Hansı amillər ruzini azaldır?
Məsumlardan (ə) bizə çatan hədislərə nəzər salan zaman görmək olur ki, ruzini azaldan amillər - ruzini artıran amillərin tam əksidir. Belə ki, çalışmaq, zəhmət çəkmək ruzini artırar, ancaq tənbəllik azaldar. Evlilik artırar, zinakarlıq azaldar. Allaha təvəkkül artırar, insanlara təvəkkül azaldar. Yaxşı əxlaq artırar, pis əxlaq azaldar və s. (Tebyan)
Ruzini azaldan amillərə nəzər salaq:
1. Tənbəllik.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, pakizəliyinə və namaza qarşı tənbəllik edər, onun üçün axirət xeyirinə ümid yoxdur. O kəs ki, qazanc əldə etmək üçün tənbəllik edərsə, onun dünya xeyirinə ümid olmaz”.
Səhər yuxusu ruzini azaldar, simanın çirkin və sarı olmasına səbəb olar. Allah ruzini məhz bu vaxtı bəndələri arasında bölər. Ona görə də bu zaman yatmaqdan çəkinin.
2. Proqramsızlıq.
İmam Əli (ə) yoxsulluğun amillərindən birini məhz proqramsızlıqda görmüşdür. İmamın (ə) nəzərinə görə, proqram qurmaq kiçik sərmayəni çoxalda bilər. Yanlış proqram isə malı məhv edə bilər.
3. Allahdan qeyrisinə təvəkkül etmək.
Bütün bəndələrin ruzisi Allahın əlindədir. Ona görə də o kəs ki, ruzisini Allahdan deyil, bəndənin yanında axtararsa, su yerinə ilğımla qarşılaşar. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Hər kim Mənə deyil, Mənim məxluqumun bəndəsinə söykənərsə, yerin və göyün nemətlərini onu üçün qət edərəm. Əgər Məndən bir şey istəsə, Ona vermərəm. Əgər Məni çağırsa, cavab vermərəm. Hər kim Mənim bəndəmə deyil, Mənə söykənərsə, yeri və göyü onun ruzisinin dayağı qərar verərəm. Əgər Məni çağırsa, cavab verərəm. Əgər Məndən bir şey istəsə, ona əta edərəm. Əgər Məndən bağışlanma diləsə, onu bağışlayaram”.
4. Günah və itaətsizlik.
İmam Əli (ə) buyurur: “Günahlardan uzaq olun ki, heç bəla ondan şiddətli deyildir və insan öz ruzisindən məhrum olmaz”.
5. Zinakarlıq.
Həzrət Peyğəmbər (s) dəfələrlə buyurmuşdur ki, zinadan uzaq olun, çünki dünya və axirətdə 6 cəzası olar. Üçü bu dünyada və üçü də axirətdə. Dünyada olan cəzası budur ki, insanın abırı gedər, ruzisi qət olar və ölümü yaxın olar. Axirət cəzası isə hesabının çətin olması, Allahın qəzəbi və atəşə atılmasıdır.
6. Pis əxlaq.
İmam Əli (ə) buyurur: “Pis əxlaqlı insanın ruzisi dar olar”.
7. İsrafçılıq.
Quran buyurur ki, israf etməyin, bəlkə infaq edin. “(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).
8. Əmanətdə xəyanət.
Həzrət Peyğəmbər (s) buyurur: “Əmanətdarlıq ehtiyacsızlığa və əmanətdə xəyanət yoxsulluğa səbəb olar”.
Allah Təala bizi ruzisi bol olanlardan qərar versin. Deyerler.org