İNSAN NİYƏ ALLAHINDAN QƏRİB DÜŞÜR?


İnsanın fərdi və ictimai dərdlərinə şəfa verəcək dərman Allahı yada salıb, zikr etməkdir. İmam Əli (ə) hamını itaətə və Allahı yada salmağa dəvət edir və buyurur: \"Allahın itaətini qəbul et və Allahı yada salmaqla ünsiyyət qur”.

İlahi peyğəmbərlər (ə) və İmamlar (ə) Allahı zikr etməyə ona görə dəvət edirdilər ki, insan xeyir və bərəkətin açarını Allahı zikr edərək tapmalıdır. Mehriban Allah bütün yaxşılıqların günəşidir. Bütün yaxşılıqlar onun üfüqündən doğar. Susuz canlar onun sonsuzluğundan doymuş olar.

Şübhəsiz ki, filosoflar və alimlər indiyə qədər İlahi rəhmət mövzusunda çox düşünmüş və bu haqda çox sayda məqalələr yazmışdılar.

Ancaq bu mövzu haqqında cürətlə demək olar ki, çox sayda mütaliələrə baxmayaraq, bu haqda aparılan dərin tədqiqatlar insanı hələ də heyrətə salır. Bu həqiqəti dərk etməkdə aciz qoyur. Beləliklə deyə bilərik ki, İlahi rəhməti dərk etmək bizim imkanımız xaricindədir.

\"Kumeyl” duasında Allahdan istəyirik: \"Allahım! Mən Səndən istəyirəm ki, hər tərəfi bürüyən rəhmətin sayəsində...”. Bu mənalı cümlədən görmək olur ki, Allahın rəhmət nuru günəş kimi yer üzərinə nur saçır və bütün varlıq aləmini isidir. Onların ən kiçiyindən tutmuş ən böyüyünə qədər hamısı Allahın sonsuz rəhmətindən bəhrələnirlər. Yoxluq zülmətindən çıxaraq, varlıq libasını geyinirlər. Varlıq aləminin xəlq olunması, onlara İlahi ayənin nazil edilməsi, peyğəmbərlərin besəti, yolunu azmışların hidayəti, ölülərin dirilməsi, Qiyamətin bərpa olması, behişt və cəhənnəm... - bunların hamısı İlahi rəhmətin şüalarıdır.

Hədislərin birində deyilir ki, Allah Musaya (ə) buyurur: \"Ey Musa! Məgər bu mövzu haqqında biliyin varmı ki, Mənim rəhmətim səni hansı həddə qədər əhatə etmişdir?” Musa cavab verdi: \"Sən mənə ata və anamdan da mehribansan?” Allah buyurdu: \"Ey Musa! Həqiqət budur ki, Mənim rəhmətimin çoxluğu və fəzilətinə görə anan sənə rəhm etdi! Ona görə də bu Mənəm ki, ananı sənə mehriban olmağa vadar etdim və qəlbini pak və pakizə etdim ki, şirin yuxusundan səni tərbiyə etmək və böyütmək üçün əl çəksin. Əgər onunla bu cür etməsəydim, başqa qadınlarla bir olardı”.

Bu hədisdən görmək olur ki, ananın övladına göstərdiyi məhəbbət – İlahi məhəbbət dənizinin bir damcısıdır. Allah bu rəhmətin ancaq bir damçısını anaların qəlbinə salmışdır ki, ana mehriban və nəvazişlə övladını qucaqlasın və onu məhəbbətlə tərbiyə etsin. Əgər belə olmasaydı yəqin ki, heç bir ana övlad tərbiyəsində bu qədər əziyyətlərə və çətinliklərə dözə bilməzdi. Xəstə olan zaman gecədən səhər qədər oyaq qala bilməzdi. Əziz Peyğəmbərimizdəndən (s) gələn başqa bir hədisdə Həzrət buyurur: \"Canım əlində olan Varliğa and olsun! Allah Təala öz bəndələrinə qarşı anadan da mehriban və ürəyi yanandır”.

İmam Əli (ə) insanın Allah qarşısında nalayiq rəftarı haqqında danışır və bu haqda buyurur: \"Yadına sal ki, Allahdan üz çevirmişdin və həmin an O, üzünü sənə çevirdi və səni əfvinə dəvət etdi və kərəmi ilə əhatə etdi. Baxmayaraq ki, sən Allahdan əlaqəni kəsmisən, başqasına diqqət edirsən, Allah necə də güclü və böyükdür! Sən isə nə qədər gücsüz və dəyərsizsən ki, Ona üsyan etməyə cürət edirsən”.

Bəli, naşükür insan bu qədər İlahi rəhmət və lütf ilə əhatə olunduğu halda Xaliqi qarşısında düşməncəsinə rəftar biruzə verər. İlahi rəhmətin həyat bəxş edən istəklərini yerinə yetirmək əvəzinə müxalifətlik edər. Əmrlərini ayaq altına salar. Ümid vardır ki, İlahi rəhmət küləyi qəflət qabarını qəlbimizdən kənar edərək, bizləri Allahın sonsuz mehriban və lütf dənizinə tərəf hidayət edər. Bununla da qaranlıq keçmişlə vidalaşıb, hər cür çirkinlikdən uzaq olaraq pak qəlblə ibadət və bəndəlik edə bilək.

(Tebyan saytına istinadən) deyerler.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter