İNDİYƏ QƏDƏR HƏLƏ DƏ SAĞ OLAN PEYĞƏMBƏR VARDIRMI?
Ayə və hədislərimizdən belə nəticəyə gəlmək olar ki, dörd peyğəmbərin (ə) sağ olması ehtimalı vardır.
Onların hər biri haqqında gələn ayə və hədislərə işarə edək.
Günahı İkİqat artıran əməllər hansıdır?
Günahdan ləzzət almaq və günah işlədən zaman sevinmək o işlərdəndir ki, günahı böyüdər və daha çox günah qazanmağa səbəb olar. Bəzən vəsvəsə zamanı insan o yerə çatır ki, öz yanlış rəftarı ilə fəxr edir. Halbuki, insan ancaq layiqli və bəyənilmiş iş görən zaman bu əməli ilə fəxr etməlidir, çirkin əməli ilə deyil.
RAMAZANDA KİMLƏRİN ORUCU QƏBUL DEYİL?
Ramazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək.
Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: “İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar”.
Hədİslərdə İstİxarənİn hansı növü tövsiyə edİlİr?
Hədislərə əsasən, Quran və həm də təsbehlə edilən istixarə çox tövsiyə edilən istixarə növlərindəndir. Bundan başqa, hədislərdə istixarənin başqa bir növü də tövsiyə edilir. Bu istixarə həm də Allahdan xeyir diləməkdir. Yəni, insan hər bir işi görməmişdən və ya tərk etməmişdən qabaq Allahdan Təaladan onun xeyrini və məsləhət olanını istəyər.
Quranın nəzərİndə ən gözəl göz hansıdır?
İnsanlar arasında gözəllik axtarışı müxtəlif hədəflərlə olur. Bəziləri özlərini ona görə gözəlləşdirirlər ki, ictimai məqama sahib olsunlar. Bəziləri başqalarının diqqətini özünə cəlb etmək üçün belə edirlər. Bəziləri isə özlərini gözəlləşdirməkdəki hədəfi zati bir istək kimi qiymətləndirir, istəsələr də, istəməsələr də gözəl görünməyi xoşlayırlar.
Sİleyİ-rəhmİn dünya və axİrət mükafatları NƏDİR?
Allah Təala sileyi-rəhm üçün axirət mükafatı ilə yanaşı, dünya mükafatları da müəyyən etmişdir. Belə ki, günahkar insanlar da sileyi-rəhmə riayət edərək, ömürlərini artırarlar. Sileyi-rəhm İslam dinində ən dəyərli sünnətlərindən biridir. Ramazan ayı gələndə isə başqa bir ab-havaya bürünər. Qohumlar bir yerə toplaşar və iftar edərlər.
“Şəhİdlər sağdırlar” nə deməkdİr?
Bərzəx aləmindəki həyat bütün insanlara aid olsa da, ancaq Allah yolunda şəhid olanlar bu aləmin ən ali mərtəbəsində qərar tuturlar. Onlar dünya əhlindən xəbərdar olurlar.
Leylətül-cəvayİzİ HANSI GECƏLƏRDİR VƏ ONLARInecə keçİrməliYİK?
Hədislərə əsasən Fitr bayramının gecəsi Qədr gecələri kimi beş gecələrdən biridir ki, Allah Təala onları seçmişdir.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “(Allahın) gecələri arasında seçdiyi gecələr: cümə gecəsi, Şəban ayının 15-i gecəsi, Qədr gecəsi, Fitr və Qurban bayramlarının gecələridir”. Bu imtiyaz ancaq bu gecəyə aid deyildir. Onun gündüzü də gecəsi kimi fəzilətlidir.
Cəbrayİl (ə) Həzrət Peyğəmbərə (s) qadınlara münasİbət barədə nə dedİ?
İslam dinində həyat yoldaşına yaxşı münasibətin imanla birbaşa əlaqəsi vardır. Başqa sözlə desək, müsəlmanın imanı nə qədər güclü olarsa, həyat yoldaşına o qədər yaxşı münasibət bəsləyəcəkdir. Müsəlmanın imanı artdıqca həyat yoldaşına qarşı münasibəti də yaxşılaşır. Ailə də nə qədər sağlam olarsa, cəmiyyət də o qədər sağlam olar.
Heyvanlar üçün Qİyamət vardırmı?
İslam dininin üsulid-dinlərindən biri də məaddır. Bu mövzunun əhəmiyyəti o qədər böyükdür ki, çox az alim tapılar ki, onun haqqında heç danışmasın. Məadşünaslar bu haqda çox sayda nəzəriyyələr irəli sürmüşdülər. Bu bəhsdə heyvanların məadına da işarə edilmişdir.