Dəccal KİMDİR?


1. Nəzal b. Səbri deyir: \"Əli b. Əbi Talib (ə) bizə bir xütbə oxudu və Allaha həmd-səna edəndən sonra buyurdu: \"Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun”. Həzrət bu cümələsini üç dəfə təkrar etdi. Bu zaman Əsbəğ b. Nubatə ayağa duraraq soruşdu: \"Ey möminlərin Əmiri, Dəccal kimdir?”
Həzrət buyurdu: \"Dəccal, Said b. Seyddir. Onu qəbul edənlər bədbəxtlərdir. Və xoşbəxt o adamdır ki, onu inkar etsin, qəbul etməsin. O, İsbəhan (İsfahan) adında şəhərin bir yəhudi kəndindən çıxacaq. Sağ gözü yoxdur, sol gözü isə alnındadır və dan ulduzu kimi parıldamaqdadır. Və həmin gözün içində qanlı ət var. İki gözünün arasına hər savadlı və savadsızın oxuya biləcəyi şəkildə \"kafir” sözü yazılmışdır.

O, dəryalara girir və günəş də onunla birlikdə hərəkət edir. Onun qarşısında dumanlı və arxasında isə ağ bir dağ vardır. Camaat onu yemək zənn edəcək.

O, şiddətli qəhətlik zamanı üzə çıxacaq. Onun hər addımı bir \"mil” (qədim ölçü vahidi- müt.) olan ağ rəngli miniyi var. O, bununla məntəqələri bir-bir arxada qoyur və kənarından keç-diyi elə bir su yoxdur ki, Qiyamətə kimi yerə çəkilməsin.

O, məğrib və məşriqin arasında olan bütün cin, şeytan və insanların eşidə biləcəyi bir şəkildə fəryad edəcək: \"Mənim dostlarım! Yanıma gəlin. Mən, varlıqları xəlq edən, onu nizama salan, hər şeyi ölçüyə salan və hidayət edən allaham. Mən sizin uca məqamlı rəbbinizəm!”

O, Allah-taalanın düşmənidir, yalançıdır. Onun bir gözü var, qarını var, yemək yeyir, bazarlarda yol gedir, halkbuki sizin Allahınız və Rəbbiniz bir gözlü deyil, yemək yeməz, yol yeri-məz və məhv olmaz. O, belə şeylərdən münəzzəhdir, uzaqdır.

Dəccala tabe olanların çoxu haramzadələrdir və əyinlərinə yaşıl tilsan (tikişi və kəsiyi olmayan bədəni örtən uzun geyim) geyərlər.

Allah-taala cümə günü günortadan qabaq onu Şamdakı Əfiq dərəsində Məryəm oğlu İsa Məsihin namazda iqtida edə-cəyi şəxsin əlilə qətlə yetirəcək...” (\"B.”, 52/192-194, r. 26).

2. Bəlxdən olan bir kişi İmam Baqirin (ə) məhzərinə daxil oldu. İmam ondan soruşdu: \"Ey xorasanlı! Filan və filan məntəqələri tanıyırsanmı?”

Dedi: \"Bəli”

İmam buyurdu: \"Filan məntəqədə belə bir xüsusiyyətlərə malik olan bir dərəni tanıyırsanmı?”

O, yenə: \"Bəli”-dedi.

İmam ona buyurdu: \"Dəccal oradan çıxacaq”.

İzah

Birincisi, baxmayaraq ki, (həqiqətdən xəbərsiz olduğumuza görə) məsumlara nisbət verilən bəyanları təsəvvür etmək çətindir. Amma bilirik ki, əgər Allah-taala hər hansı bir işin baş verməsini iradə edərsə, o hökmən həyata keçəcək. Necə ki, əvvəlki ümmətlərdə çoxlu sayda xariqül-adə işlər baş vermişdir. O, şeyləri görən, yaxud nəql edən şəxslərin sözlərinə etima-dımız olmasaydı və yaxud onlardan qalan yadigarları gözü-müzlə görməsəydik, bu gün həmin şeylərə inanmağımız çətin olardı. Bax, elə gələcəkdə baş verəcək işlər də belədir. Hər hansı bir işin bizə inanılmaz gəlməsi, həmin işi tez inkar etməyimizə bais olmamalıdır. Xüsusən də, belə şeyləri bizə xəbər verənlər aləmdə olmuş, olan və gələcəkdə baş verəcək həqiqətlərdən agah olan şəxslər olsalar, bu zaman xatırlat-dığımız mətləb daha ciddi şəkil alır.

İkincisi, Dəccalın haqqında qeyd olunan xüsusiyyətlər bu günün inkişaf etmiş texnikası da ola bilər. Götürək təyyarələr, raketlər, saxta ulduzlar, radio-televiziyalar və indi onların hətta ixtiraçıları belə dünyaya göz açmamış və gələcəkdə kəşf olunacaq texnikaların yaranması nəzərdə tutulmuş olsun.

Bu ehtimala əsasən məlum olur ki, məsum İmam bəsirət gözü ilə zühura yaxın zamanların hadisələrini görmüş, bizə xəbər vermişdir. Amma həmin dövrdə camaat belə şeylərdən xəbərsiz idi və buna görə də İmamın sözlərini başa düşməz-dilər. Bu üzdən də İmam həmin mətləbləri bənzətmələrlə ifadə etmişdir. Baxmayaraq ki, hədisin bəzi hissələrini belə yozmaq olmur, amma bu ehtimal da uzaq görüş deyildir.

Hər halda, bu məsələlərin qəribəliyinə nəzər salıb tələskənliklə hədisin sənədinə irad tutmaq, yalanlamaq, bu hədislərin məzmununu inkar edə bilməz. Ona görə ki, Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) nəql olunmuş hədislərdə belə şeylər çoxdur.

\"Parlayan Günəş\" kitabından


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter