Quranla tanışlıq nədən zərurədİr?


Alim olaraq hər bir alimə, mömin olaraq hər bir mö­mi­nə Quranla tanış olmaq vacib və zəruridir. İnsanşünas və so­sioloq üçün Quranla tanış olmaq ona görə vacibdir ki, bu kitab İslam cəmiyyətlərinin, hətta bəşəriyyətin taleyinin for­malaşmasında təsirli olmuşdur. Tarixə nəzər saldıqda bə­şər cəmiyyətinə və insanların həyatına Quran qədər heç bir kitabın təsiri olmadığını görürük. Bu səbəbdən də Qu­ran öz-özlüyündə sosiologiya sahəsinə də daxil olur və bu el­min araşdırma mövzularından birinə çevrilir. Bu sözün mə­nası budur ki, ümumilikdə dünya tarixinin son on dörd əs­rinin, xüsusilə müsəlman cəmiyyətlərinin öyrənilməsi Qu­ranla tanış olmadan mümkün deyil.

Hər bir inanclı müsəlmanın Quranla tanış olması ona gö­­rə vacib və zəruridir ki, bu kitab hər bir müsəlmanın di­ni­nin, inancının və düşüncəsinin əsas mənbəyidir. Quran hər bir inanclı müsəlmanın həyatına hərarət, məna, dəyər və ruh verir.

Quran yalnız Allah və yaradılış barəsində bir sıra mü­əm­malı məsələlər təqdim edən və uzaqbaşı, onlara bir sıra sa­də əxlaqi nəsihətlər də əlavə edən, buna görə də iman gə­­­tirənlərin göstəriş və düşüncələri digər mənbələrdən gö­türmək məcburiyyətində qaldığı bəzi dini kitablar kimi de­yil. Quran \"inanclı” və əqidə sahibi olan bir varlıq olaraq in­­san üçün lazım və zəruri olan əqidə əsaslarını, təfəkkür və düşüncələri, həmçinin tərbiyə, əxlaq, ictimai quruluşlar və ailə prinsiplərini bəyan etmiş, yalnız onların təfsir və şərh edərək açıqlanmasını, bəzi hallarda ictihad edərək hə­­min əsasların xarici aləmdə tətbiqini sünnənin və ya ic­tiha­­dın öhdəsinə qoymuşdur. Buna görə də hər hansı bir di­gər mənbədən istifadə etmək üçün əvvəlcə Quranla ta­nış olmaq lazımdır. Quran bütün digər mənbələr üçün me­­yardır. Biz hədisi və sünnəni Quran meyarı ilə ölçməli və Quranla uyğun gəlirsə, qəbul etməli, gəlmirsə, qəbul et­­məməliyik.

Bizim Qurandan sonra ən mötəbər və müqəddəs mən­bə­yimiz hədis sahəsində dörd hədis kitabı, yəni \"Kafi”, \"Mən la yəhzuruhul-fəqih”, ”Təhzib” və \"İstibsar” kitabları, xüt­­bələrdə \"Nəhcül-bəlağə”, dualarda isə \"Səhifeyi-Səc­ca­diy­­yə”dir. Lakin bunların hamısı Qurandan sonradır və qə­ti­­lik baxımından Quran qədər etibara malik deyillər. Yəni \"Kafi” kitabında olan hər hansı bir hədis Quranla müvafiq ol­­duğu və onun təlimlərinə uyğun gəldiyi, ona zidd ol­ma­dı­ğı təqdirdə mötəbər hesab edilir. Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) buyurmuşlar ki, bizim hədislərimizi Qu­­ranla uyğunlaşdırın. Əgər Quranla uyğun gəlməsələr, bi­­lin ki, saxta və uydurmadırlar, onları yalandan bizə is­ti­nad edirlər. Biz Qurana zidd söz söyləmərik.

\"Quranla Tanışlıq\" kitabından


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter