Sİleyİ-rəhmİn dünya və axİrət mükafatları NƏDİR?


Allah Təala sileyi-rəhm üçün axirət mükafatı ilə yanaşı, dünya mükafatları da müəyyən etmişdir. Belə ki, günahkar insanlar da sileyi-rəhmə riayət edərək, ömürlərini artırarlar. Sileyi-rəhm İslam dinində ən dəyərli sünnətlərindən biridir. Ramazan ayı gələndə isə başqa bir ab-havaya bürünər. Qohumlar bir yerə toplaşar və iftar edərlər.
Bu İlahi sünnət o qədər mühümdür ki, hətta din alimləri onu kitab, sünnət və əql kimi üç mühüm vacibatlar kimi bir vacibat olduğunu vurğulayırlar. Hətta onun üçün birillik səfərə çıxmaq belə tövsiyə edilmişdir. Qohumlarla əlaqəni kəsmək Allahla peymanı bir növ pozmaq deməkdir. Allah yanında o qədər nifrətedici bir əməldir ki, Allah Quranın üç yerində həmin şəxsi lənətləmişdir. Fiqhdə isə böyük günahlardan hesab edilir və bəşərin məhv olmaq amili kimi
tanıdılmışdır. Belə ki, hədislərdə oxuyuruq: “Behiştin iyi min illik məsafədən burunlara çatırsa, qohumları ilə əlaqəni kəsənin burnuna çatmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizə dünya və axirətin əxlaqi cəhətdən ən üstün insanını tanıdımmı?” Dedilər: “Bəli”. Buyurdu: “O kəs ki, onunla rabitəni kəsən qohumu ilə rabitə yaradar”.
Sileyi-rəhm Allah yanında o qədər mühümdür ki, onu ən tez qəbul olan ibadət adlandırmışdır. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq ki, Allah üç şeyi üç şeyə bərabər hesab etmişdir: “Namaz və zəkatı əmr etmişdir. Hər kim zəkat verməsə namazı qəbul olmaz. Allaha və valideynlərə şükür etməyi əmr etmişdir. Hər kim valideynə şükür etmirsə, Allaha şükür etməmiş olar. İlahi təqvaya və sileyi-rəhmə əmr etmişdir. Hər kim sileyi-rəhm etməz, İlahi təqvaya riayət etməmiş olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün ümmətimə hazır və qayib olanlara, Qiyamətə qədər hələ dünyaya gəlməmişlərə sileyi-rəhmi sifariş edirəm. Baxmayaraq ki, aralarında bir il fasilə olsa belə. Və bu, İslam dinindəndir”.
Sileyi-rəhm həm dünya savabına və həm də axirət savabına malikdir. Bəzilərinə işarə edək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əcəlinin təxirə düşməsini və ruzisinin artmasını istəyirsə, Allahdan çəkinsin və sileyi-rəhm etsin”. Həmçinin buyurur: “O kəsin ki, ömrünə üç il qalar, sileyi-rəhm ilə Allah ömrünü 33 il uzadar”. Başqa hədisdə oxuyuruq: “Hər kim mənim üçün bir əməli zəmanət qoyarsa, mən onun üçün dörd şeyi zəmanət qoyaram. Hər kim sileyi-rəhm edər, Allah onu sevər. Ruzisini artırar, ömrünü uzadar və onu vəd etdiyi behiştinə daxil edər”.
İmam Baqir (ə) buyurur: “Sileyi-rəhm əməlin paklaşmasına, mal-dövlətinin artmasına, bəlaların dəf olmasına, hesabın asanlaşmasına və əcılin təxirə düşməsinə səbəb olar”.
Həzrət Musa (ə) Allahdan soruşur: “Sileyi-rəhm edən insanın mükafatı nədir?” Buyurur: “Əcəlini təxirə salaram, can verməyini asanlaşdıraram, behiştin mələkləri ona nida edərlər: “Bizə tərəf gəl və hansı qapıdan istəyirsənsə daxil ol””.
İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm şəhərləri abad və ömürləri uzun edər”. Həzrət Peyğəmbər (s) qohumların hüququna riayət etmək haqqında belə buyurur: “İlk növbədə ailəndən başla”. Həzrət (s) Əmirəl-möminini (ə) səsləyir: “Ey Əli! Valideyninə yaxşılıq etmək üçün iki il və qohumlarına qovuşmaq üçün bir il səfər et”.
İmam Rza (ə) buyurur: “Allah Təala İlahi təqvanı sileyi-rəhmlə bir yerdə qərar vermişdir. Hər kim sileyi-rəhm etməzsə, İlahi təqvası yoxdur. Nəticədə başqa yaxşı əməlləri qəbul olmaz. İşləri dünya və axirətdə çətin nəticələrə gətirib çıxarar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qohumlarla əlaqəni kəsmək duaya mane olar və qarşısında hicab olar”. İmam Sadiq (ə) buyurur: “Günahı tez bir zamanda məhv edən şey - sileyi-rəhmdir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter