Həzrəti Əli (ə) Malik Əştərin ləyaqətli səhabə olması haqda hansı tarixi sözləri buyurmuşdu?


“Həyatı Şam camaatını, ölümü isə İraq camaatını məhv edən bir kişi barədə nə deyim?”- İmam əli (ə)

İslaminSesi.info - “Kaş sizin aranızda iki nəfər, bəlkə, bir nəfər onun kimi səhabəm olaydı”. İmam Əli (ə) bu sözləri yalnız Malik Mştrə barəsində buyurub.

Malik ibn Haris Nəxəi əslən yəmənli, Məzhəc qəbiləsinin Nəхə nəslindəndir. O, öz qəbiləsinin böyüklərindən, döyüşçü və şücaətli şəxslərindən idi. Həmçinin Malik ağıllı, zahid, alim kimi də tanınır. Malikin peyğəmbər (s) zamanında iman gətirdiyi, sonralar hicrət edib Kufədə yaşadığı bildirilir. Malik, həzrət Əlinin (ə) yaxın dostlarından, sadiq səhabələrindən idi. Daim öncəki xəlifələrə qarşı çıxır, İmamın (ə) haqqını müdafiə edir, Əhli-beyti təbliğ edirdi.

Bu səbəbdən o, dəfələrlə sürgün edilmiş, nəhayət sonda Sufədə məskunlaşmışdı. Həzrət Əlinin (ə) xilafəti dövründə Malik, İraq ordusuna rəhbərlik eirdi. O, Cəməl və Siffeyn müharibəsində həzrəti Əli (ə) ordusunun qalibiyyətində həlledici rola malik olmuşdu. Siffeyndə zalim Müaviyyə ordusuna divan tutan Malik, həzrət Əlinin göstərişi ilə geri çəkilir.


Malikin həyatını ən mühüm hadisələrindən biri də Misirə hakim təyin edilməsidir. Həzrət Əli (ə) bu ağır və məsuliyyətli iş üçün yalnız Maliki uyğun bilmişdi. Malik bu əmri böyük təzimlə qəbul edir və Misirə doğru yola düşür. Lakin mənfur Müaviyyə buna əngəl olmağı bacarır və Misirə yaxın məntəqələrin birində Maliki xaincəsinə zəhərlədir. İmam Əli (ə) Malik Əştər barəsində buyurub: “Mən, peyğəmbərə necə idimsə, Malik də mənə o cür idi”

Malikin şücaəti barədə İmam (ə) başqa bir yedə buyurub: “Həyatı Şam camaatını, ölümü isə İraq camaatını məhv edən bir kişi barədə nə deyim?”

Malik Əştərin məzarı Qahirə şəhərinin şimali-şərqində, şəhərdən 10 km. aralida yerləşir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter