Rəvayətlərə əsasən Ən böyük yoxsul kimdir?


Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Bilirsinizmi ki, müflis kimdir?”.

Cavab verirlər: “Bizim nəzərimizdə müflis o kəsdir ki, nə pulu vardır, nə də malı”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Mənim ümmətimdə müflis o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkatla gələcəkdir, ancaq kiməsə söyüş söydüyü üçün, kiməsə iftira etdiyi üçün, kiminsə malını yediyi üçün, kiminsə qanını tökdüyü üçün, kimisə döydüyü üçün həsənələrindən xatalarına görə verəcəkdir. Əgər həsənələri qurtarsa və hələ hesabını verə bilməsə - onların günahlarından götürər, o yerə qədər ki, atəşə daxil olar. Həqiqi müflis odur”.


Ona görə də dəyəri dəqiq tanımaq lazımdır. Əgər dünya dəyəridirsə, bu zaman insanın pul və mal cəhətdən yoxsul olması gözün önünə gəlir.

Ancaq əgər düşünsək ki, insan dünya deyil, axirət üçün xəlq olunmuşdur, insanın xəlqindəki əsil hədəf İlahi qürb məqamına çatmaq olmuşdur – bu zaman yoxsul o kəsdir ki, əməllər baxımından əli boşdur və günahlarla isə doludur. Yəni, bu insan dinə qarşı cahil insandır ki, bu qədər günaha düçar olmuşdur.



İmam Əli (ə) cahilliyi yoxsulluğun son həddi hesab edir. Həzrət Əli (ə) buyurur: “Nadan kimi yoxsul yoxdur. Ən böyük yoxsulluq – axmaqlıqdır”.
İmam Baqir (ə) buyurur: “Qəlb yoxsulluğu kimi yoxsulluq, nəfs zənginliyi (nəfsini kontrol edə bilmək) kimi sərvət yoxdur”.

İmam Əli (ə) buyurur: “O yaxşılıq ki, ardınca cəhənnəm gətirər, yaxşılıq deyildir. O pislik ki, ardınca behişt gətirər, pislik deyildir. Hər bir nemət behişt qarşısında həqir və hər bir bəla cəhənnəm qarşısında azdır”. (Həvzəh)


Bir gün Əhli-Beyt (ə) davamçıları İmam Sadiqin (ə) xidmətinə gəlirlər və öz yoxsulluqlarından şikayət edirlər. İmam (ə) onlara buyurur: “Əgər zəngin insan sənə desə ki, yer üzünü gümüş ilə dolduracağam, amma İmamların (ə) vilayətindən əl çək, əl çəkərsənmi?”. Deyir: “Xeyr”.

Həzrət (ə) buyurur: “Onda sən yoxsul deyilsən. Yoxsul o kəsdir ki, sənin malik olduğuna malik olmasın”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter