İnsan heyvana çevrİlə bİlərmİ?


Cavab: «Əraf» surəsinin 166-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!»...


«Mənzələt» hədİsİndə nə deyİlİr?


Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq...


Musa (ə) nə üçün tövbə etdi?


Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər»...


Adəm (ə) günahkardırmı?


Cavab: Yəhudilərin və məsihilərin müqəddəs kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi qətiyyətlə inkar olunur...


İlk müsəlman kimdir?


Cavab: Qurani-kərimin «Ənam» surəsinin 163-cü ayəsində buyurulur: «(Ya Məhəmməd, de ki) onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam»...


Peyğəmbərlİyə nə üçün mələk seçİlmədİ?


Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi...


Müsəmma əcəl nədir?


Cavab: «Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır»...


İnsanları haqqa dəvət edİb, batİldən çəkİndİrmək vacİbdİrmİ?


Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər»...


Çoxluq həmİşə haqlıdırmı?


Cavab: Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün dünyada böyük əksəriyyət ondan istifadə edir?
«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: «Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz».
Bəşər tarixi boyu mübahisəsiz qəbul olunan məsələlərdən biri də, kəmiyyət və keyfiyyət anlayışlarının bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. Bu nadan dəstənin fikirincə, əgər çoxluq spirtli içki içərsə, demək spirtli içkilər pis deyil və sən də içə bilərsən; əgər əksəriyyət faizlə pul götürüb, faizlə pul verirsə, demək sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, çoxluğun rəyinə tabe olub, həqiqətdən yan keçmək münafiqlərə məxsus sifətdir.
Kor-koranə çoxluğa tabeçilik, batilə haqq donu geyindirir və həqiqət unudulur. Bəşəriyyətin bədbəxtçiliklərinin əsas səbəblərindən biri də, məhz bu düşüncə tərzidir. «Ənam» surəsinin 116-cı ayəsində oxuyuruq: «Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar».


Təvəssül nədir?


Cavab: «Təvəssül» ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir. «Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter