Məsumların hədislərinə əsasən Təvəkkülün insan həyatında 6 faydası nələrdir?!


Təvəkkül, yəni Allah Təalaya qəlbən etimad etmək, Ona söykənməkdir. Allaha təvəkkül edən insan Onu həyatında olan tək Qüdrət Sahibi hesab edir. Əgər bu etiqadı möhkəm imanla birlikdə həyatında əmələ çevirə bilərsə, çətinliklər insana asan görünər.
1. Təvəkkül nicat mənbəyidir. İmam Əli (ə) buyurur: “Allaha təvəkkül etmək - hər bir pislikdən nicat tapma və hər bir düşməndən amanda qalma mənbəyidir”. İnsan həyatın hər bir sahəsində büdrəyə bilər. Bizə bu zaman nicat verə biləcək qüvvə - Allaha təvəkkül etməkdir. İnsan Allaha etimad edərək, bu büdrəmələrdən amanda qalar.
2. Çətinliklərdən nicat tapar.İmam Əli (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asan olar”. İnsan həyatda çox sayda çətinliklərlə üzləşər və buna görə də çarə düşünər. O kəs ki, daxilində Allaha etimad edər, bu çətinliklərə səbir edərsə, Allah bu çətinliklərin həll yolunu ona göstərər və bunun üçün vasitələr hazır edər...



İmam Kazimin (ə) hədisinə əsasən İnsanın həyatının dəyəri nəyə dəyər?!


Allahın cihad edənlərlə sövdələşməsi! Quran ümumilikdə dünyada yaşamağı bazara bənzədir. \"Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir...\" (Tövbə, 111). Hədis: İmam Kazım (ə): “Sizin üçün Cənnətdən qeyri dəyər yoxdur. Elə isə özünüzü Cənnətdən başqasına satmayın.” (Kafi, c. 1, səh. 19, hədis: 12).


İmam Əlinin (ə) hədisinə əsasən imanın əsası nədir?!


Yaxşılıq və xeyirxahlıq- Allah özünü öyənləri və lovğalıq edənləri sevmir! \"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.\" (Nisa, 36). İzah: Dinin ictimai əxlaq sahəsində ən əsas göstərişlərindən biri “ehsan” – yaxşılıq və xeyirxahlıqdır. Buna görə də bir çox Quran ayəsi başqalarına yaxşılıq etməyin fəzilətinə həsr olunmuşdur. Hədis: İmam Əli (ə): “İmanın başında insanlara yaxşılıq etmək dayanır.” (Qürərul-hikəm, c. 4, səh. 52).


Hansı günahlardır ki, dünyada cəzası insana tez dəyər?!


.Hz peyğəmbər (s) buyurub: Üç xislət (əməl) vardır ki, onun əks təsiri insanın özünə qayıdar. Bunlar zülm, hiylə və vədinə dönük çıxmaqdır.”
Qeyd olunan əməllərin hər üçü bəyənilməyən, pis əməllərdir. Zülüm, digərlərinə qarşı hiyləgərlik və vədinə xilaf olmaq insanı həm dünyada, həm də axirətdə üzü qara edər. Axirətdə etdiklərinin cəzasını görən. Dünyada isə mütləq, etdikləri qarşısına çıxar. Zülm etsən zülm görərsən...


Hz Peyğəmbər (s) namazda sıraları düzgün qurmaq haqda nə buyurur?!


Həzrət Peyğəmbər (s) həmişə namazın sıralarını nizama salardı. Sonralar get-gedə artıq hamı üçün bu, adət halını aldı.
Bir gün Həzrət Rəsuli-Əkrəm (s) məscidə gəlir və namaz üçün dayanır. Təkbiri demək istəyən zaman görür ki, kişilərdən birinin sinəsi o birilərinə nisbətdə daha qabağadır.
Buyurur: “Allah bəndələri! Sıralarınızı nizama salın! Əks halda aranızda münaqişə olacaqdır”. İbni Məsud nəql edir ki, Peyğəmbər (s) əlini bizim çiyinlərimizə qoyar və bizi irəli və arxaya çəkərdi. Sonra buyurardı:“Nizamlı dayanın. Əgər dayanmaqda fərqiniz olsa, qəlbləriniz də fərqli olacaqdır”.


Dində sabitqədəm (davamlılıq) olmaq İmanın əsas rüknüdür?!


Düşmənlərə qarşı səbir və möhkəmlik istəmək! \"... “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!\" (Bəqərə, 250).
Hədis: İmam Sadiq (ə): “Tezliklə elə şübhələrlə üzləşəcəksiniz ki, sizi yönləndirəcək elm və rəhbər olmayacaq. Bu şübhədən yalnız o adam nicat tapacaq ki, “Qəriq duası”nı oxusun”. Həzrətdən (s) soruşdum ki, “Qəriq duası” necə olur? Buyurdu: “Ya Allah, ya Rəhman, ya Rəhim! Ey ürəklərin və düşüncələrin gərdişi əlində olan! Qəlbimi öz dinində sabitqədəm et!” (Kəmalud-din, səh. 532, hədis: 50).


Hz Peyğəmbərin (s) öyrətdiyi Ömrün son anında edilən dua necə oxunur?!


Bir nəfər ölüm anında bəzi çətin səhnələrin gözünün önünü gəldiyini Hz Peyğəmbərə (s) ərz elədi!
Həzrət (s) bu cavabı eşidən kimi üzünü ona çevirib, buyurur: “Mənim oxuduğum bu duanı oxu: “Allahım! Mənim çoxlu günahlarımı bağışla və az olan yaxşı əməllərimi qəbul et!”. Həmin kişi bu duanı zümzümə etdi və yenə də huşdan getdi. Həzrət Peyğəmbər (s) gözləyir ki, bu şəxs yenə huşa gəlsin. Kişi özünə gələn zaman Həzrət (s) soruşur ki, indi nə gördün? Kişi deyir: “Ey Allahın Rəsulu! Gördüm ki, mənə tərəf ağ rəngli nur gəlir”. Əziz Peyğəmbər (s) çox sevinir və mübarək üzündə təbəssüm görünür. Üzünü kişinin qohumlarına çevirib, buyurur: “Allah bu kişinin günahlarını bağışladı”. Bir müddət sonra kişi can verib qurtardı...


Günahlardan çəkinmək Allaha şükür etməyin ən uca zirvəsidir!


Hədis: İmam Əli (ə): “Hər bir nemətin şükrü Allahın haramlarından çəkinməkdir.” (Mişkatul-ənvar, səh. 35). Şükrün insan ruhunun tərbiyəsində inikası olduqca çoxdur.
\"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.\"(İbrahim, 7-8).
İzah: Əxlaqi inkişaf amillərini qeyd etdikdən sonra burada ən mühüm fərdi və ictimai əxlaqi fəzilətlərə işarə edirik. Bu fəzilətlərdən biri Allaha şükür etməkdir. Şükrün insan ruhunun tərbiyəsində inikası olduqca çoxdur. Çünki bir tərəfdən insanın xatirində Rəbbin əzəmətini gücləndirir, digər tərəfdən isə onu nemətlərdən düzgün istifadə etməyə səsləyir...


Hədislərin tapşırığı: Dua edəndən öncə üç əməli görmək tövsiyə olunur?!


Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır!
\"Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər.\" (Əraf, 23).
İzah: Dua qaydalarından biri günahı etiraf etməkdir. Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır, insanın təkəbbür və qürurunun, eləcə də Allaha cəsarət etməsinin kökünü kəsir...
Hədis: İmam Sadiq (ə): “Allaha həmd-səna etmədən, Peyğəmbərinə (s) və ailəsinə (ə) salam göndərmədən, günahlarınızı iqrar etmədən Ona dua etməkdən çəkinin.” (Dəəvat, Ravəndi, səh. 23, hədis: 27).


Müsəlman və mömin şəxsin xeyirxah olması olduğu şəhəri bəladan xilas edər?!


Əgər insan insaf əhli olarsa, həm özünü və həm də cəmiyyəti İlahi əzabdan qoruya bilər. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlarla insaflı rəftar et və onlara qarşı mehriban və xeyirxah ol. Çünki əgər belə olsan, sənin seyr etdiyin məkanın və şəhərin insanlarına Allah qəzəb etsə və onlara əzab nazil etmək istəsə, sənə nəzər salar və sənə xatir o insanlara rəhm edər”. Hər kim insafa riayət edər, məkarim əxlaqın ən fəzilətli zirvəsində qərar tutar. İnsaf odur ki, hər nəyi ki, özün üçün bəyənirsən – başqaları üçün də bəyənəsən.




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter