İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İşıqlı bir gecədə mömünlərin Əmiri, müvəhhidlərin Mövlası, Allahın yer üzündə Xəlifə və Canişin təyin etdiyi İmamı həzrəti Əli (əleyhi səlam) camaat namazını qılıb Məsciddən çıxan zaman bir dəstə insanlar onun ardınca yola düşdülər.
İmam (əleyhi səlam) onları görüb soruşdu: Sizlər kimlərsiniz?
Ərz etdilər: Biz sənin Şiələrin və Davamçılarınıq!
İmam Əli (əleyhi səlam) onların sözünün cavabında buyurdu: Mən sizlərdə Şiəlik nişanələri görmürəm!
İmamın (əleyhi səlam) arxasınca gələn dəstə dedilər: Həqiqi Şiələrin xüsusiyyətləri nədir?
İmam Əli (əleyhi səlam) həqiqi, Şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdi:
1- Şiələr o kəslərdir ki, gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır.
2- Şiələr o kəslərdir ki, Allahdan uzaq düşmək və eləcə də cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər.
3- Şiələri o kəslərdirlər ki, oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir.
4- Şiələr o kəslərdir ki, Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar.
5- Şiələr o kəslərdir ki, çox dua etmək səbəbindən dodaqları quruyar (dodaqlarında çartlaqlıq yaranar). Bunlardır həqiqi Şiələrin nişanələridir!!!
(Sizlərdə bu sifətlər varsa sizlər Əhli-beyt aşiqi və onların yolunu davam edənlərsiniz?!).
Ehqaqul-həqq kitabı, cild: 12, səh: 424