Yoxsul kişi Uca Allah-Taaldan (c.c) sualına cavab istəyirdi?


Yoxsul kişi öz güzəranından çox nigaran və pərişan idi. Bir gün əlini göyə qaldırıb, Allaha xitab etdi: “Allahım! Mən niyə bu qədər yoxsulam?”.
Allahdan xitab gəldi: “Çünki bəxşiş etməyi öyrənməmisən”. Kişi dedi: “Axı bir şeyim yoxdur ki, onu bağışlayam”. Allah buyurdu: “Xeyr, bəzi şeylərin vardır: Bir üz ki, onunla gülümsəyə bilərsən. Bir ağız ki, onunla yaxşı sözlər danışa bilərsən. Bir qəlb ki, onu başqaları üçün aça bilərsən. Gözlərin ki, onlarla başqalarına xoş niyyətlə baxa bilərsən. Həqiqi yoxsulluq – ruhi yoxsulluqdur”./Deyerler.


İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?


Əbu Səyid Xədəri nəql edir: “Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi. Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs – cəhənnəm əhlindəndir. Çox təəccüb etdik. Amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü. Peyğəmbərimiz (s) buyurdu: “Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm””. Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim özünü boğar, Allah onu Qiyamət günü cəhənnəm atəşinə atacaqdır”. Hz Peyğəmbər (s) buyurur: “Hər kim hansı vasitə ilə olursa-olsun intihar edərsə, Qiyamət günü ona həmin vasitə ilə əzab verəcəklər”.


Əhli-Beyt (ə) davamçıları mütləq behiştdə olacaq hədisi nə məna daşıyır?


İmam Sadiqdən (ə) nəql olunan belə bir hədis vardır ki, hədisi yazan İmama (ə) belə bir sual verir: “Eşitmişəm ki, buyurursunuz ki, bütün Əhli-Beyt (ə) davamçıları, baxmayaraq ki, (günahkardırlar) behiştdə yerləri vardır”. Buyurdu: “Bəli, düz demişəm. Allaha and olsun ki, onların hamısının behiştdə yeri vardır”. Dedim: “Qurbanın olum, günahları çox və böyük olsa belə?”. Buyurdu: “Qiyamət günü sizlərin hamısı, istəyi yerinə yetirilən Peyğəmbərin (s) və onun canişinlərinin (ə) şəfaəti ilə behiştdə olacaqsınız. Ancaq Allaha and olsun ki, mən sizə görə bərzəxdə qorxuram”. Soruşdum ki, bərzəx nədir? Buyurdu: “Öləndən Qiyamətə qədər olan həmin qəbirdir”. Bu hədisdən sonra belə bir sual meydana gəlir ki, bəs həqiqi Əhli-Beyt (ə) davamçısı kimdir? Əgər Məsumlardan (ə) gələn hədisləri dəqiq incələsək, görərik ki, hər kim ki, sadəcə olaraq İmamət və vilayəti qəbul edir, ona hələ həqiqi Əhli-Beyt (ə) davamçısı demək olmaz. Çünki həqiqi Əhli-Beyt (ə) davamçısı olmaq sadə bir iş deyildir. Hədislərimiz buyurur ki, ancaq o kəslər bizim həqiqi davamçılarımızdır ki, bizim buyurduqlarımıza əməl edər və bizim qadağan etdiklərimizdən çəkinər.


Hansı amillər xurafatla mübarizə etməyə mane olur?


Bəzi alimlərin yanlış nəzərinə görə, ancaq təcrübə yolu ilə isbat olunan elmlər – mötəbər elmlərdir. Bunlara elə gəlir ki, o şeyi ki, hiss və dərk yolu ilə isbat etmək olmur, bu, həqiqət deyildir. Bu da xurafat üçün yolları hamarlaşdırır və onun daha çox yayılmasına səbəb olur. Əllamə Təbatəbai bu haqda buyurur: “Bu fikir tərzinin özü də xurafatdır. Çünki təbiət elmləri ancaq varlıqların təbii xassələrindən bəhs edir. Maddənin üzərində olan sirləri üzə çıxardır. Maddi olmayan şeyləri isbat etmək üçün isə heç bir yolu yoxdur. Ona görə də o kəslər ki, ancaq təcrübi elmlərə etiqad bəsləyirlər – onların özü də xurafatçılardır”. Siyasi və ictimai mövzular arasından ən çox din, xurafatçılar tərəfindən hücumlara məruz qalmışdır...


Allahın həqiqi sahibliyi nə deməkdir?


De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»”. (“Muminun” 88). Malik o kəsdir ki, öz mülkündə nəyəsə malik olsun. Allah elə bir qadir varlıqdır ki, həm malikdir, həm də məmluk sahibidir. Yəni, mülkün özünü də Allah yaratmışdır. Bu mülk öz-özündən peyda olmamışdır. O da Allahın qüdrətinin meyvəsidir. Yəni, ixtiyar, icad və məhv – hamısı onun əlindədir. Allah, var olan hər bir şeyin maliki və xaliqidir. Əmr və iradəsi hər bir şeyə nüfuz edər. Ona görə də təbii olaraq hər bir şey Ona tabedir və Onun səltənəti altındadır...


Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə cavab?!


... İmam Sadiq (ə) buyurur: “O kəs ki, dini şəxsiyyətlərlə tanıyar, həmin şəxsiyyətlər onu dindən xaric edər. Hər kim dini Kitab və İtrət əsasında tanıyar, dini müqaviməti dağdan da möhkəm olar. Çünki dağ ola bilsin ki, dağılsın. Ancaq bu cür insanların imanı dağılmaz”. Ona görə də deyə bilərik ki, dini dəyərləndirməyin iki meyarı vardır: biri Qurandır və o birisi isə Əhli-Beytdir (ə). Məsumlarımız (ə) öz kəlamlarında dəfələrlə bu həqiqəti vurğulayıblar. Buyurublar ki, bizim sözlərimiz – İlahi sözlərdir, Quranın sözləridir. Həqiqətləri onlara əsasən dəyərləndirin. Əgər Qurana və bizim buyurduqlarımıza uyğundursa – qəbul edin, yox əgər ziddirsə - imtina edin.


Özünə qəsd etmək çətinliklərdən xilas olmaq deməkdir?!


Fərd özünü öldürməklə dünya acılarından xilas olmaq istəyir. Amma bilmir ki, onu daha çətin ağrı-acılar və əzablar gözləyir!
\"(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.\" (Bəqərə, 195). İzah: İslamda intiharın haram olması çox aydındır. Allah, insana xüsusi hörmət vermişdir və həyat neməti Allahın ən üstün nemətlərindəndir (Nisa, 29). Ona görə də belə bir neməti almaq Allaha nankorluq və Rəbbin işinə qarışmaqdır. İntihar hansı səbəbdən olursa olsun, Allaha imanın zəifliyindən, həmçinin məada inamsızlıqdan mənşə alır. Çünki fərd özünü öldürməklə dünya acılarından xilas olmaq istəyir... Hədis: İmam Sadiq (ə): “Kim bilərəkdən özünü öldürsə, əbədi olaraq Cəhənnəm odunda yanacaqdır.” (Kafi, c. 7, səh, 45, hədis: 1).


Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş...?!


\"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!\" (İsra, 32).
İzah: Bu fəsildə Allah tərəfindən haram edilmiş bəzi çirkin əməllərə işarə olunur. Zina İslam şəriətində çox böyük günahlardandır. Quranda da kəskin şəkildə pislənmişdir. Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş və onu aşkar günah və çox çirkin və sonu pis bir yol adlandırmışdır. Zinaya yaxın düşmək adətən ona gətirib çıxaran müqəddimələrdən çəkinməməkdir. Məsələn, naməhrəmlə ünsiyyət, qarışıq məclislərdə iştirak etmək, naməhrəmlə zarafatlaşmaq, pozğun film və şəkillərə baxmaq, qafil insanlarla dostluq etmək və s. Rəvayətlərə görə, dünyada zinanın ən kiçik nəticəsi kimi qəfil ölümlərin çoxalması və ağır zəlzələlərin baş verməsi göstərilmişdir...


Nə üçün İslamda Qumar və mərcləşmə haram olunmuşdur?


Qumar və mərcləşmə də çox sayda ictimai və iqtisadi ziyanlar törətdiyi üçün haram olunmuşdur.
\"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.\" (Maidə, 90). İzah: Bu iki günahın cəmiyyətdə yayılması və onun ziyanlı nəticələrinə diqqət olunmadığı üçün mövzu ilə bağlı bəzi ayə və rəvayətləri diqqətinizə çatdırırıq. Fəsad törədənlərin təbliğatının əksinə olaraq sərxoşedici içki bütün dinlərdə haram olmuşdur. Belə ki, tək onu içmək yox, hətta onun istehsalı yolunda addım atmaq, onu paylamaq və yaymaq da haram və lənətlənmişdir (Kafi, c. 6, səh. 396). Allah heç zaman spirtli içkilərə – hətta xüsusi xəstəliklərdə və az miqdarda da – dərman özəlliyi verməmişdir. Hədis: İmam Əli (ə): “Allah ağılı qorumaq üçün kefləndirici içkiləri tərk etməyi vacib etmişdir.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 252).


Zikr Allahın bəndələri yad etməsinə səbəb olur!


Allah sevgisinin də nəticəsi Onun nemətlərinin insanın üzərinə yağmasıdır! \"Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə nankorluq etməyin!\" (Bəqərə, 152).
Hədis: İmam Sadiq (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Öz daxilində məni yad et ki, Mən də daxilən səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Məni cəmiyyət arasında yad et ki, səni sənin cəmiyyətindən daha yaxşı cəmiyyət arasında yad edim.” (Məhasin, səh. 39, hədis: 34).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter