Loğmanın (ə) hikmət qazanmasının sirri nədİR?
Loğmanın (ə) yaşayışındakı ən maraqlı mövzu onun necə hikmət qazanması olubdur. Başqa sözlə desək, \"Loğmanın (ə) hansı əməlinə görə, Allah-taala ona hikmət nemətini bəxş etdi?”-sualına cavab tapmalıyıq. Əgər bu sirr açılsa, başqaları da öz zəhmət və istedadları ilə hikmət nurunu əldə edə bilərlər.
İNSAN NİYƏ ALLAHINDAN QƏRİB DÜŞÜR?
İnsanın fərdi və ictimai dərdlərinə şəfa verəcək dərman Allahı yada salıb, zikr etməkdir. İmam Əli (ə) hamını itaətə və Allahı yada salmağa dəvət edir və buyurur: \"Allahın itaətini qəbul et və Allahı yada salmaqla ünsiyyət qur”.
Həzrət Fatİmənin (s.ə) Qİyamət günü məqamı necə olacaq?
Qiyamət günü - gələcəyin ən dəhşətli və ağır anlarıdır. Məsumlar (ə) nə zaman ki, onun haqqında düşünürdülər, bihuş olurdular. Həzrət Fatimə (s.ə) də bu cür idi və vaxtının çox hissəsini o haqda düşünərdi. İmam Əli (ə) buyurur: \"Bir gün Allahın Peyğəmbəri (s) Fatimənin (s.ə) yanına gəldi. Onu qəmgin gördü. Buyurdu: \"Qızım! Niyə qəmginsən?” Fatimə (s.ə) buyurdu: \"Atacan! Qiyamət gününü yada salanda mənə əziyyət verir”...
Quranla tanışlıq nədən zərurədİr?
Alim olaraq hər bir alimə, mömin olaraq hər bir möminə Quranla tanış olmaq vacib və zəruridir. İnsanşünas və sosioloq üçün Quranla tanış olmaq ona görə vacibdir ki, bu kitab İslam cəmiyyətlərinin, hətta bəşəriyyətin taleyinin formalaşmasında təsirli olmuşdur. Tarixə nəzər saldıqda bəşər cəmiyyətinə və insanların həyatına Quran qədər heç bir kitabın təsiri olmadığını görürük.
TƏQVALILARIN VƏ MÖMİNLƏRİN XİSLƏTLƏRİ HANSILARDIR?
1-Qurani-kərimdə buyurulur: \"Agah olun, həqiqətən Allah dostları (təqvalılar) üçün heç bir nigaranlıq, qorxu, hüzn və qəm-qüssə yoxdur.”
2-Onlar: Allah-taalanın vacib buyurduqlarını yerinə yetirər, həzrət Peyğəmbər (s)-in sünnəsinə əməl edər və Allahın haram buyurduqlarından uzaq olarlar.
3-Allahdan həqiqi mənada qorxar, düz danışar, təvazökarlıqla yol gedər və çoxlu Quran tilavət edərlər.
QƏLBİN BƏLALARI NƏDİR? VƏ MÜALİCƏSİ NECƏDİR?
Qəlbin dörd cür bəlası vardır: uzun arzular, paxıllıq, tələsmək, təkəbbür.
Uzun arzular insanı bütün xeyir işlərdən saxlayar, bütün fitnə və fəsadın mənbəyi ola bilər. Müalicəsi olmayan bir dərddir ki, insanı çox sayda bəlalara düçar edər. Uzun arzulardan dörd şey əmələ gələr:
QURANDA ƏQL VƏ TƏFƏKKÜRÜN FƏZİLƏTİ BARƏDƏ NƏ DEYİLİR?
Əql - Quranda dərk etmək qüvvəsi və həqiqətləri tanıyan vasitədir. \"Lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər”. (\"Bəqərə” 75).
HƏDİSLƏRDƏ ZİKR OLUNAN \"Süfyanİ\" KİMLƏRDİR?
1. İbn Əzinə İmam Sadiqin (ə) öz ata-babaları vasitəsilə Əmirəl-möminindən (ə) belə rəvayət etdiyini nəql edir: \"Ciyər-yeyən qadının oğlu quru torpağı olan məntəqədən çıxacaq. O, ortaboy, çirkin və yekə başlı bir adamdır. Üzündə çirkin görü-nüşlü çapıqlar var və ona baxanda elə bilirsən ki, birgözlüdür. O, Əbu Süfyanın nəslindəndir. Adı Osman, atasının adı isə Ənbəsədir. O, üzə çıxaraq \"abad (rahat) və axar sulu” (\"Mu-minun”, 50) bir yerdə minbərə çıxacaq”.
Dəccal KİMDİR?
1. Nəzal b. Səbri deyir: \"Əli b. Əbi Talib (ə) bizə bir xütbə oxudu və Allaha həmd-səna edəndən sonra buyurdu: \"Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun”. Həzrət bu cümələsini üç dəfə təkrar etdi. Bu zaman Əsbəğ b. Nubatə ayağa duraraq soruşdu: \"Ey möminlərin Əmiri, Dəccal kimdir?”
DÜNYA DOSTLUĞUNUN AXİRƏTƏ TƏSİRLƏRİ VARDIRMI?
İslami ayə və hədislərdə dostluq mövzusuna çox işarə edilmişdir. Onların bir hissəsi insanın bu dünyadakı dostluğunun Qiyamətə təsirindən bəhs edir. Bu hədislərdə deyilir: \"İnsan hər nəyi sevirsə və ona mehr göstərirsə, onunla məhşur olar. İstər ən sevimli və ya ən müqəddəs xilqət olsun, yəni Əhli-beyt (ə) olsun, istərsə də dəyərsiz daş-qaş olsun”.