Hədİslərdə İstİxarənİn hansı növü tövsiyə edİlİr?


Hədislərə əsasən, Quran və həm də təsbehlə edilən istixarə çox tövsiyə edilən istixarə növlərindəndir. Bundan başqa, hədislərdə istixarənin başqa bir növü də tövsiyə edilir. Bu istixarə həm də Allahdan xeyir diləməkdir. Yəni, insan hər bir işi görməmişdən və ya tərk etməmişdən qabaq Allahdan Təaladan onun xeyrini və məsləhət olanını istəyər. Bunun yollarından biri gecə namazının son səcdəsində yüz dəfə “İstəxirəllahi birəhmətihi” deyirsən. Yəni, Allahdan Onun rəhmətinə görə xeyir istəyirəm. Bunu sübh namazının nafiləsinin son səcdəsində də etmək olar. Namazı bitirəndən sonra hacətinə görə Allaha təvəkkül edirsən, ümid edirsən ki, Rəhim və Rəhman olan Allah sənə bu işdə xeyir verəcəkdir.
İstixarənin dəqiq necə yerinə yetirilməsi haqda din alimlərinin kitablarında çox yazılmışdır. Onlardan birinə işarə edək. Mərhum Şeyx Murtəza Ənsari Nəcəfi-Əşrəfə getmək istəyir. Anası bu səfərə razı olmur. Çox təkid edəndən sonra istixarə edir. Quranı o möhrətəm banunun niyyəti ilə açır. Quran ayəsinin əvvəlində bu sözləri oxuyur: “Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik». (“Qəsəs” 7). Bu ayə anasının qəm və qüssəsini aradan aparır. Gələcəyin ən böyük mərcələrindən olan Şeyx Ənsarinin taleyindən xəbər verir. Anası bir qədər ağlayır və nəhayət ona getmək üçün icazə verir.
İslam dini istixarəni o məsələlərdə tövsiyə edir ki, müsəlman həmin işi görüb-görməyəcəyini ağılla fikirləşə bilmir. Yəni, ağlı ona kömək edə bilmədiyi mövzularda insan istixarə edə bilər. Ancaq o məsələlərdə ki, ağıl insana yol göstərir, istixarə etmək o qədər də bəyənilmir.
(Əndişeyi-Qum saytı/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter