Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?
Ümumilikdə, dinimiz qadınlarla məsləhət etməyə müsbət baxır. Ancaq qadının lətif ruhunu nəzərə alaraq, əsas qərarı kişilərə buraxır. Çünki həm dinimiz,həm də aparılan çox sayda tədqiqatlat göstərmişdir ki, qadınlar bir qərar verən zaman çox vaxt hiss və həyəcanları onları üstələyir və ona görə də rasional yanaşma onlara tabe olmur.
Bu səbəbdən dinimiz mühüm mövzularda qadınlarla məsləhət etməyi çox da bəyənmir. İmam Əli (ə) buyurur: “Qadınlarla məsləhət etməkdən çəkinin, çünki rəyləri süstdür və qərar verən zaman acizdirlər, məgər o qadınlardan başqa ki, kamil ağıla təlim görmüşdülər”.
Bu hədisdən də göründüyü kimi, qadınların bir neçə növü vardır ki, bundan asılı olaraq onlarla məsləhət etmək tövsiyə olunur. Xanım Zəhra(s.ə), Xanım Zeynəb (s.ə) kimi qadınlar.
Peyğəmbərimizdən (ə) gələn hədisdə oxuyuruq: “Qızlarınızla bağlımövzularda xanımlarınızla məsləhət edin”.
Əlbəttə o zaman ki, söhbət övladdan düşər, qadınlar ilk sırada durmalıdır. Çünki onu böyüdüb, başa çatdıran qadındır. Qadın hər bir övladının müsbət və mənfi tərəflərini başqalarından daha yaxşı bilir. Ona görə də övladı ilə bağlı mövzularda qadınlarla mütləq məsləhət etmək lazımdır.
Beləliklə deyə bilərik ki, dinimiz qadınlarla məsləhət etməyə pis baxmır. Ancaq müəyyən çərçivələri vardır ki, onlara riayət etmək lazımdır. Əgər qadında iman, ağıl, bilik, xeyirxahlıq, Allah qorxusu olarsa, təqvaya malik olarsa, səbirli və sirк saxlayan olarsa – o zaman onunla mühüm mövzuları məsləhət etmək olar. Necə ki, İmam Əli (ə) bu cür mövzuları Xanım Zəhra (s.ə) ilə məsləhət edərdi. (Tebyan)
Bunu nəzərə almaq lazımdır ki, qadınlar daha çox hissləri ilə hərəkət edərlər, ancaq kişilər daha çox ağılları ilə. Qadınlar qəlb sözünü dinləyərlər, kişilər ağıl. Ona görə də bütün mövzularda qadınlarla məsləhət etmək bəyənilmir. Burada çevik yanaşma sərgiləmək lazımdır./Deyerler.