Üçüncü dünya müharİbəsİ ehtİmalı həzrət Mehdİ (ə) zühuru İlə bİr araya sığırmı?


Sual: Bir müddətdir ki, dünyada üçüncü dünya müharibəsi haqqında söhbətlər gedir. Deyirlər ki, əgər yer üzündə nüvə müharibəsi baş versə, dünyadakı bütün canlı aləm məhv olub gedəcək. Şərq və qərb dövlət başçılarının da çıxışlarında da bu məsələyə toxunulur.
Belə bir sual yaranır ki, varlıq aləminə qadir və qəhhar Allah hakim olduğu halda, bir neçə imansız hoqqabaz dünyanın külünü göyə sovura bilərmi? Dünyanın nüvə müharibəsi ilə məhv olması fikri müsəlmanların, xüsusi ilə də, həzrətin zühurunu gözləyən şiələrin əqidəsi ilə uyuşurmu? Üçüncü dünya müharibəsinin fikri əsrin imamının zühuru ilə zidd deyilmi?


Əgər həzrət Mehdİnİn (ə) zühuru üçün yer üzündə fəsadın yayılması şərtdİrsə, fəsadla mübarİzə aparmağın nə faydası?


Sual: Mütəvatir (mötəbər sayılacaq sayda olan) hədislərdə deyilir: yer üzünü zülm-sitəm bürüdüyü vaxt Allahın son höccəti həzrət Mehdi (ə) qeyb pərdəsindən çıxıb, dünyada ədaləti bərqərar edəcəkdir. Demək, həzrət o zaman zühur edəcək ki, yer üzünü fəsad bürüsün. Bir halda ki, hər bir müsəlman son imamın zühuru intizarında olmalıdır, onda biz fəsadla mübarizə aparmalı yox, onun daha da yayılması üçün çalışmalıyıq. Yer üzündə fəsad nə qədər çox yayılarsa, zühur üçün şərait də tez yaranar. Məgər biz fəsadla mübarizə aparmaqla imamın zühurunu təxirə salmırıqmı?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter