İmam Sadiq (ə) bu iki xüsusiyyəti olmayandan uzaq durun?!


\"Namazları və xüsusilə orta namazı (bəzi rəvayətlərə görə, zöhr namazını) qoruyun və Allah qarşısında mütiliklə durun.\" (Bəqərə, 238).

İzah: Burada Quranda keçən bəzi namaz qaydalarını diqqətinizə çatdırırıq. Bu qaydalardan biri namaza önəm vermək və onu ən yaxşı vaxtında qılmaqdır. Quranın beş ayəsində bu haqda söhbət açılmışdır. Fikrimizcə, bu ifadə – namazı davamlı olaraq qılmağa təkiddən başqa, – hər bir namazın fəzilətli vaxtlarına riayət etməyə və onu ilk vaxtında qılmağa da işarə edir.

Ümumilikdə namazın fəlsəfə və hikməti yalnız onu davamlı olaraq qılmaqla, qayda və şərtlərinə əməl etməklə gerçəkləşir. Yuxarıdakı ayə müsəlmanları bütün namazlara, xüsusilə zöhr namazına önəm verməyə səsləyir. Zöhr namazı üzərində xüsusi dayanmasının səbəbi bəzi müsəlmanların başları iş və qazanca qarışdığı üçün ona önəm verməməsi idi. Qeyd edək ki, namazın vaxtları “İsra” surəsinin 78, “Taha” surəsinin 130 və “Hud” surəsinin 114-cü ayəsində verilmişdir.


Hədis: İmam Sadiq (ə): “İki xüsusiyyət olmayan adamdan uzaq durun, uzaq durun, uzaq durun!” Soruşdular: “O iki xüsusiyyət hansılardır?” Buyurdu: “Namazı vaxtında qılmaq, ona önəm vermək və (mömin qardaşlarının) dərdinə şərik olmaq.” (Xisal, c. 1, səh. 47, hədis: 50)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter