Xanım Zəhranın (s.) gizli dəfnində iştirak edən sədaqətli peyğəmbər səhabəsi - Miqdad ibn Əmr kim idi?


Cənnətin belə həsrətində olduğu peyğəmbər səhabəsi - Miqdad ibi Əmr

İslaminSesi.info - Sonuncu peyğəmbərin (s) zühuru ilə qəlblər işiqlandı, aləm zülmətdən nura qərq oldu. Bu nurun qəlbinə işıq saçdiği şəxslərdən bir də Miqdad ibn Əmrdir.

O, Məkkə əhalisindən, ilk müsəlmanlardan, İslamin zühurunu aşkar edən ilk məkkəlilərdən olmuşdu. Müşriklər hər kəsə olduğu kimi ona da əziyyət və işkəncələr verirdi.

Miqdad həm də Həbəş krallığına hicrət edən ilk müsəlmanlar arasida idi. Həmçinin o, Mədinəyə hicrət edən muhacirlərdən biri idi. Peyğəmbər (s) onu çox sevərdi. Miqdad, peyğəmbərin (s) iştirak etdiyi bütün döyüşlərdə həzrətin yaninda olmuşdu.

Həzrət peyğəmbərin (ə) vəfati zamani o, həzrətin (s) dəfn işləri ilə məşğul olmuş, Səqifədə iştirak etməmişdi. Miqdad, həmçinin Xanim Zəhranı (s) müdafiə edən, o Xanımın (s) dəfnində iştirak edən yeganə şəxslərdəndir.

Peyğəmbər (s) Miqdad barəsində buyurub: “Miqdad bizdəndir! Allah, onu dost tutanı dost, düşmən tutanı düşmən bilər!”

Həmçinin İmamlardan (ə) nəql olunmuş hədislərdə Miqdad fəzilət əhli kimi tanınmış, sonuncu İmamın (ə.f) zühuru zamanı rəcət edən şəxslərdən olacağı bildirilmişdir. O, daim İmam Əlinin (ə) haqqını var gücü ilə müdafiə edər, digər xəlifələrə qəti beyət etməzdi. Onu, Osman xilafitinin ən kəskin tənqidçisi kimi tanıyırdılar. O,ölüm ayağında olarkən ölümü barəsində Osmana xəbər veilməməsini vəsiyyət edir.

Miqdad hicrətin 33-cü ilində 70 yaşında Mədinənin bir fərsəxliyində yerləşən “Cərf” adlı məntəqədə dünyasını dəyişir. Müsəlmanlar Miqdadın cənazəsini Mədinəyə gətirərək Bəqidə dəfn edirlər.

Əhli-beyt İmamları (ə) Miqdadı daim ehtiramla yad etmiş, onu öz yaxın dostlarından bilmişlər. İmam Sadiq (ə) buyurub: “Miqdadın bu ümmətin arasındakı məqamı Qurandakı Əlif hərfi kimidir ki, heç bir şey ona birləşmir”/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter