Möminlərə can yandırmaq! Hz Peyğəmbər (s) ən gözəl nümunə


لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ

\"Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə (sizin hidayətinizə) qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir.\" (Tövbə, 128).

İzah: İslam peyğəmbərinin (s) müxtəlif əxlaqi keyfiyyətlərinin arasında o həzrətin (s) xalqın hidayəti və öz missiyasını yerinə yetirməsi istiqamətində çox həvəsli olmasına və cidd-cəhdlə çalışmasına Quran tərəfindən daha çox təkid olunmuşdur. O həzrət (s) öz ümmətinin doğru yola yönəlməsi üçün nəinki heç bir səyi əsirgəmir, əksinə kafirlərin cəhalət və azğınlığından o qədər əziyyət çəkirdi ki, üzücü kədər onun bütün vücudunu çulğayır və Quranın (Şuəra, 3; Kəhf, 6) təbiri ilə desək, canını da təhlükəyə atırdı.

Bu, din öndərlərinin və gerçək möminlərin xüsusiyyətidir. Belə ki onlar başqalarının azğınlıq və qəflətinə dözmürlər. Bütün varlıqları ilə onları hidayət etməyə, yol göstərməyə çalışırlar. Yuxarıdakı ayədə bu həqiqəti bəyan etməklə yanaşı Peyğəmbərin (s) möminlərə can yandırması və mehribanlıq göstərməsinə də işarə olunmuşdur./nur-az
Hədis: İslam peyğəmbəri (s): “Allah məni mərhəməti yaymaq üçün göndərmişdir.” (Kafi, c. 2, səh. 159, hədis: 8)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter