QURANDA ƏQL VƏ TƏFƏKKÜRÜN FƏZİLƏTİ BARƏDƏ NƏ DEYİLİR?
Əql - Quranda dərk etmək qüvvəsi və həqiqətləri tanıyan vasitədir. \"Lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər”. (\"Bəqərə” 75).
\"Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub), halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!” (\"Ali-İmran” 65).
\"Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik”. (\"Ali-İmran” 118).
\"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?” (\"Ənam” 32).
\"Həqiqətən Biz onu ərəbcə bir Quran (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz”. (\"Yusif” 2).
\"Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!” (\"Ənbiya” 10).
\"Dedi: \"Belə isə, bəs siz Allahın yerinə sizə heç bir xeyir-ziyan yetirməyən şeyəmi ibadət edirsiniz?!” Tfu həm sizə, həm də Allahın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!” (\"Ənbiya” 66-67).
\"Və deyərlər: \"Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq”. (\"Mulk” 10).
\"Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır”. (\"Bəqərə” 164).
\"Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır”. (\"Rəd” 4).
\"Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir. Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır”. (\"Nəhl” 10-11).
\"Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır. Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik. Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır”. (\"Nəhl” 65-67).
\"(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır”. (\"Rum” 24).
\"Səndən şərab və qumar barəsində soruşurlar, de: \"O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür”. Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: \"(Sizə) müyəssər olanı”. Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz”. (\"Bəqərə” 219).
\"O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: \"Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru”. (\"Ali-İmran” 191).
Beləliklə bu ayələrdən belə nəticə çıxartmaq olar ki, əql - ən gözəl minik, ən üstün vasitə, ən nurlu çırağ, həqiqətləri dərk edən məşəldir ki, insan onun vasitəsilə tövhidin ən dəyərli məsələlərini başa düşər və onun haqqında düşünər. Gəlin, Allahın bu dəyərli nemətindən lazımlı qədər faydalanaq.
(Erfan saytına istinadən) DEYERLER.org