Allah-təala hansı həşərata vəhy nazil etdi?


Cavab: «Nəhl» surəsinin 68-ci ayəsində buyurulur: «Rəbbin bal arısına belə vəhy etdi: «Dağlarda, ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə yuva sal». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: «O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar».(«Nəhl» surəsi, ayə 69.)


İslam dini qadına nə verdi?


Cavab: İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu...


«Zikr əhli» kimdir?


Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»...


Qurani-kərimdə zeytun, xurma və üzümün adı nə üçün xüsusi qeyd edilir?


Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir». Nə üçün ayədə zeytun, xurman və üzümün adı xüsusi çəkilir?
Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz....


İnsan meymundan yarana bilərmi?


Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.


Cİnlər nə üçün gözə görünmür?


Cavab: «Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır...


Şeytanları qovan «şİhab» nədİr?


Cavab: Allah-təalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir. İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».
Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir...


Quranı təhrİf etmək mümkündürmü?


Cavab: Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə kitab, Qurani-kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur...


«Təvəkkül» nədir?


Cavab: «İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!»....


«Allahın günləri» hansı günlərdir?


Cavab: Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlat, bunda səbir və şükr edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik».(«İbrahim» surəsi, ayə 5.)
«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter