Namazın haqqı nədir? İmam Səccaddan (ə) izah
Namazın haqqı deyildikdə onu bütün ədəb, şərait və kamalları ilə yerinə yetirmək nəzərdə tutulur. Əgər namaz kamil olarsa, bu namaz möminin meracı olar. Ruhunu göyə və ali dərəcələrə qaldırar. İmam Səccad (ə) namazın haqqı barəsində buyurur: \"Namazın haqqı budur ki, biləsən namaz yeganə Məbudun dərgahına gəlməkdir. Namazda sən Onunla üzbəüz dayanarsan. O zaman ki, bu həqiqəti dərk etdin, namazda layiqincəsinə dayan. O kəsin dayanmağı kimi ki, istəyir və qorxur, ümidvardır, məzlum və nalə edəndir, Allahı böyük hesab edər\". İmam Sadiq (ə) namazın həddi barəsində buyurmuşdur: \"Namaz kamil olmaz, məgər o kəsdən ki, kamil dəstəmaza malik olar. Namazı kəm olmadan və kəsirsiz tamamlayar. Onda heç bir ikiüzlülük və yolunu azmaq olmaz.
Quran və hədislər güzgüsündə: Bəzi bəlalar əməllərin cəzasıdır!
\"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.\" (Şura, 30).
Hədis: Peyğəmbər (s): “İnsan bədəninin bir ağacla cızılması və ya ayağının büdrəməsi onun etdiyi günahın nəticəsidir.” (Məcməül-bəyan, c. 9, səh. 47).
İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar. Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq....
Salavat zikrini tərk etməyin ki, Allahın rəhməti sizə də şamil olsun!
“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salam (salavat) göndərirlər. Ey iman gətirənlər! Siz də ona salam (salavat) göndərin və tamamiliə təslim olun. (Əhzab-56) Salavat zikri və bu zikrin əzəməti barədə İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”. (Təfsiri Safi) İmam (ə) salavat zikrində 3 mətləbə işarə edir:
1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.
2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.
3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.
Hər kəs özünü Allahın xəlifəsi hesab edə bilərmi?
Cavab: Təfsiri-mizana əsasən deyilir: Adı çəkilən xəlifəlik Allahın xəlifəsidir. Bəzi təfsirçilər qeyd edir ki,daima yer üzündə xəlifə olub və nəsli kəsilib. Sonra Allah onları insanla əvəz edib. Lakin bu münasib deyil. Çünki Allah Təala “adları Adəmə öyrəti” ayəsi ilə mələklərə cavab verir. (Yəni mələklər xəlifə haqqında məlumatlı olsaydılar, Allaha biz Sənə ibadət edirik deməzdilər. Bu o deməkdir ki, mələklərin xəlifənin nə olmasından xəbərləri yox idi).
Xəlifəlik tək Adəmin özü ilə məhdudlaşmır, həm də onun övladlarına da şamil olur. Ayədə qeyd olunan “adları öyrətdi” kəlməsi insana elm əmanət etmək mənasındadır. Bu elm insanda daimi və tədrici şəkildə aşkar olur. Əgər insan düzgün istifadə edə bilsə onda potensial halda olan bu elm real (güc, mövcud) hala çevrilər.
Quran ayələri xəlifəliyin umumi olması fikrini daha da gücləndirir:
“Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”. (Əraf-7)
Peyğəmbər (s) səhabəsi Bilal Həbəşi Əhli-Beytə (ə) qarşı etiqadı necə olmuşdu?
Bilal peyğəmbər (s) vəfatından sonra daima İmam Əlinin (ə) xilafətini müdafiə edir. Lakin tənələrdən uzaq olmaq üçün Şama hicrət edir. Bir daha heç bir döyüşdə iştirak etmədiyi bildirilir. İmam Sadiq (ə) Bilalı “Saleh bəndə və Əhli-beyt dostu” adlandırıb. İmam Səccad (ə) Bilalı mədh edərkən, onun İmam Əli (ə) barəsində müxaliflərlə bəhs edərkən gətirdiyi dəlillərə toxunub. İzzətli səhabə olan Bilal Həbəşi peyğəmbərin (s) vəfatından sonra heç bir Xəlifəyə beyət etmir və Şama hicrət edərək ömrünün sonunadək orada yaşayır. Hicrətin 20-ci ilində dünyasını dəyişən Bilal Həbəşi şamda (Dəməşq) vəfat edir və “Babus-səğir” məzarlığında dəfn edilir...
309 il yatan Əshabu-Kəhf möcüzəsi haqqında nələri bilirik?!
Quranın zikr etiyi möcüzəvi və tarixi hadisələrdən biri də “Əshabu-Kəhf” hadisəsidir. Hadisə, tarixi mənbələrə əsasən miladi 201-251-ci illərdə Roma imperatoru olmuş Dağyunusun vaxtına təsadüf edir. Həmin dövr Həzrəti İsa (ə) peyğəmbərin gətirdiyi dinin mövcud olduğu bir vaxt idi. İsa (ə) dini təbliğ olunurdu. Lakin dövrün güclü imperatoru buna qarşı çıxır, insanların bu dinə üz tutmasına qadağalar qoyurdu. Əhvalat iman gətirmiş bir neçə zadəgan övladının başına gələn hadisələri əks etdirir. Onların tək Allaha iman gətirmələrini bilən imerator cəzalandırmağa qərar verir. Bunu bilən möminlər canlarını xilas etmək üçün sarayı tərk edib dağlara üz tuturlar. Dağyunus isə oz silahlılarını onların ardınca göndərir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: Ali Muhəmmədin Qaimi (ə.f) Kəbənin önündə zühur etdikdə, 7 nəfər Kəhf əhli O Həzrətin (ə.f) köməkçilərindən olacaq.
Dostların və dostluğun əhəmiyyəti Quran ayələrində necə dəyərləndirilir?
Quran mənəviyyatsız insanlarla dostluğu əbədi peşmançılıq adlandırıb. Quran faydasız, zərərli dostlar barəsində buyurur: یا وَيْلَتىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاٰناً خَلِيلاً Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Qurani Kərim yanlış dostluğu tənqid edir, yanlış insanlarla yoldaşlığı əbədi peşmançılıq adlandırır. Çünki yanlış insanlarla yoldaşlıq insanı yalnış istiqamətə çəkir, insanı öz mühütündə yetişdirir. Bu səbəbdən mənəviyyat sahibi olan insanlarla birgə olan insan da mənəviyyatdan bəhrələnir. Əxlaq və mənəviyyatı olmayan insanlar da ətrafına özlərinə məxsus təsir qoyurlar. Bu səbəbdən Quran onlarla yoldaşlığı peşmançılıq adlandırıb.
İmam Rza (ə) vəliəhd olmasına irad tutan şəxsə belə cavab verdi.
İmam Rzanın (ə) xəlifə Məmun tərəfindən Mərv şəhərinə gətirilməsi və vəliəhdlik təklif olunması da bir növ sürgün idi. Çünki İmamın (ə) siyasi işlərə qarışmamaq şərti bunun bir göstəricisisdir. Lakin bununla belə bəziləri İmama (ə) irad tutur, İmam (ə) Məmunun xilafətini qəbul etdi deyirlər. Hətta bir kişi İmam Rzaya (ə) deyir: Allah səni islah etsin. Necə oldu ki, sən də Məmun kimi oldun? İmam (ə) cavab verir: Allahın peyğəmbəri üstündür, yoxsa onun (peyğəmbərin) vəlisi? Kişi: Əlbəttə peyğəmbər! İmam (ə): Müsəlman üstündür, kafir? Kişi: Əlbəttə müsəlman! İmam (ə): Misirin əzizi kafi idi. Yusif isə (ə) bir peyğəmbər! Məmun bir müsəlmandır, mən isə peyğəmbər vəsisi. Yusif (ə) Misir əzizindən istədiki, onu rəhbərliyə seçsin (Yusif-55). Mən buna məcbur edildim!
Dəstəmaz almağın hikməti və misilsiz faydaları barədə - Hədisdə nə deyilir?
Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayıd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaqlar”.
-Həzrət Peyğəmbər (s): “Gücünüz yetdiyi qədər dəstəmazlı olun. Hər kəs dəstəmazlı halda ölərsə ona şəhadət savabı yazılar”.
-İmam Sadiq (ə): Kim evində xeyir bərəkətin çoxalmasını istəyirsə yemək yediyi vaxt dəstəmaz alsın.
Xanım Zəhranın (s.) gizli dəfnində iştirak edən sədaqətli peyğəmbər səhabəsi - Miqdad ibn Əmr kim idi?
Peyğəmbər (s) Miqdad barəsində buyurub: “Miqdad bizdəndir! Allah, onu dost tutanı dost, düşmən tutanı düşmən bilər!” Həmçinin İmamlardan (ə) nəql olunmuş hədislərdə Miqdad fəzilət əhli kimi tanınmış, sonuncu İmamın (ə.f) zühuru zamanı rəcət edən şəxslərdən olacağı bildirilmişdir. O, daim İmam Əlinin (ə) haqqını var gücü ilə müdafiə edər, digər xəlifələrə qəti beyət etməzdi. Onu, Osman xilafitinin ən kəskin tənqidçisi kimi tanıyırdılar. O,ölüm ayağında olarkən ölümü barəsində Osmana xəbər veilməməsini vəsiyyət edir. İmam Sadiq (ə) buyurub: “Miqdadın bu ümmətin arasındakı məqamı Qurandakı Əlif hərfi kimidir ki, heç bir şey ona birləşmir”