Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?
Ayətullah Zəncani nəql edir: “İmam Xomeyni (r.ə) və atamla bir yerdə Məşhədə ziyarətə getmişdim və İmam rəhmətlik hərəmdə Hacı Həsənəli Noxudəki ilə görüşür. İmam o zaman 30 yaşlarında idi və vaxtı qənimət bilib, alimə yaxınlaşır və ona deyir: “Sizə sözüm vardır”. Hacı Noxudəki deyir: “Mən indi əməlləri yerinə yetirirəm, Hürri Amili salonunda qalın, mən özüm sizin yanınıza gələcəyəm”. Bir müddətdən sonra alim gəlir və deyir: “Nə işiniz var?”. İmam üzünü İmam Rzanın (ə) günbəzinə tutub deyir: “Səni İmam Rzaya (ə) and verirəm, əgər kimya elmin varsa, bizə də ver”.
Hacı Noxudəki inkar etmir və deyir: “Əgər biz bu elmi sizə versək, siz dağda və düzənlikdə olan bütün daşları qızıl edərsiniz. Əgər söz versəniz ki, yerində istifadə edəcəksiniz, onu hifz edəcəksiniz, o zaman öyrədərəm”.
İmam elə zamanlarda sədaqətli və düz danışan olduğu üçün başını aşağı salır və deyir: “Yox, mən belə bir söz verə bilmərəm”.
Alim bu sözü eşidən zaman İmama buyurur: “İndi ki kimya elmini hifz edə bilmirsən, mən ondan da yaxşısını sənə öyrədəcəyəm. O da budur ki, hər vacib namazdan sonra:
· Bir dəfə “Ayətül-kürsünü” oxu.
· Həzrət Fatimənin (s.ə) təsbihini et.
· Üç dəfə “Tövhid” surəsini oxuyursan.
· Üç dəfə salavat deyirsən.
· Üç dəfə “Təlaq” 2-3 ayəsini oxuyursan.
Bu sənin üçün kimyadan da yaxşıdır”. Deyerler.org