HƏDİSLƏRDƏ ZİKR OLUNAN \"Süfyanİ\" KİMLƏRDİR?


1. İbn Əzinə İmam Sadiqin (ə) öz ata-babaları vasitəsilə Əmirəl-möminindən (ə) belə rəvayət etdiyini nəql edir: \"Ciyər-yeyən qadının oğlu quru torpağı olan məntəqədən çıxacaq. O, ortaboy, çirkin və yekə başlı bir adamdır. Üzündə çirkin görü-nüşlü çapıqlar var və ona baxanda elə bilirsən ki, birgözlüdür. O, Əbu Süfyanın nəslindəndir. Adı Osman, atasının adı isə Ənbəsədir. O, üzə çıxaraq \"abad (rahat) və axar sulu” (\"Mu-minun”, 50) bir yerdə minbərə çıxacaq”.

2. Ömər b. Yəzid İmam Sadiqdən (ə) rəvayət edir: \"Süf-yanini görsən onun üzü qara-qırmızıya çalan və camaat içində ən alçaq bir adam olduğunu görərsən. Allaha pənah, Allaha pənah, Allaha pənah alovdan!!! Süfyani alçaqlıqda o həddə ye-tişəcək ki, öz həyat yoldaşını onu ələ verməsindən qorxdu-ğuna görə diri-diri torpağa göməcək”.

3. İmam Sadiq (ə): \"Süfyaninin üzə çıxması hökmən baş verəcək. Bu, rəcəb ayında olacaq”.

4. Abdullah b. Mənsur deyir ki, İmam Sadiqdən (ə) Süfya-ninin adını soruşdum.

Həzrət buyurdu: \"Adını neyləyirsən?! Elə ki, beş şəhəri-Şam, Dəməşq, Həmməs, Fələstin, İordaniya və Qinnisirini-aldığını gördünüz, zühurun intizarında olun”.

Soruşdum ki, doqquz aymı onların hakimi olacaq?

Buyurdu: \"Xeyr, səkkiz ay, hətta bundan bir gün belə keç-məyəcək”.

5. Ömər b. Aban Kəlbi İmam Sadiqdən (ə) rəvayət edir: \"Sanki Süfyanini, ya da onun dostunu görürəm ki, Kufənin Rəhbə məntəqəsində yerləşmiş və ətrafa xəbər saldırmış: \"Bir Əhli-beyt davamçısının başını mənə gətirənə min dirhəm verə-cəyəm”.

Bundan sonra qonşu öz qonşusuna hücum edir və onu Əhli-beyt (ə) davamçısı elan edərək başını kəsərək min dirhəm alır...”

6. Fəzl b. Şazan İmam Sadiqdən (ə) rəvayət edir: \"İmam Qaim (ə) gəlib Nəcəfə çatır. Çərşənbə günü Süfyani də öz qoşunu və camaatla birlikdə Kufədən gəlib İmama yetişir.

İmam onlarla söhbət edərək öz haqqına and verir (haqqı tanısın və ona tabe olsunlar) və öz məzlumluğunu onlara bil-dirərək buyurur: \"Hər kəs mənimlə döyüşü Allah yolunda olan bir döyüş zənn edirsə, bilməlidir ki, mən camaatın Allaha ən yaxın olanıyam...”

Onlar deyəcəklər: \"Haradan gəlmisənsə, elə ora da qayıt. Bizim sənə ehtiyacımız yoxdur. Biz sizin kim olduğunuzu görmüşük”.

Bundan sonra onlar döyüş olmadan dağılışacaq və cümə günü yenidən yığışacaqlar. Bu zaman atılan bir ox müsəlman-lardan birinə dəyir və onu öldürür. Səs-küy yaranır ki, filankəs öldürüldü. İmam (ə) Allah rəsulunun (ə.f.) bayrağını dalğalan-dıracaq və Bədr döyüşündə müsəlmanların köməyinə gəlmiş mələklər yenidən səmadan yerə enəcək.

Günorta vaxtı mülayim külək əsəcək, İmam qoşunuyla bə-rabər hücuma keçəcək və nəhayət onlara qələbə çalacaq. Süfyaninin qoşunu qaçacaq və İmamın qoşunu onları qıra-qıra gəlib Kufəyə çıxacaq. Bu zaman İmamın carçısı nida edəcək ki, qaçanlara və müqavimətdən əl çəkənlərə toxunmayın, yaralılara əziyyət verməyin. İmam bununla onlarla Əlinin (ə) Bəsrə döyüşündə düşmənlərlə etdiyi rəftarı edəcək”.

7. Cabir b. Yəzid İmam Baqirdən (ə) nəql edir: \"Süfyani eşidəndə ki, İmam Qaim (ə) Kufədən ona tərəf gəlir, bir qrup adamla birgə həzrətin yanına gedir.

İmam buyurur: \"Əmim oğlunu mənim yanıma göndərin”. Süfyani adamların içindən çıxaraq İmamın yanına gəlir. İmam (ə) onunla söhbət etdikdən sonra, o İmama beyət edir və adamlarının yanına qayıdır. Onlar ondan nə danışdığını soru-şurlar. O, beyət etdiyini söyləyir. Dostları ona: \"Üzün qara ol-sun! Sən itaət məqamında olan bir xəlifə idin, indi gəlib itaətkar olmusan”- deyirlər.

Süfyani İmamla döyüşmək üçün qoşunu hazırlayır. Səhər açıldıqda İmamla döyüşə girişir.

Allah-taala İmam Qaim (ə) və əshabını onlara qələbə çal-dırır, onlar Süfyani qoşununun kökünü kəsirlər. Belə ki, onlar-dan hər hansı biri bir ağacın yaxud daşın içi, ya da arxasında gizlənmiş olsa belə, oradan səs gəlir ki, ey mömin! Bu kafir buradadır, öldür onu! Bunu eşidən mömin düşməni öldürər”.

Sonra İmam buyurdu: \"Çölün vəhşi heyvan və quşları onla-rın ətindən doyacaq. Bəli, İmam Qaim (ə) yerinə yetirmək istə-diyi işi həyata keçirəcək...”

8. Əbdül-Ə`la Hələbi İmam Baqirdən (ə) rəvayət edir: \"...Sonra Kufəyə daxil olacaq. Elə bir mömin yoxdur ki, həmin vaxt ya Kufədə hazır, ya da qəlbini ora göndərməmiş olmasın. Bu, Əmirəl-mömininin (ə) öz əshabına xəbər verdiyi mətləblər-dir.

Sonra İmam öz əshabına buyuracaq: \"Bu sitəmkara doğru gedin və camaatı Allah-taalanın kitabı və Peyğəmbərinin (s) sünnəsinə dəvət edin”.

Süfyani onunla beyət edəcək və bu zaman dayıları ona belə deyəcək: \"Sən nə etdin?! Allaha and olsun ki, biz sənə bu işdə tabe olmayacağıq”.

Süfyani deyəcək ki, bəs neyləyim?

Deyəcəklər ki, döyüşməlisən.

O, İmamla döyüşə girişəcək. İmam ona deyəcək ki, hazır ol, səni öldürəcəyəm.

Döyüş başlanır və Allah-taala İmama qələbə qazandırır və Süfyani əsir düşərək öldürülür”.

9. İmam Baqir (ə): \"Süfyaninin üzə çıxmasıyla Qaimin (ə) zühuru bir ildə olacaq”

\"Parlayan Günəş\" kitabından


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter