Həzrəti Əli (ə) ən yaxşı və düz yolu hansı əməllərlə mümkün olduğunu buyurdu?!


Ən yaxşı və düzgün yolu izahı – Həzrət Əlinin (ə) buyuruşunda: Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”nin 110-cu xütbəsində İlahi qürb məqamına yaxınlaşmağın yollarını tanıtmışdır.

Onlar bu əməllərdirlər: Allaha və Peyğəmbərə (s) iman, cihad, namaz, zəkat, oruc, həcc və ümrə, sileyi-rəhm, gizli və aşkar sədəqə, gözəl əməl, Allahı yada salmaq, Peyğəmbərin (s) yolunu davam etdirmək və Qurana əməl etmək.

Həzrət Əli (ə) buyurur: “Allaha təvəssül edənlərin seçdikləri ən yaxşı yol – Ona və Onun Rəsuluna (s) iman bəsləməkdir. Yolunda cihad etməkdir. Çünki Allah yolunda cihad etmək – İslamın ən ali məqamıdır. İxlas kəlməsidir ki, insan fiktrətinin əsasını təşkil edir”.

Yeri gəlmişkən, Allah yolunda mübarizənin bərəkətləri barədə əziz Rəsuli-Əkrəmin (s) buyuruşuna diqqət edək. Peyğəmbər (s) bu İlahi vacibat haqqında buyurur: “Behiştin qapısı vardır ki, adı Babəl-mücahidindir.

Qapıya tərəf hərəkət edəndə qapı açılar. Cihad edənlər qılınclarını taxarlar, məhşər əhli və Allahın mələkləri onları salamlayaraq qarşılayarlar. Ona görə də hər kim cihadı tərk edər, Allah onun bədəninə zillət və xarlıq libası geyindirər. Onu ömrü boyu ehtiyaclı və yoxsul edər. Dinini aradan aparar. Çünki Allah Təala mənim ümmətimi mücahidlərə və onların nizələrinin məqamına görə əziz və başıuca etmişdir”.

Hədisin davamında İmam Əli (ə) buyurur: Namazı ayaqda saxlamaqdır ki, dinin əsasıdır. Zəkatı verməkdir ki, vacibatdır. Ramazan ayının orucudur ki, əzabdan qalxandır. Allah evinin həcci və ümrəsidir ki, yoxsulluğu aradan aparar və günahları yuyar. Sileyi-rəhm malı artırar və əcəli təxirə salar.

Gizli sədəqə günahların kəffarəsidir. Aşkar sədəqə ağır ölümü dəf edər. Gözəl əməlləri yerinə yetirmək alçaqcasına süqutların qarşısını alar.

Allah zikrində hərəkət edin ki, ən yaxşı zikrdir. O şeylərə əlaqə əldə edin ki, Allah təqva əhlinə vədə vermişdir. Çünki Allahın verdiyi vədə - ən doğru vədələrdəndir.

Peyğəmbərinizin (s) hidayətinə iqtida edin, çünki ən üstün hidayətdir. Peyğəmbərinizin (s) sünnətini qəbul edin, çünki ən çox hidayət edən sünnətdir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter