Səadət nədİr?


Cavab: Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!...


Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədİ?


Cavab: İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir...


Təyİn olunmuş ruzİyə zəhmət çəkmədən naİl olmaq mümkündürmü?


Cavab: Quran ayələrindən məlum olur ki, ruzi təkcə maddim nemətlərdən ibarət deyildir. Bu sözün lüğəti mənası «davamlı hədiyyə» deməkdir. Ruzi anlamı qida maddələri ilə yanaşı məskən, geyim, elm, düşüncə, iman kimi nemətləri də əhatə edir. «Ali-imran» surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər». Ayədən göründüyü kimi ruzi təkcə maddi yox, həm də mənəvi nemətləri ifadə edir. Bərzəx dünyasında maddi nemətlərin olmaması, buna bir sübutdur...


Dünya xoşbəxtlİyİndə dİnİn rolu varmı?


Cavab: Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur...


Peyğəmbərİ (s) qocaldan surə hansıdır?


Cavab: «Nurus-səqəleyn»də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Hud» surəsi məni qocaltdı».
Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar...


Doğrudanmı, İslam qılınc dİnİdİr?


Cavab: «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!»( «Yunis» surəsi, ayə 99.)...


Quran nə üçün möcüzə hesab olunur?


Cavab: Həzrət Məhəmmədin (s) Şəqqül-qəmər kimi möcüzələri olduğu halda, nə üçün o məhz Quranı özünə möcüzə hesab etmişdir? Quranın möcüzə olması barədə ayə və hədislərdə kifayət qədər məlumat verilir. Maraqlıdır, Quranı başqa kitablardan fərqləndirən onun hansı xüsusiyyətidir?


Quran rİyakar İnsana necə təsİr göstərİr?


Cavab: Allah-təala buyurur: «...(hər bir surə) möminlərin imanını artırar, onlar sevinərlər. Qəlblərində mərəz olanların isə, çirkinliyi artar və onlar kafir olaraq ölərlər». («Tövbə» surəsi, ayə 124-125.)...


Zəkat nədir?


Cavab: İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır...


Fəqİrlə mİskİn arasında fərq varmı?


Cavab: Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki, dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu səbəbdən də, ağız açmağa məcburdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter