Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar
Kişi gərək xanımına elə şeyləri irad tutsun ki, o məsələlərdə səhlənkarlıq etmişdir. Lakin o şeylər ki, onun ixtiyarından xaricdir, ona görə irad tutmaq məsləhət deyildir.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Xanımın qəlbini fəth etmək hər bir ailə başçısının əsil hədəfi olmalıdır. Bunun üçün bir neçə açar vardır ki, onlarla tanış olaq.
1. Xanımın valideynləri.
Kiçik ailə sarayına daxil olmaq üçün kişilərə lazım olan ilk açar – xanımının valideynlərindən keçər, xüsusilə də anasından. Əgər kişilər xanımının anasına hörmətsizlik edərsə, həyat yoldaşının qəlbini heç bir zaman fəth edə bilməyəcəkdir. Ona görə də kişilər gərək rəqabət aparmaq yerinə, onlara hörmət qoysunlar və ehtiramlarını saxlasınlar.
2. Digər ailə üzvləri.
Xanımın valideyni ilə yanaşı, bütün ailə üzvlərinə hörmət etmək – zəruri mövzulardandır. Ola bilsin ki, xanımınızın mənfi xasiyyətlərə malik qardaşı və ya bacısı olsun. Onları tənqid edərək, özünüzə mənfi ballar qazanarsınız. Ona görə də ağıllı kişi heç bir zaman xanımının qohumlarının zəif cəhətlərini üzünə vurmamalıdır.
3. Özünə dəyər vermək.
Allah insanı ən kəramətli varlıq olaraq xəlq etmişdir. Ona görə də hər bir insan bu kəraməti qorumağı bacarmalıdır. Əgər ailə başçısı özünə dəyər verməzsə, heç kəs ona dəyər verməz.
4. Səliqə.
Səliqəli olmaq və bəzənmək ancaq qadınlara aid olan şey deyildir. Əslində hər bir kişi də özünü xanımı üçün bəzəməlidir. İmam Sadiq (ə) buyurur: “Kişinin gərək qiyafəsi və zahiri bəzənmiş olsun ki, həyat yoldaşının daha çox meylinə səbəb olsun”.
5. İrad tutmamaq.
Əgər kişi məharətlə öz tənqidlərini qarşı tərəfi incitmədən deyə bilirsə - nə yaxşı. Kişi gərək xanımına elə şeyləri irad tutsun ki, o məsələlərdə səhlənkarlıq etmişdir. Lakin o şeylər ki, onun ixtiyarından xaricdir, ona görə irad tutmaq məsləhət deyildir.