Kufə əhlinin Üç imama xəyanətinin səbəbi nə idi?


...Kufəlilərin rəftarlarının sözləri ilə uyğun gəlmədiyini tarix də etiraf edir. Belə ki, İmam Hüseyn (ə) Kufə əhlinin halı ilə maraqlanan zaman ona deyirlər: “Qəbləri səninlədir, ancaq qılıncları sənin əleyhinə çevrilmişdir”. Bu insanların ən zəif cəhətlərindən biri də budur ki, sözə tez inanan və düşməndən qorxan idilər. Ona görə də Müaviyyə (lən) onların bu sifətlərini işə salıb İmam Əliyə (ə) qarşı silah kimi çevirmişdi. Nəticədə İmamın (ə) ordusu qalib gəlməmişdi. Siffeyn döyüşü ilə bağlı yazırlar ki, o zaman ki, Müaviyyənin (lən) ordusu məğlub olmaq üzrə idi, Quranı nizələrə taxıb bu məğlubiyyətdən qaça bilmişdilər. Kufə əhli heç bir dövrdə öz rəhbərləri ilə bağladıqları əhdə vəfa etməmişdilər. Kufə əhlinin tarixini araşdıran zaman götürməli olduğumuz dərslərdən biri budur ki, səadət və xoşbəxtlik – vilayəti qəbul edib ona itaət etməkdədir. Cürətlə deyə bilərik ki, bəsirətsizlik Kufə əhlinin tənəzzül etməsinə səbəb oldu. Məhz bəsirətsizliyə görə bu cəmiyyət öz rəhbərinə yardım etmədi və düşməndən qorxdu.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amili hansılardır?


Bu inqilaba təsir qoyan amillər – iradə və İlahi təqdir idi. Allah bu hadisənin vasitəsilə dünya azadilərinə insanlığın, məhəbbətin, səbir və müqavimətin, izzət və şərəfin nümunələrini nümayiş etdirməyə çalışmışdır. Allah günəşin qarşısını alan maneələri aradan qaldırdı və Öz nurunu qalib etdi. İmam Hüseyn (ə) Allah nurundan idi və Allahın nuru qalıcı oldu.
-İmam Hüseynin (ə) ixlas və bəsirəti Aşura qiyamının ikinci amili olmuşdur. Bu iki amil sayəsində Kərbəla hadisəsi qalıcı və cavidan oldu. Bəsirət odur ki, hədəfini itirməyəsən və Kərbəla hadisəsi buna bariz nümunədir. Əslində Aşura hadisəsi bəsirət və ixlasın təcəllisi idi. (Tebyan)
-Aşura qiyamının qalıcı olmasına səbəb olan üçüncü amil isə bu qiyamın nicat verən olması idi. İmamın (ə) hədəfi – ümmətini zalımın əlindən xilas edib, ona nicat vermək olmuşdur. Hər kim nicat gəmisinə minər, xoşbəxt olar.


İmamın (ə) şəhadətindən sonra Kərbəlada hansı hadisələr baş verdi?


Məhərrəmin 10-da, Aşura günü İmamın (ə) bütün döyüşçüləri və Bəni-haşim gəncləri şəhid olur. Sonda İmamın (ə) özü zöhr vaxtı qətlə yetrilib, bütün şəhidlərin başları kəsilir, mübarək bədənləri üzərindən atlar çapılır ki, bununla da düşmənin kinli qəlbi soyumur...
İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir... Ömər Səd İmamın (ə) mübarək başını Xuli bin Yəzidə və Həmid bin Muslimə təhvil verib Kufə sarayına, İbn Ziyad məluna göndərir. Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar... Həmçinin bütün qadın və uşaqlar da əsir edilərək amansızlıq və kobud rəftarla, o cümlədən nizələrə taxılmış başlarla birgə Kufəyə tərəf yola salınır. Ömər Səd, əsirləri kəsik başlarla bir yerdə aparmaqla, o məzlum qadın və körpələrə daha artıq əziyyət verməyə çalışırdı...


Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana?!


Ummu Vəhəb Aşura günü birinci oğlunu, sonra isə Abdullahı itirir. Oğlu birinci dəfə meydana girib bir dövrə düşmənlə çarpışıb geri qayıdır və anasına deyir: Məndən razısanmı? Ummu Vəhəb cavab verir: Mən səndən o vaxt razı olaram ki, Hüseyn ibn Əlinin (ə) qarşısında şəhid olasan. Beləcə oğlu geri dönür və şəhid olur. Qəhrəman qadın oğlunun ardınca həyat yoldaşı Abdullahı itirir. Abdullah meydana girəndə Ummu Vəhəb əlinə böyük bir ağac alıb həyat yoldaşının köməyinə gedir və onu tək qoymayacağını bildirir. Hadisəni müşayiət edən İmam (ə) ona səslənir: -Ey Ummu Vəhəb Allah sənə xeyir versin. Geri qadınların yanına qayıt. Orada dayan. Cihad qadınlara vacib deyil. Ummu Vəhəb geri qadınların yanına qayıdır. Abdullah meydanda şəhid olanda o cəsur qadın həyat yoldaşının yanına gedir və onun başının üstündə oturub, üzünün qanını silir. Bunu görən məlun Şimr öz nökərinə əmr edir ki, qadını vursun. Qulam gedib Ummu Vəhəbin başından vurub öldürür.


Həzrət Hüseynin (ə) qətlində daha kimlər şərikdir?


Sual – Seyyiduş-şühada İmam Hüseynin (ə) qətlində tək Yezid günahkardır, yoxsa Muaviyyə və onun bütün dəstəkçiləri bu işdə şərikdirlər?
Cavab: Həzrət Hüseynin (ə) qətlində Yezid ibn Muaviyyə, Muaviyyə ibn Əbu Süfyan, bütün onların yolu ilə gedən, onlara tabe olanlar, bu işə razı olanlar, Əhli-beytin (ə) məqamını əllərindən alanlar hamısı şərikdir. Bu istər əvvəlkilərdən olsun, istər sonrakılardan. Hətta bu işə razı olanlar belə...
Bunu təsdiq edən kifayət qədər hədis vardır. Allahın rəsulu (s) bu barədə buyurub: “Kim bir dəstəni sevərsə qiyamətdə onlarla birgə olar. Kim bir dəstənin əməlinə rəğbətli (razı) olarsa, həmin adam o əmələ şərikdir”...


Niyə İmam Səccad (ə) Kərbəlada vuruşmadı?


Şeyx Mufid Həmid ibni Müslimdən nəql edir: “Sonra Əli ibni Hüseynə (ə) çatdım ki, yatağa yıxılmış və çox xəstə idi. Bir dəstə piyada qılıncla gəlib çatdı. Onlar Şimrə (lən) dedilər ki, bu xəstəni öldürməyək. Mən dedim: “Sübhənallah, xəstəliyi onun işini görəcəkdir. (Yəni, xəstəlikdən öləcəkdir)”. Bu sözləri deyərək, onu öldürməkdən çəkindirdim”. Həzrət Səccadın (ə) Kərbəlada belə bir şiddətli xəstəliyə düçar olmasının səbəbi İlahi təqdirə görə idi (yəni İmamət nuru davam etsin!) ki, ölümdən amanda qala bilsin. O, bu hadisədən sonra şəfa tapdı.


Kərbəlanin həqiqəti və hədəfləri İmam Hüseynin (ə) öz dilindən - İmamın (ə) məktubu


\"Bismilləhir-rəhmanir-rəhim. Bu Hüseyn ibn Əlinin Hənəfiyyə kimi tanınan qardaşı Muhəmmədə vəsiyyətidir. Hüseyn şəhadət verir ki, heç bir şəriki olmayan Allahdan qeyri məbud yoxdur. Muhəmməd (s) Onun qulu və rəsuludur. O (s) Haqq Təala tərəfindən haqq olaraq göndərilmişdir. Cənnət və cəhənnəm haqdır. Qiyamətin gəlişində heç bir şübhə yoxdur. Həqiqətət Allah qəbirdə olanları dirildəcəkdir. Mən şərr, kibr, zülüm və qarışığlığ məqsədi ilə qiyam etmirəm. Mən babam Peyğəmbərin (s) ümmətini islah etmək, pisliklərdən çəkindirib yaxşılığa dəvət və Atamın və Babamın yolunu yaşatmaq üçün ayağa qalxıram. Kim məni haqq bisə Allah böyükdür, kim məni inkar etsə mən səbr edərəm Allah Özü mənim və o inkar edən tayfa arasında ədalətlə hökm eləsin. O ən yaxşı hakimdir. Ey qardaşım bu mənim sənə olan vəsiyyətimdir. Mənim tofiqim yalnız Allahdandır. Ona təvəkkül edir və Ona doğru dönürəm\".


Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix


Bu gün hicri təqvimi ilə məhərrəm ayının 2-sidir. İslam tarixşünasları İmam Hüseynin (ə) karvanının məhz məhərrəm ayının ikisində Kərbəla çölünə daxil olduğunu deyiblər. Rəcəb ayında Mədinədən, zilhiccənin ilk 10günlüyündə Məkkədən ayrılan İmam (ə) artıq bu gün Kərbəla adlı yerə yetişir. Bu gün Kərbəlanın ilk günüdür! Hədəsilərə əsasən İmam Kərbəla səhrasına çatanda, bölgənin adını soruşur. Bölgənin Ğadiriyyə adlandığını deyirlər. Digər bir ada malik olduğunu soruşanda isə oranın Şatiul-Fərat (Fərat sahili) adlanmasını bildirirlər. İmam bu bölgənin daha bir ada malik olmasını soruşanda, ona buraya bəzən Kərbəla da deyildiyini çatdırırlar. Bu zaman İmam ay çəkərək buyurur:
“Allaha and olsun Kərbəla torpağı budur. And olsun ki bizim oğullarımızı burda öldürəcəklər və qadın və uşaqlarımız burada əsir götürəcəklər. Burada bizim hörmətimiz ayaq altına atılacaq. Ey kişilər atlardan düşün ki bizim qəbirlərimizin yeri elə buradır”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter