Qurani Kərimi oxumağın savabı haqda 20 hədis!


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
2-İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
4-İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında....


Çarəsizliyin həlli üçün hədislər duada nəyə əhəmiyyətəli yanaşmağı tapşırır?!


İmam Sadiq (ə) buyurur: Əgər dua qaydalarına riayət etməsən qəbul olunmasını gözləmə! \"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?\" (Nəml, 62).
İzah: Duanın bir sıra qaydaları və şətləri vardır ki, onlara diqqət etmək zəruridir. Onlardan biri budur ki, insan özünü çarəsiz və Allaha möhtac görsün. Ehtiyacının aradan qalxması üçün kimsəni Ona şərik qoşmasın. Başqa sözlə, Allahı problemlərini aradan qaldıran yeganə varlıq olaraq görsün və Onun sonsuz qüdrətinə inansın. Əksər insanlar Allahı yalnız o zaman çağırırlar ki, zahirdə heç bir başqa nicat vasitəsi qalmır. Amma mömin daim özünü Allahdan qeyrisindən tam ehtiyacsız bilir...


Həqiqi mömini necə tanımaq olar? – Peyğəmbərimizin (s) mübarək izahı


Həzrət (s) buyurur: “Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən amanda olarlar. Mömin o kəsdir ki, insanların malı və canı onlara qarşı amanda olar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur ki, o insan ki, ancaq öz rifahını düşünər və başqalarına qarşı biganə olar, bu cür insan müsəlman deyildir.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, səhəri edər və müsəlmanların işləri üçün səy göstərməz – onlardan deyildir. O kəs ki, başqasının fəryad səsini eşidər və onun yardımına tələsməz – müsəlman deyildir”. Ona görə də dinimiz ancaq şəhadətləri demək, bəzi vacibatları yerinə yetirməklə bitməz. Həqiqi müsəlman o kəsdir ki, həm dinin buyurduqlarına əməl etsin, həm haram buyurduqlarından çəkinsin, həm əxlaq və rəftarını islah etsin, həm də insanlara xidmət üçün səy göstərsin.
O insanlar ki, qeyri-əxlaqi rəftarları ilə İslamı sual altına alar, onlar Qiyamət günü buna görə cavab verəcəklər. “Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin (s) dəvətini, onun dinini və Kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).


Qurani Kərim İnsanların vəzifə cəhətdən bölündükləri 4 dəstəyə bölür?!


İmam Əli (ə) “Nəhcul-bəlağə”də insanların İlahi vacibatları yerinə yetirib-yetirmədiklərinə görə onları dörd dəstəyə bölmüşdür. Bu insanlar ibarətdir:
1. O kəslər ki, Allahın qoyduğu bütün qanun və qaydaları sorğu-sualsız yerinə yetirərlər və günaha düçar olmazlar. Qurani-Kərim bu insanları behişt əhli adlandırmışdır. “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).
2. O kəslər ki, kəbirə günah etməyiblər. Ancaq bəzən səğirə günaha düçar olublar. Allah bu insanları da dindarlıqlarına görə bağışlayıb, behişt əhli etmişdir. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”. (“Nisa” 31)...


İnsan üçün təhlükəli olan 3 şər qüvvəni hansı vasitələrlə dəf etmək olar?!


Dinimiz ən pis şər sayılan sehr və cadudan xilas olmağın yollarını bizə tövsiyə etmişdir ki, onlarla tanış olaq:
1. Allaha pənah aparıb, “Nas” və “Fələq” surələrini çox oxumaq.
2. “Qələm” surəsinin 51-52 ayələrini oxumaq.
3. Əmirəl-möminin (ə) tövsiyə etmişdir ki, cadunu batil etmək üçün bu sözləri yazıb yanımızda gəzdirməliyik:
بِسمِ الله وَ بِالله، بِسمِ الله وَ ما شاءَالله، بِسم الله لاحَولَ...


Rəvayətlərə əsasən Ən böyük yoxsul kimdir?


Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Bilirsinizmi ki, müflis kimdir?”. Cavab verirlər: “Bizim nəzərimizdə müflis o kəsdir ki, nə pulu vardır, nə də malı”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Mənim ümmətimdə müflis o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkatla gələcəkdir, ancaq kiməsə söyüş söydüyü üçün, kiməsə iftira etdiyi üçün, kiminsə malını yediyi üçün, kiminsə qanını tökdüyü üçün, kimisə döydüyü üçün həsənələrindən xatalarına görə verəcəkdir. Əgər həsənələri qurtarsa və hələ hesabını verə bilməsə - onların günahlarından götürər, o yerə qədər ki, atəşə daxil olar. Həqiqi müflis odur”.
İmam Əli (ə) cahilliyi yoxsulluğun son həddi hesab edir. Həzrət Əli (ə) buyurur: “Nadan kimi yoxsul yoxdur. Ən böyük yoxsulluq – axmaqlıqdır”.


İmam Əli (ə) bu 6 insana behişti zəmanət edir?!


Əmirəl-möminin (ə) buyurur: “Mən behişti 6 nəfər üçün zəmanət edirəm:
1. O kəs ki, sədəqə vermək yolunda ölər.
2. O kəs ki, xəstəni ziyarət etmək yolunda can verər.
3. O kəs ki, Allaha cihad yolunda ölümü gəlib çatar.
4. O kəs ki, həcc yolunda dünyadan gedər.
5. O kəs ki, cümə namazı yolunda əcəli gəlib çatar.
6. O kəs ki, müsəlmanın cənazəsini müşayiət etmək üçün gedər və ölüm onun ətəyindən yapışar”.


Həzrəti Əli (ə) ən yaxşı və düz yolu hansı əməllərlə mümkün olduğunu buyurdu?!


Həzrət Əli (ə) buyurur: “Allaha təvəssül edənlərin seçdikləri ən yaxşı yol – Ona və Onun Rəsuluna (s) iman bəsləməkdir. Yolunda cihad etməkdir. Çünki Allah yolunda cihad etmək – İslamın ən ali məqamıdır. İxlas kəlməsidir ki, insan fiktrətinin əsasını təşkil edir”. Hədisin davamında İmam Əli (ə) buyurur: “Namazı ayaqda saxlamaqdır ki, dinin əsasıdır. Zəkatı verməkdir ki, vacibatdır. Ramazan ayının orucudur ki, əzabdan qalxandır. Allah evinin həcci və ümrəsidir ki, yoxsulluğu aradan aparar və günahları yuyar.
Sileyi-rəhm malı artırar və əcəli təxirə salar. Gizli sədəqə günahların kəffarəsidir. Aşkar sədəqə ağır ölümü dəf edər...



Qurani və Hədislərə əsasən ən böyük bəla nədir?!


Rəbbin rəhmətindən məyus olmaq böyük günahlardandır! Hədis: İmam Əli (ə): “Ən böyük bəla ümidsizlikdir.” (Qürərul-hikəm, c. 2, səh. 373, hədis: 286).
\"(Qullarıma) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhimlidir!\'\" (Zumər, 53). İzah: Allahın bəndələrinə mehribanlığı və lütfü o qədər genişdir ki, Öz rəhmətindən naümid və məyus olmağı ən böyük günahlardan biri hesab edir. Bəli, günahları göylər qədər olsa da tövbə qapısı bəndələrin üzünə əsla bağlanmır (Misbah, Kəfəmi, səh. 376)...


İmam Baqirin (ə) hədisində dünya hərisliyi nəyə bənzədilib?!


Kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır! Hədis: İmam Baqir (ə): “Dünyada həris insan baramaqurdu kimidir. O, nə qədər çalışırsa, daha çox barama hörür və xilası daha da çətinləşir. Nəticədə hərisliyin və kədərin şiddətindən ölür”. (Kafi, c. 2, səh. 316, hədis: 7). Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.\" (Tövbə, 55).
İzah: Quran, rifahı və firavan maddi imkanlara sahib olmağı kafirlər üçün başağrısı və çətinlik hesab etmiş və onlar üçün bir növ dünyəvi əzab kimi təqdim etmişdir. Bu mətləb bir çox ayələrdə - o cümlədən yuxarıdakı ayədə - bəyan olunmuşdur. Yuxarıdakı mətləbin izahı odur ki, kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır. Çünki ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter