rəkətdə \"Həmd\" + 10 \"İxlas\"), 10. Səcdədə bu duanı oxumaq: \"Səcədə ləkə səvadi və xəyali və amənə ...


Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı?


Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı? Həzrət Mehdinin (ə.f) zühur dövründə əsas çətinliklərindən biri də cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran ayələri və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: 1. Dünyapərəst və asılı ruhanilər; 2. Sərmayədarlar və kübarlar; 3. Adı müsəlman olan hökumətlər.
İmam Sadiq (ə) buyurur: “Zühuru zamanı Qaimin (ə.f) cahillərdən çəkdiyi əziyyət Peyğəmbərin (s) cahil xalqdan çəkdiyi əziyyətdən də ağır olacaq. Peyğəmbər (s) zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”


İmam Mehdiyə (ə.f) ilk kim beyət edər?


İmam Mehdiyə (ə.f) ilk kim beyət edər? Sualın cavabı hədislərdə gəlmişdir: İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Həzrətə ilk beyət edən Cəbraildir”.
Təbərsi nəql edir ki, Əbu Abdullah (ə) buyurmuşdur: “Allah-taala Cəbraili göndərər ki, ondan soruşsun: “(İnsanları) nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm”. Sonra onun əlini əlinə alıb beyət edər...”
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var: 1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o, Allahın ən böyük nümayəndəsidir. 2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; İmamın hərəkət və qiyamının təsdiqi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter