Naməhrəmlə real və virtual ünsiyyyət zamanı özünənəzarəti necə etmək olar?


Bu barədə bəzi tövsiyələrə diqqət edək:
1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.
2. Kimisə nəticəsiz sevmək – get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı edir. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardır ki, insana mənfi nəticələr gətirir. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edir.
3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq...


Səbr çox mühümdür, xüsusən bu yerlərdə - Həzrət peyğəmbər


Allah rəsulundan (s) nəql olunan hədisdə insana səbrli olmağ tövsiyə olunur. Xüsusən 3 yerdə:
-Müsibət zamanı -İtaət zamanı -Günah qarşısında
Bu 3 hal demək olar ki, həyatının bütün mərhələlərini ümumi şəkildə özündə əks etdirir. Müsibət dedikdə hər cür agır bəlalar, insanın xoşlamadığı hər cür həyati “sürprizlər” nəzərdə tutulur. İnsan gərək səbrli olsun ki, üzləşdiyi bu hadisənin təsirindən çıxa bilsin. Digəri isə itaət qarşısında səbrdir. İnsan bu istiqamətdə səbrli olmalıdır ki, Allahın ona vacib buyurduğu bütün əməlləri icra edə bilsin...


“Biz Kitabı Öz yanımızda pakladığımız şəxslərə miras etdik” – Ayədə pak olanlar kimdir?


Təfsir-mizanda deyilir: Seçilmiş, paklanmış şəxslərdən məqsəd sonuncu peyğəmbərin (s) Fatimədən (s.ə) olan pak övladlarıdır. Onlar İbrahim (ə) nəslindəndir. Quran buyurur: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini seçib üstün etdi.” (Ali-İmran-33). Həzrət peyğəmbərdən (s) geniş şəklidə nəql olunmuş hədisdə deyilir ki, mən sizin aranızda iki ağır əmanəti: Quran və Əhli-Beytimi qoyub gedirəm. Onlar qiyamətə qədər bir birindən ayrılmazlar. Ayə seçilmişləri zikr etməklə istisna edir və bütün bəndələrə aid olmadığını vurğulayır. “Öz yanımızda” deməklə xüsusi seçilmiş şəxslərə işarə edir.
İmam Baqirdən (ə) nəql olunan hədisdə deyilir: Xeyir işlərdə öndə gedən İmam, mötədil olanlar İmamını tanıyanlar, özlərinə zülm edənlər İmamını tanımayanlardır. Allahın seçib pakladığı və hər şeyi bəyan edən Kitabı miras qoyduğu kəslər Bizik.


Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?


“Onlar Nəim cənnətlərində olacaqlar, çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir.” (Vaqiə-12-13-14) Ayədən görünən budur ki, cənnət əhlinin çoxu İslamdan əvvəki ümətlərdən olacaq. Bunun səbəbi odur ki, hədislərdə 124 min peyğəmbərin gəldiyi qeyd olunur. Həm zaman etibari ilə, həm də say etibari ilə əvvəlki ümmətlərin çox olması bunu göstərir. Ayədə “əvvəlkilər” və “axırıncılar” ifadəsi zikr olunub. “Əvvəlkilər” dedikdə sonuncu şəriət sahibi peyğəmbərə qədər olan insanlar nəzərdə tutulur. Hər bir peyğəmbərin zamanında ona iman gətirənlər və öz dövrünün şəriətinə tabe olanlar olub. Bu səbəbdən əvvəliki ümmətlərin yaxşı əməl sahibləri cənnətə, şəriətə tabe olmayanlar isə cəhənnəmə daxil olacaqlar. “Axırıncılar” dedikdə isə sonuncu şəriət sahibi peyğəmbər (s) nəzərdə tutulur. Çünki insanlara vacibdir ki, yeni səriət göndərilənə qədər öncəki şəriətə tabe olsunlar. Sonuncu peyğəmbər və son şəriət sahibi İslam peyğəmbəri (s) olduğu üçün bütün insanlara bu şəriədə tabe olmaları vacibdir. “Axırıncılar” ifadəsində İslam peyğəmbərinin (s) zühurundan sonra dünyada olan və bu dinə tabe olanlar nəzərdə tutulur. /(Aşinaye ba Quran. Murtəza Mutəhhər)


“Ömrüm boyu əldə etdiylərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai


... Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir:
“Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim.”
- Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı İmamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə-35)


Biz Əhli-Beytin ardıcıllarını 3 qismdir – İmam Sadiq (ə)


Həzrət İmam Sadiq (ə) İslam ümmətini əməl və düşüncə baxımından qismlərə ayırır və buyurur: İnsanlar bizim barəmizdə 3 növ düşüncəyə, əqidəyə məxsusdurlar:
-Birincisi: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Lakin göstərişlərimizə uyğun əməl etməzlər. Onlar cəhənnəm əhlidir!
-İkinci: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Lakin onların bu istəyi dünya əldə etmək, insanları istismar etmək üçündür. Onlar cəhənnəm əhlidir!
-Üçüncüsü isə bizi sevərlər. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Onların əməlləri Allah üçündür. Onlar bizdən, biz də onlardanıq. (Tuhəful-uqul. Səh-513)


Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin hansı xüsusiyyətlərə yiyələnməlidir?


Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə ən çox bənzəyən şəxslə tanış edimmi?”. Deyirlər: “Bəli, ya Rəsulallah!”.
Həzrət (s) buyurur: “Hər kim xoş əxlaq, mülayim, qohumlarına qarşı yaxşılıq edən, din qardaşlarını sevən, haqqa səbirli, qəzəbini yatızdıran və güzəşt edən olarsa həmin şəxs mənə ən çox bənzəyən insandır”. İmam Səccad (ə) buyurur: “Üç şey insanın nicatına səbəb olar:
1. Dilini insanların qeybətindən və (onlara görə) pis sözlərdən saxlamaq. 2. Özünü o işlərlə məşğul etmək ki, dünya və axirət üçün faydalıdır. 3. Həmişə xata və səhvlərə görə narahat və ağlayan olmaq”.


Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri


Ustad Qiraətinin buyurduqlarından bəlli olur ki, Quranın məskən barəsində dəqiq nəzərləri vardır. Quranın nəzərində münasib olan məkan necə olmalıdır?
1. Rahatlıq yeri olmalıdır. “Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi”. (“Nəhl” 80). Yəni, qaldığımız məkan elə olmalıdır ki, bizə hüzur gətirsin. Bayırın səs-küyündən uzaq olsun və ruhumuzu rahatlada bilsin.
2. Örtülü olmalıdır. Çox təəssüf ki, bu gün bina evlərində yaşayan insanların həyatları bir-birindən gizli və örtülü deyildir. Çünki bəzən insan həyası əldən gedir. Halbuki, ev həm həyanın və həm də iffətin qoruyucusu olmalıdır. Başqa insanlar daxildə baş verənlərdən xəbərdar olmamalıdır...


Şəhidləri və müqəddəs şəxsləri nə üçün ziyarət edirik? - Ən yaxşı ziyarət forması hansıdır ?


Qəbir ziyarətlərinin ikinci bir faydası isə mərhumlara faydamızın olması baxımındandır. Çünki həzrət Peyğəmbərdən nəql olunan hədislərdə deyilir: Öz ölülərinizə hədiyyə göndərin. Soruşurlar, Ey Allahın rəsulu (s) onlar üçün ən yaxşı hədiyyə nədir? Peyğəmbər (s) buyurdu: Sədəqə və dua. (Mustədrəkul-vəsail) Həmçinin Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə buyrulur: Hər cümə axşamı möminlərin ruhu öz evlərinin üzərinə gələr və qəmgin halda ev əhlinə nida edər ki, mənə qarşı mehriban olun! Əlinizdə olan malınızla bizə rəhm (yaxşılığ) edin. Həmçinin İmam Sadiq (ə) buyurub: Dünyasını dəyişən insana ehsan edən şəxsin etdiyi əməlin savabı həm insanın özünə, həm də mərhumun xeyrinə yazılır. (Zadul-məad. 574) Bütün bu deyilənləri diqqətə alaraq şəhidlərimizi, yaxınlarımızı, müqəddəslərimizi ziyarət etməklə həm onları, həm tariximizi və dəyərlərimizi yaşadaq, həm də bu dəyərlərimizi sağlam şəklidə gələcəyə ötürək.


Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?


“Allah möminlərə minnət qoydu (lütf etdi). Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali-İmran-164) Quran bu elçiləri ilahi minnət adlandırır və bunun səbəbini bəyan edir. Həm də məhz möminlər üçün. Çünki bu nemətin qədrini yalnız mömin bilər. Quran bu mətləbi (elçilərin minnət olması) bəyan etməklə yanaşı nemətin səbəbini də açıqlayır. Bu ilahi elçilər Allahın ayələrini insanlara oxuyur, bu ayələri açıqlayır və gizli mətləbləri bəyan edirlər. İnsanlara əxlaqı, düzgün davranışı, bir-birinin haqqını necə qorumağı, nəyin haram və halal olmasını, davranış qaydalarını öyrədir. Həmçinin bu ilahi elçilər insanlara Allah qanunlarını (şəriəti) öyrədir, insanlar üçün mühüm olan tibbi və elmi biliklərin yolunu göstərirlər. Hətta tarixdə bir çox ilklər vardır ki, onları insanlara peyğəmbərlər öyrədib, yaxud yolunu göstərib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter