Allah Təalanın 2 imtahanı hansılardır?


“Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!”. (“Ali-İmran” 142).
“Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda, (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır”. (“Tövbə” 16).
Bu ayələr müsəlmanlara iki mövzunu xəbərdar edir. Biri odur ki, imanı bəyan etməklə insanların iman şəxsiyyəti aydın olmaz. O şəxsiyyətdən söhbət gedir ki, insanın behiştə daxil olması üçün zəruridir. İnsanlar iki vasitə ilə imtahana çəkilər ki, xalisləri ilə xalis olmayanları bir-birindən ayırd etmək mümkün olsun. Bu zaman xalis imana malik olanlar behiştə daxil olar və qalanları ondan məhrum olar. Bu iki imtahan ibarətdir: biri bütpərəstliyi aradan qaldırmaq üçün mübarizə aparmaqdır və ikincisi münafiqlər və düşmənlərlə rabitəni kəsməkdir. Birincisi xarici düşmənləri dəf edər və ikincisi daxili.
Əllamə Təbatəbai buyurur: “Sanki güman edirsiniz ki, biz sizi öz halınıza buraxacağıq? Allaha iman bəslədiyinizə görə iddianızın sadiqliyi bizim üçün aydın olmayacaqdır?”.
Elə bilirsiniz ki, behiştə daxil olacaqsınız. Halbuki, Allah hələ Allah yolunda cihad edənləri və səbirliləri aranızdan ayırmamışdır.
Allahın söz açdığı həqiqət budur ki, imanı iddia etmək behiştə daxil olmaq üçün kifayət etməz. Bəlkə insanların çoxu imtahan olunar və bu yolla imanı xalis olanlar üzə çıxar. Bu zaman göstərdikləri səyə görə Allah onları behiştlə mükafatlandırar.
Dünya imtahanla dolu bir yerdir. İnsanların ruhu xilqətdən əvvəl hər cür şərdən, bədbəxtlikdən pak idi. Allah qürbünə çatmaq məqamı ancaq o kəslərə verilər ki, Allaha və Onun ayələrinə xalis iman bəsləyərlər. İmanın xalisliyi isə imtahan olmadan həyata keçməz.
Yuxarıkı ayədə adı çəkilən ilk imatahan Allah yolunda edilən cihaddır. Allah iman iddiasında olanlar üçün döyüş meydanı hazır edir və onlara dinlərini müdafiə etmək üçün bu döyüşdə iştirak etməyi əmr edir. Bu yolla imtahanlarında sabir olanları üzə çıxartmaq istəyər.
Bəli, əməllə möminlər kafirlərdən ayrılar. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 111).
Allahın ikinci imtahanı isə özündən qeyrisi ilə münasibətdədir. Allah bu ayədə buyurur ki, ey möminlər! Qeyri-möminlər, müşriklər və kafirlərlə sirlərinizi bölüşməyin. Yəni mömin dostu ilə düşməni arasına sərhəd qoymalıdır. (Tebyan) Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter