Haqqı nahaqdan necə fərqləndİrmək olar?


Cavab: Haqq və nahaqı tanımaq bəzən o qədər çətin olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. Ayədə oxuyuruq: «...Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək məqsədi ilə insanların od üzərində qızdırıb əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar».(«Rəd» surəsi, ayə 17.)...


Quran «hamı səcdədədİr» buyurarkən, nəyİ nəzərdə tutur?


Cavab: Bütün hadisələr iki mümkün mahiyyətdən birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşri´idir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə mükafatlandırılmış bəşəriyyət Allahın səcdəsinə dəvət edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir...


Qurana görə fəsad nədir?


Cavab: Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
«Yer üzündə fəsad törədər və islah olmazlar».(«Şüəra» surəsi, ayə 152.)...


Behİştİn neçə qapısı vardır?


Cavab: Ayə və hədislərdən məlum olur ki, behişt müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, heç də bir qapıdan daxil olmağın çətinliyi deyildir. Bu qapılar hər hansı tayfa və təbəqə üçün də nəzərdə tutulmamışdır. Bir çox saraylarda qapıların çoxluğunda məqsəd tamam başqadır...


Cəmiyyətdəki ictimai-siyasi dəyişikliklərin səbəbkarı kimdir? İnsan, yoxsa Allah?


Cavab: Allah-təala buyurur: «Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz».(«Rəd» surəsi, ayə 11.)
Ayədən göründüyü kimi, bütün millətlərin talehi, onların öz əllərindədir. Onların xoşbəxtlik və bədbəxtliklərinin ilkin səbəbkarı özləridir. Öz xoşbəxtliyi üçün çalışmayan millətin Allah-təaladan nə isə gözləməsi, əbəsdir...


Allahın kölgəsİndə olmaq nə deməkdİr?


Cavab: Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər...


Ən gözəl səbr hansıdır?


Cavab: Ayə və hədislərdə möminlər üçün zəruri hesab edilən sifətlərdən biri də, səbirdir. Üzücü hadisələr qarşısında dözüm göstərib, bədbinliyə qapılmamaq, insan şəxsiyyətinin ucalığına bir dəlildir. Oğlu Yusifin qanlı köynəyini görən Yəqub, «Mənə, yalnız tükənməz, dözümlü səbir gərəkdir» deyir. («Yusif» surəsi, ayə 18.)...


Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?


Cavab: İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan isə maşından fərqli olaraq cismlə yanaşı, ruha da malikdir...


Yuxuya inanmaq olarmı?


Cavab: Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?...


Qurani-kərimdə nə üçün dastanlara yer verilib?


Cavab: Quran-Kərimin əhəmiyyətli bir hissəsi keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu ilahi kitabla yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez rastlaşdıqları dastanlardan təəccüblənir, bəziləri isə irad tutmağa da cəsarət edirlər. Amma məsələyə diqqətlə yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə qalmır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter