Çarəsizliyin həlli üçün hədislər duada nəyə əhəmiyyətəli yanaşmağı tapşırır?!


İmam Sadiq (ə) buyurur: Əgər dua qaydalarına riayət etməsən qəbul olunmasını gözləmə.

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ أَإِلَٰهٌ مَعَ اللَّهِ قَلِيلًا مَا تَذَكَّرُونَ

\"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?\" (Nəml, 62).

İzah: Duanın bir sıra qaydaları və şətləri vardır ki, onlara diqqət etmək zəruridir. Onlardan biri budur ki, insan özünü çarəsiz və Allaha möhtac görsün. Ehtiyacının aradan qalxması üçün kimsəni Ona şərik qoşmasın. Başqa sözlə, Allahı problemlərini aradan qaldıran yeganə varlıq olaraq görsün və Onun sonsuz qüdrətinə inansın. Əksər insanlar Allahı yalnız o zaman çağırırlar ki, zahirdə heç bir başqa nicat vasitəsi qalmır. Amma mömin daim özünü Allahdan qeyrisindən tam ehtiyacsız bilir. Təbii səbəb və vasitələri yalnız Allahın iradəsindən asılı görür və onlara könül verir. Allah, yuxarıdakı ayədə Öz təkliyinin nişanələrindən birini çarəsiz və darda qalanların duasına cavab vermək hesab edir.

Hədis: İmam Sadiq (ə): “Dua qaydalarına riayət et. ... Dua, bütün zahiri və batini məsələlərin hamısını Allaha həvalə etməkdir. ... Əgər dua qaydalarına riayət etməsən qəbul olunmasını gözləmə.” (Misbahuş-şəriə, səh. 132).\\nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter