Quranda “Altından çaylar axan cənnətlər” ayəsi hansı mənanı ifadə edir?
Cavab: Təfsiri-mizanda bu barədə deyilir: Cənnət çoxlu sıx ağaclardan ibarət bir bağdır. Bizim bildiyimiz sıx abğlar kimi. Cənnət adlanmasının mənası öz sıxlığı ilə yerin üstünü örtməsi mənasındadır. (Cənnət “cinnə” sözündən olub örtmək, bükülü mənasındadır). Sız ağaclar yerin səthini altına alıb örtür, günəş şüalarından qoruyur. Bu səbəbdən altından axan çaylar kimi ifadə işlətmək doğrudur (normaldır). Yox əgər yerdə bir qism ağac olarsa altından çaylar axan ifadəsini işlətmək məqsədə uyğun olmazdı. Necəki Quranda belə bir yer abad və rahat yer kimi qeyd olunur: “Məryəm oğlunu (İsanı) və (bakirə) anasını bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.” (Muminin-50) Bu ayədə abad və axarsulu kimi vəsf edilib. Qeyd- (Altından çaylar axır ifadəsi sıx ağaclardan ibarət yerə aiddir)
Hansı üç amilə diqqət olunsa insanın izzəti ziyan görməz?!
-İmam Əli (ə) buyurur: “Hər kim tamah edər, özünü həqir etmiş olar”.
-İmam Əli (ə) insan izzətini alçaldan ikinci amil barəsində buyurur: “Hər kim pərişanlıq və giriftarlığını aşkar edər – zəlil və xar olar”.
-İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”.
Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?
Peyğəmbərimizdən (ə) gələn hədisdə oxuyuruq: “Qızlarınızla bağlımövzularda xanımlarınızla məsləhət edin”. İmam Əli (ə) buyurur: “Qadınlarla məsləhət etməkdən çəkinin, çünki rəyləri süstdür və qərar verən zaman acizdirlər, məgər o qadınlardan başqa ki, kamil ağıla təlim görmüşdülər”.
Beləliklə deyə bilərik ki, dinimiz qadınlarla məsləhət etməyə pis baxmır. Ancaq müəyyən çərçivələri vardır ki, onlara riayət etmək lazımdır. Əgər qadında iman, ağıl, bilik, xeyirxahlıq, Allah qorxusu olarsa, təqvaya malik olarsa, səbirli və sirк saxlayan olarsa – o zaman onunla mühüm mövzuları məsləhət etmək olar. Necə ki, İmam Əli (ə) bu cür mövzuları Xanım Zəhra (s.ə) ilə məsləhət edərdi.
İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi nə olmuşdur?
Hədis: İslam peyğəmbəri (s): “Quranın zahiri gözəl və könüloxşayan, batini dərin maarif dəryasıdır. Onun ecazkarlıqları saya gəlməz, incəlikləri köhnəlməz.” (Kafi, c. 2, səh. 599, hədis: 2).
Quran surələrinə bənzər yalnız bir surə gətirmək tələb olunur. İslam düşmənləri Quranla mübarizəyə sərf etdikləri bütün imkanlara baxmayaraq, heç zaman bu çağırışa cavab verə bilmədilər. Əlbəttə, Quranın ecazkarlıq yönləri yalnız fəsahət və bəlağətlə bitmir...
İmam Sadiq (ə) bu iki xüsusiyyəti olmayandan uzaq durun?!
Ümumilikdə namazın fəlsəfə və hikməti yalnız onu davamlı olaraq qılmaqla, qayda və şərtlərinə əməl etməklə gerçəkləşir. Yuxarıdakı ayə müsəlmanları bütün namazlara, xüsusilə zöhr namazına önəm verməyə səsləyir. Zöhr namazı üzərində xüsusi dayanmasının səbəbi bəzi müsəlmanların başları iş və qazanca qarışdığı üçün ona önəm verməməsi idi. Qeyd edək ki, namazın vaxtları “İsra” surəsinin 78, “Taha” surəsinin 130 və “Hud” surəsinin 114-cü ayəsində verilmişdir.
Hədis: İmam Sadiq (ə): “İki xüsusiyyət olmayan adamdan uzaq durun, uzaq durun, uzaq durun!” Soruşdular: “O iki xüsusiyyət hansılardır?” Buyurdu: “Namazı vaxtında qılmaq, ona önəm vermək və (mömin qardaşlarının) dərdinə şərik olmaq.” (Xisal, c. 1, səh. 47, hədis: 50).
Həzrət Məhdinin (ə) zühurunun Quran və Hədislərdə 10 xüsusiyyəti hansılardır?
“Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!”.(“Zuxruf” 66). İmam Muhəmməd Baqir (ə) bu ayə haqqında buyurur: “O, Həzrət Qaimin (ə.f) saatıdır ki, anidən gəlib çatacaqdır”. Zühurun bəzi xüsusiyyətləri:
1. Qəti olması. “Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızıbildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib)”. (“Zariyat” 23).
2. Zühurun ani baş verməsi. “Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!”.(“Zuxruf” 66).
3. Yəvmullahdır – Allah günüdür. “Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal”. (“İbrahim” 5)...
Həzrət İsa Məsih (ə): Dünyada 2 cür xəstə var...
Həzrət İsa (ə) deyir: “Ey kişi! Dünyada iki cür xəstə vardır. Bir növ xəstələr öz xəstəliklərini hiss edərlər və özləri təbibin yanına gələrlər ki, müalicə olsunlar. Ancaq bir növ xəsətlik də vardır ki, xəstəliyindən agahlığı yoxdur. Ancaq bir başqası onun xəstəliyini başa düşür, ürəyi yanır və deyir: “Gedək və təbibi onun yanına gətirək”.
Bu xanım ikinci növ xəstələrdəndir. Pisliyə və zinaya düçar olduğu üçün fikirlərinin pis olmasına diqqət etməmişdir, ona görə də gərək təbib onun yanına gəlsin.
Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir...
İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?
İmam Əli (əleyhi səlam) həqiqi, Şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdi:
1- Şiələr o kəslərdir ki, gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır.
2- Şiələr o kəslərdir ki, Allahdan uzaq düşmək və eləcə də cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər.
3- Şiələri o kəslərdirlər ki, oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir.
4- Şiələr o kəslərdir ki, Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar...
Qonağı necə qəbul edək?! Məsumların göstərişləri
- İmam Rza (ə): «Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: «Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən». Ərz etdi: «Nəyi söz verim, ey Əmirəl-möminin (ə)?» Buyurdu: «Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən». Ərz etdi: «Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin (ə)». Bununla da, Əli (ə) onun dəvətini qəbul etdi». (Uyuni-əxbari Rza (ə) c.2, səh.42, hədis 138)
- Allahın Peyğəmbəri (syaxud qəbul edib, amma): «Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yemək yeməməsi ədəbsizlikdir». (Qurbul-isnad, səh.160, hədis 583)
Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar
Kişi gərək xanımına elə şeyləri irad tutsun ki, o məsələlərdə səhlənkarlıq etmişdir. Lakin o şeylər ki, onun ixtiyarından xaricdir, ona görə irad tutmaq məsləhət deyildir. Xanımın qəlbini fəth etmək hər bir ailə başçısının əsil hədəfi olmalıdır. Bunun üçün bir neçə açar vardır ki, onlarla tanış olaq.
1. Xanımın valideynləri. Kiçik ailə sarayına daxil olmaq üçün kişilərə lazım olan ilk açar – xanımının valideynlərindən keçər, xüsusilə də anasından. Əgər kişilər xanımının anasına hörmətsizlik edərsə, həyat yoldaşının qəlbini heç bir zaman fəth edə bilməyəcəkdir. Ona görə də kişilər gərək rəqabət aparmaq yerinə, onlara hörmət qoysunlar və ehtiramlarını saxlasınlar.
2. Digər ailə üzvləri. Xanımın valideyni ilə yanaşı, bütün ailə üzvlərinə hörmət etmək – zəruri mövzulardandır. Ola bilsin ki, xanımınızın mənfi xasiyyətlərə malik qardaşı və ya bacısı olsun. Onları tənqid edərək, özünüzə mənfi ballar qazanarsınız. Ona görə də ağıllı kişi heç bir zaman xanımının qohumlarının zəif cəhətlərini üzünə vurmamalıdır...