Gündəlİk vacİbİ namazlar neçə vaxtda qılınmalıdır?
Əhli-beyt məzhəbinə əsasən namaz vaxtları 3 qismə ayrılır:
1) Məxsusi vaxtlar. Bu namaz vaxtı zöhr, əsr, məğrib və işa namazları üçün hesab olunur. Zöhr namazının məxsusi vaxtı zöhr vaxtı daxil olduqdan 4 rəkətlik namaz qılmaq qədərindədir. Bu zaman fasiləsində yalnız zöhr namazını qılmaq olar.
Cümə namazı vacİbdİrmİ?
Müqəddəs Qurani-Kərimin \"əl-Cümə\" surəsinin 9-cu ayəsində Allah-Təala buyurur:
\"Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir\".
Aşura günü oruc tutmağın hökmü nədİr?
İslami kitab və mənbələrdə bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.
Hansı dənİz məhsullarını yemək olar?
Müqəddəs İslam şəriətinə əsasən, dəniz məhsullarının bir qismini yemək icazəli, digər qismini yemək isə qadağandır. Pulcuqlu balıqları yemək caiz, digər dəniz canlıları isə haramdır.
Azan və İqamədə üçüncü şəhadətİn hökmü nədİr?
Azan və iqamə təkbirlə başlayır, daha sonra isə 3 şəhadətlə davam edir. Allahın təkliyinə, Həzrət Məhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayətinə şəhadət edilir.
Verilən suallardan biri isə budur: Peyğəmbər (s) dövründə Həzrət Əlinin (ə) vilayətinə şəhadət verilmişdirmi? Bu şəhadət sünnədən gəlir yoxsa, sonradan əlavə edilib?
Namaz təqvİmlərİndəkİ fərqlər nədən qaynaqlanır? Hansı təqvİmİ əsas götürək?
Namaz təqvimlərindəki fərqlər həm məzhəblər arasındakı fərqlərdən, həm də astofiziki hesabat fərqlərindən yaranır.
Namaz təqvimlərindəki fərqlər sadə müsəlmanları bir çox hallarda narahat edir. Çünki namaz və oruc kimi ibadətlər bu təqvimlərə əsasən yerinə yetirilir. Eyni bir şəhər üçün hesablanmış bu təqvimlərdəki fərqlər bəzən 30 dəqiqəyə çatır.
ƏDALƏTƏ RİAYƏT ETMƏK DEDİKDƏ NƏ NƏZƏRDƏ TUTULUR?
Quran bizə əmr edir ki, danışan zaman ədalətə riayət edək. “Ədalətli olun”.(“Ənam” 152). Bu ayəyə diqqət edəndə görmək olur ki, danışan zaman ədalətli olmaq lazımdır, nə ifrat etmək, nə də təfrit. Danışan zaman ədalətli olmaq o deməkdir ki, insan danışan zaman sözü yerində desin. Danışdığı söz həqiqət olsun və insanlardan eşitdiklərini təkrar etməsin. Əgər insan bir şeyi özü görübsə, düzdür. Ancaq ona danışsalar, gərək eşitdiklərinə inanmasın.
Qəbul olmayan tövbələr varmı?
Tövbənin özünün xüsusi zamanı vardır. Əgər həmin vaxt keçərsə, tövbə qəbul olunmaz. Hədislərdən oxuyuruq ki, tövbə qapısı o qədər genişdir ki, bütün günahkarlar ora daxil ola bilirlər, ancaq həmin geniş qapı üç dəfə onların üzünə bağlanar.
AİLƏ İNSANA NƏ BƏXŞ EDİR?
Allah Təala buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).
ODDAN OLAN CİNLƏR QİYAMƏT GÜNÜ NECƏ ODDA YANDIRILACAQLAR?
Əslində cinlər insan hissindən gizli bir varlıqlardır. Quran ayələrindən görmək olur ki, onlar da ağla malik olan canlılardır. Allah onları oddan yaratmışdır. İblis də bu dəstədəndir. Quran ayələrində oxuyuruq ki, cinlər iki qrupdurlar: 1. Onlardan bir dəstəsi mömin və itaətkardırlar. 2. Bir dəstəsi isə kafir və itaətsizdirlər.