309 il yatan Əshabu-Kəhf möcüzəsi haqqında nələri bilirik?!


Quranın zikr etiyi möcüzəvi və tarixi hadisələrdən biri də “Əshabu-Kəhf” hadisəsidir.

İslaminSesi.info – Qurani Kərim insanların hidayəti üçün müxtəlif formalarda misallar çəkir. Bu misallardan biri də müxtəlif formalı tarixi hadisələrin nəql olunmasıdır. Çünki düşünənlər, nəticə çıxaranlar üçün keçmiş hadisələrdə ibrətlər vardır.

Bu möcüzəvi və tarixi hadisələrdən biri də “Əshabu-kəhf” hadisəsidir. Hətta Quranda bu barədə “Kəhf” dainda surə də nazil olub. Adı çəkilən hadisə Kəhf surəsinin 8-ci ayəsindən 26-cı ayəsinə qədər zikr olunur.

Hadisə, tarixi mənbələrə əsasən miladi 201-251-ci illərdə Roma imperatoru olmuş Dağyunusun vaxtına təsadüf edir. Həmin dövr Həzrəti İsa (ə) peyğəmbərin gətirdiyi dinin mövcud olduğu bir vaxt idi. İsa (ə) dini təbliğ olunurdu. Lakin dövrün güclü imperatoru buna qarşı çıxır, insanların bu dinə üz tutmasına qadağalar qoyurdu. Əhvalat iman gətirmiş bir neçə zadəgan övladının başına gələn hadisələri əks etdirir. Onların tək Allaha iman gətirmələrini bilən imerator cəzalandırmağa qərar verir. Bunu bilən möminlər canlarını xilas etmək üçün sarayı tərk edib dağlara üz tuturlar. Dağyunus isə oz silahlılarını onların ardınca göndərir.


Bu gənclərin sayı barədə müxtəlif fikirlər vardır. Lakin əsasən 8 nəfər olduqları bildirilir (Təfsir Mizan və Nümunə).
Qaçıb mağaraya sığınan gəncələr ordunun gəlməsini gördükdə təlaşa düşürlər və Allahdan yardım istəyirlər:

“Bir zaman gənclər mağaraya sığınıb: Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər! – demişdilər”. (Kəhf-10)
Mütəal Allah onların duasını qəbul edib, onları görünməz edir və bununla bərabər onlar uzun yuxuya dalırlar və uzun müddət yuxudan ayılmırlar. Qurana əsasən onlar orada 300 və 309 il yatırlar: “Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də )qaldılar” (Kəhf-25)

Möminlər və onların yanında olan itləri mağarada uzun müddət yuxulu halda olurlar. Onların ölməməsini və məhv olmamasının səbəbini Quran belə izah edir:

“Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçar­­dın və dəhşət səni bürüyərdi”. (Kəhf-18)

Bütün bunlar Allahın insanlara bir nişanəsidir ki, insanların ibrət alması üçündür. Hadisə əsasən iki böyük mətləbi önə çəkir: Allahın qudrət nişanələrini və möminlərin bu yoldakı əzmini.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: Ali Muhəmmədin Qaimi (ə.f) Kəbənin önündə zühur etdikdə, 7 nəfər Kəhf əhli O Həzrətin (ə.f) köməkçilərindən olacaq.
İmam Sadiq (ə) digər bir hədisdə buyurub: Dəbbətul-ərz ortaya çıxanda Allah Əshi-Kəhfi ayağa qaldıracaq.

Əshabi-Kəhf mağarasının dəqiq yeri barədə bir neçə etimal vardır. Həmçinin Filistin, Suriya və ya Azərbaycanda (Naxçıvanda) olduğu ehtimal olunur. Lakin ən böyük ehtimala əsasən Türkiyənin İzmir bölgəsində olması bildirilir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter