Gecə namazı haqqında bir neçə hədis gətirin?
Gecə namazı Peyğəmbərdən (s) başqa bütün müsəlman və möminlər üçün müstəhəb və savab qazandıran əməl hesab olunur. Gecə namazı haqda bir neçə hədis gətirsək bu gözəl 3 hədisi deməyimiz yerinə düşər. Peyğəmbərdən (s) belə hədislər gəlmişdir:
1-\"Gecə namazı qılın çünki bu Peyğəmbərinizin bəyənilmiş sünnətindəndir, və sizdən öncəki saleh insanların adətlərindəndir, eləcə də bədəninizin dərd və ağrlarını uzaqlaşdıran əməldir\". Bihar əl-Ənvar, cild: 87. səh: 149.
Bu hədisin məfhumu və sözü budur ki, necə ki, onlar bu əməllər xoş olub və Allah bəndəliyinə çatdıralar sizə də bu əməllə onlar kimi səadətə nail olun.
2-Başqa bir yenə o həzrətdən nəql olunur: \"Gecə namazı qılın .... əməllərin və ibadətlərin qəbul olunmasının səbəbdir\". Bihar əl-Ənvar, cild: 87, səh: 161.
Bu hədisdən də başa düşmək olar ki, vacib əməllərin Allah üçün olması müstəhəb əməllərlə daha da qəbul olunmasına kömək edər və İlahi dərgahda əməllərin istəklə olmasını bildirir ikrahla olmaması başa düşülür.
3-Eləcə də o həzrətdən başqa bir hədisdə gəlmişdir: \"Hər zaman bir bəndə Allahı ilə gecənin qaranlığında və gecənin yarısında (hamı yuxuda olan halda) Allahı ilə xəlvət edə və danışa (namaz qılmaq və Quran oxumaqla) Allah bir nur (onu səadətə çatdıran) qəlbində yerləşdirər ... sonra isə mələklərinə deyər: Ey Mənim Mələklərim! Bəndə nəzər salın ki, gecənin yarsında boş və hədəfsiz yaşıyanlar ləğv işlərlə məşğuldurlar və qafillikdə olanlar isə yatıblar, mənimlə künclənmişdir, siz şahid olun ki, mən onu bağşladım\". \"Səduqun Əmali kitabı, səh: 230\".
Allah gecə namazı qılana nur verər yəni belə düşünmək olar ki, Allah elə düşüncə və elm əta edər ki, insan onunla batil və haqq yolunu tanıyıb və ayırmaq gücünə sahib olar ki, çox məxluqatlar ondan məhrumdurlar.
Nəticədə Gecə namazı insanın səadət yolunda addımlamasına səbəb olur, onun əməllərinin kamil həddə qəbul olunmasına kömək edir və əməllərin düzgün olması üçün insana nur və elm və düzgün düşüncə Allah tövfiq verməklə əldə edir.