4 mindən çox tələbəsi olan İmam Sadiq(ə) kimdən dərs alıb?
Həmçinin tarixi mənbələrdə İmam Əlidən (ə) öncəki xəlifələrin çətin vəziyyətdə olanda, yəhudi alimlər və kahinləri sual üçün xəlifənin yanına gəldikdə İmam Əliyə (ə) üz tutmaları, İmamın da hər kəsi heyran edəcəyi halda cavab verməsi, yaxud İmam Rzanın (ə) vaxtında elmi bəhslərdə hər kəsin heyran olması, İmam Baqir(ə) heç kəsdən təlim almadan 3 oxu bir-birinə vurması bəşərdən üstün bir elmə malik olmalarının göstəricisi deyilmi? Elə isə bu şəxslər (ə) öz elmini kimdən almışlar? Onları (ə) kim öyrətmişdir? Peyğəmbərin (s) əmanət qoyduğu, Qiyamətə qədər Qurandan ayrı düşməyən Əhli-Beyt kimdir? Allahın Quranda Kitabı miras olaraq əmanət etdiyi paklanmışlar kimdir? Həzrət peyğəmbərin (s) işarə etdiyi, Qureyşdən olan və qiyamətə qədər Quranı təhriflərdən qoruyan 12 İmam kimdir? Quranın:” (İbrahim:) “Nəslimdən də (İmam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim (İmamət) əhdimə nail olmazlar!”– dedi.” Ayəsinə əsasən bu ümmətin zərrə qədər zülm etməyən immları kimlərdir? 4 min tələbəsi olan və elmdə misli olmayan İmam Sadiq(ə) bəs kimdən dərs alıb?
Peyğəmbərdən (s) Əbuzərə hər kəs üçün faydalı olacaq mühüm bir tövsiyəsi nə haqda idi?
...Həzrət Peyğəmbər (s) əlində olana şükür etmək, nemətin qədirini bilmək, özündən də pis vəziyyətdə olanların halını görməməzlikdən gəlməmək üçün Əbuzərrə (r) qısa və hər zamanda keçərli olan tarixi tövsiyəsini edir: \"Özündən aşağıda olanlara bax, özündən yuxarıda olanlara baxma!” Həzrət peyğəmbər (s) bu hədisi ilə tövsiyə edir ki, yaşayışınızda, dolanışığınızda özünüzdən də ağır vəziyyətə olanlara baxıb, əlinizdə olana şükr edin, əlinizdə olanlın dəyərini bilin. Gözünün yuxarılarda olmasın. Bu, insanın şükranlıq halını aradan aparır. İnsanda həsəd və paxıllıq hissi oyadır. Bu o demək deyil ki, insan inkişaf haqqında düşünməsin. Yaxud həyatını yaxşılaşdırmaq üçün səy etməsin. Əksinə peyğəmbər (s) bu dəyərli kəlamı ilə insanlarda nemətə qarşı düzgün baxışın formalaşmasını istəyir, nəinki insanların fəqir halda yaşamalarını.
Həzrəti Əli (ə) Malik Əştərin ləyaqətli səhabə olması haqda hansı tarixi sözləri buyurmuşdu?
İmam ƏLi (ə) buyurub: “Kaş sizin aranızda iki nəfər, bəlkə, bir nəfər onun kimi səhabəm olaydı”. İmam Əli (ə) bu sözləri yalnız Malik Mştrə barəsində buyurub.
Malikin həyatını ən mühüm hadisələrindən biri də Misirə hakim təyin edilməsidir. Həzrət Əli (ə) bu ağır və məsuliyyətli iş üçün yalnız Maliki uyğun bilmişdi. Malik bu əmri böyük təzimlə qəbul edir və Misirə doğru yola düşür. Lakin mənfur Müaviyyə buna əngəl olmağı bacarır və Misirə yaxın məntəqələrin birində Maliki xaincəsinə zəhərlədir. İmam Əli (ə) Malik Əştər barəsində buyurub: “Mən, peyğəmbərə necə idimsə, Malik də mənə o cür idi”
İmam Əli ilə qardaşı Əqil arasında baş verən hadisə - Muaviyyənin xar olmasına səbəb oldu?!
Bir gün Əqil İmam Əlidən (ə) maddi yardım istəyir. İmam (ə) isə ona səbr etməsini və hər kəsin payının bölüşəcəyi zamanı gözləməsini söyləyir. Əqil isə israr edərək xəzinədən mal istəyr. İmam (ə) yanında olan bir nəfərə üzünü tutaraq buyurur: Əqilin əlindən tut, onu bazara apar və de istədiyin dükanın qapısını qır və nə istəyirsən gir götür! Əqil təəccüblə deyir: İstəyirsən məni oğru kimi tanısınlar? İmam (ə): Bəs istəyirsən mən oğurluq edim? Müsəlmanlara məxsus xəzinədən mal götürüb sənə verim?
Əqil: O zaman Müavuyyənin yanına gedəcəm! İmam (ə): Özün bilərsən! Əqil Müaviyyənin yanına gedir və ondan kömək istəyir. Müaviyya ona 1000 dirhəm verir və deyir: Ey Əqil, minbərə çıx və mənimlə Əlinin (ə) səninlə necə rəftar etdiyini danış. Əqil minbərə çıxaraq Müaviyyənin əqidəsini əks etdirən tarixi sözlərini deyir: Ey camaat, mən qardaşım Əlidən (ə) dinini istədim, mən yanından uzaqlaşdırdı. Muaviyyə isə məni dinindən üstün tutdu!
Dünya və axirət səadətinizdə mühüm əhəmiyyətə malik bu işləri tərk etməyin - İmam Əli (ə)
İmam Əli (ə) insanın dünyasına və axirətinə faydalı olacaq 4 mühüm işə işarə edərək buyurur: Bu xislətlər kimdə olarsa o, dünya və axirətin xeyrinə yetişər:
Doğruçu olmaq – (Doğruçuluq elə bir xislətdir ki, insan üçün fəsad qarşısında ən gözəl bir sipərdir. Çünki insan doğru danışan olduğu üçün heç bir əməlini gizlədə bilmir)
Əmnətdar olmaq – (Əmanətdar insan ən sadiq və doğruçu insandır) Halal yeyən olmaq – (Halaldan qazanmaq insan mənəviyyatını ən önəmli qidasıdır. Mərhum Ayətullah Behcətdən qidanın insan mənəviyyatında olan əhəmiyyəti barədə soruşduqda, “ Bu ağaca yaxınlaşmayın zalimlərdən olarsınız” (Bəqərə-35) ayəsinin zikr edir və buyurur, bu kimi ayələr bizə catdırır ki, bütün qəflətin, fəsadın, nizamsızlığın əsas səbəbi yemək və içməkdir. Qəzəb və şəhvətə də hərəkət verən məhz yemək və içməkdir. Bir sözlə bütün fəsadları ardınca çəkib gətirən əsas amil qidadır.
Möminlərə can yandırmaq! Hz Peyğəmbər (s) ən gözəl nümunə
\"Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə (sizin hidayətinizə) qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir.\" (Tövbə, 128).
Bu, din öndərlərinin və gerçək möminlərin xüsusiyyətidir. Belə ki onlar başqalarının azğınlıq və qəflətinə dözmürlər. Bütün varlıqları ilə onları hidayət etməyə, yol göstərməyə çalışırlar. Yuxarıdakı ayədə bu həqiqəti bəyan etməklə yanaşı Peyğəmbərin (s) möminlərə can yandırması və mehribanlıq göstərməsinə də işarə olunmuşdur./nur-az
Hədis: İslam peyğəmbəri (s): “Allah məni mərhəməti yaymaq üçün göndərmişdir.” (Kafi, c. 2, səh. 159, hədis: 8).
Züheyr ibn Qəynin Kərbəlada İmam Hüseyn (ə) qoşununda şəhidliyi haqda Səlman xəbər vermişdi?!
İmamın (ə) xeyməsinə daxil olan Züheyr o Həzrəti (ə) görən kimi təzim edərək beyət edir. Sevinclə karvana qayıdan Zühey xanımına və karvana deyir: “Şəhadət yolunu seçənlər mənimlə qalsın, qalanlar getsin. Bu mənim sizlə son görüşümdür”
Zühey karvan əhlinə bir hadisəni xatırladaraq deyir: Bələncər döyüşündə qənimətlərə sevinməyimi görən Salman Farsi mənə dedi: Ali-Muhəmmədin (s) seyyidlər ağasinin yanında olmaq və onun yanında öldürülmək bundan daha sevinclidir!”
İmam Hüseyn (ə) Tasua gecəsində beyətini geri götürəndə Züher izn istəyərək ayağa qalıx və deyir: Allaha and olsun ki, 1000 dəfə öldürülüb dirilməyə hazıram. Təki Allah səni və Əhli-beytini amanda saxlasın!
Əzəmətli Allah övliyasından xoşbəxt evlilik, bərəkətli ruzi və xoş aqibət üçün asan göstəriş
Oğlum, sənə bu şeyləri vəsiyyət edirəm: 1. Gündəlik vacib namazlarını vaxtında yerinə yetirəsən.
2. İnsanların hacətlərini yerinə yetirməkdə bacardığın qədər səy göstərəsən. Heç bir zaman düşünmə ki, filan iş böyükdür və mənim əlimdən gəlməz. Əgər Allah bəndəsi haqq yolunda addım atarsa, Allah da ona yardım edəcəkdir”. Alimin oğlu deyir: \"Atacan! Bəzən başqalarının hacətini yerinə yetirmək insanın rüsvay olmasına səbəb olur”.
Atası cavab verir: \"Necə də gözəldir ki, insanın abırı Allah yolunda tökülmüş olsun”.
\"3. Seyyidlərə xüsusi hörmət və ehtiram göstər. Hər nəyin varsa, onların yolunda xərclə və sərf et. Bu yolda yoxsul olmağı əsirgəmə. Əgər ehtiyaclı olsan, o zaman vəzifən olmaz. 4. Gecə namazını qılmaqdan qəflət etmə, təqvalı ol”...
İnsan mənəviyyatının ən böyük bəlası nədir? - Peyğəmbərdən (s) tövsiyə
“Hər kəm duasının qəbul olmasını, hacətinin əta edilməsini istəyirsə qidasını və qazancını paklasın.” Yaxud Həzrət (s) digər bir mənbədə buyurur: “Qidanı pakla, daxilinə haram qəbul etmə!” İmam Sadiq (ə) bu məsələ ilə bağlı bir hədisdə buyurub: “Mütəal Allah haram yeyənin və boynunda başqasının haqqı olan bir kimsənin duasını qəbul etməz!” İnsan mənəviyyatının, şəxsiyyətinin xilası bəndənin Rəbbi ilə ünsiyyətində və Allahın ona olan bəxş etdiyi mərhəmət payındadır. Ünsiyyətə yetişməyin yolu isə halallıq və paklıqdan keçir. Həzrət peyğəmbər (s) qidanı və qazancı mənəviyyatın və rəhmətin açarı kimi tanıtdırıb. Bununla yanaşı bu məsələyə diqqətsizlik isə mənəviyyat və yoxsulluğun ən böyük bəlasıdır.
Müslim ibn Əqilin Küfədən İmam Hüseynə (ə) göndərdiyi məktub həzrətə nə haqda şikayətçi idi?!
Müslim 30 günlük yolu iki silahdaşı ilə 20 günə qət edərək Kufəyə yetişir və ilk olaraq Muxtar Səqəfinin evinə gəlir. Müslümlə görüşən və İmama (ə) beyət edənlərin sayı hesabı yox idi. Müslüm 40 gün Kufədə qalıb vəziyyət tam öyrəndikdən və 18min kufəlidən beyət aldıqdan sonra İmama məktub aşağıdakı məzmunda məktub yazır:
“Salamun aleykum. Göndərilən məktublar öz əhlini inkar etmir (yalan deyil). 18 minə yaxın Kufəli mənimlə beyət edib. Məktubum sizə yetişən kimi təcili hərəkətə keçin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.” (Musirul-əhzan. 32) Sonra Ubeydullah ibn Ziyadın Kufəyə gəlişi vəziyyəti tam dəyişdi və kufəlilər onun qorxusundan Müslim ibn Əqili tək qoydular. Muslim Kufədə ələ keçərək şəhid edildi. Muslimin məktubu İmama (ə) onun şəhadətində 27 gün sonra yetişir. Artıq İmam Məkkədən yola çıxmışdı.