Övlad tərbiyəsinə dair Loğman (ə) hansı 10 tövsiyəsini edir?!


Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:
1. Rəhman Allahla gözəl rabitə. “Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». ”. (“Loğman” 13).
2. Valideynə ehtiram qoymaq. “Və Biz insana ata-anası barəsində tövsiyə etdik”. (“Loğman” 14).
3. Məad. “(Loğman dedi:) «Ey mənim əziz oğlum, bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır». (“Loğman” 16).


Həzrəti Peyğəmbər (s) bu cürə duanı düzgün hesab etməzdi?!


İslam Peyğəmbəri (s) bir yerdən keçirdi. Bir müsəlmanı gördü ki, dua edərək, belə deyir: “İlahi! Məni camaatdan ehtiyacsız et!
Allahın Peyğəmbəri (s) ona buyurdu: “Bu cürə dua etmə, çünki insanlar gərək bir-biriləri ilə əlaqədə olsunlar və biri-birilərinin ehtiyaclarını təmin etsinlər. Duanı bu cürə et: “İlahi! Məni şərr insanlardan ehtiyacsız et!” Dua edən şəxs ərz etdi: Şərr və ziyan verici insanlar kimlərə deyilir?! Hz Peyğəmbər (s) buyurdu: “(Şərr insanlar o kəslərdirlər ki)
1-Onlar bir şeyi bağışlayanda, minnət qoyarlar!
2-Əgər bir şeyi bağışlamaq istəməsələr, qarşı tərəfdə eyb tutmağa çalışarlar! (Bu məqsədlə ki kömək etməmələrinə bəhanə tapsınlar)


Bəhlul qəbiristanlıqda sümüklərin yerini niyə dəyişdirdi?


Bir gün Harun ər-Rəşidin vəziri qəbiristanlıqdan keçirdi. Görür ki, Bəhlul sümüklərin yerini dəyişib, nəyisə axtarır.
Soruşur: “Bəhlul, burada nə edirsən?”. Deyir: “Bu gün gəlmişəm ki, onları ayıram. Vəzir, komandir, tacir arasında fərq qoyam. Görmək istəyirəm ki, hansı vəzirdir? Hər nə qədər baxsam, görürəm ki, hamısı eynidir. Onlar dünyada yersiz yerə bir-birinin başına vurublar”. Allah Təala bizləri axirəti dərk edənlərdən qərar versin./Deyerler.



Oğurluq edib, böhtan atan nökərləri Həzrət Loğman necə ifşa etdi?


Bir zamanlar Loğman Xəvacəyə xidmət edirdi. Xəvacənin çoxlu nökərləri var idi. Loğman aqil olduğu üçün, Xəvacə həmişə ona xüsusi diqqət göstərərdi. Başqa nökərlər də buna görə ona həsəd aparardılar. Loğmanı bədnam etmək üçün səy göstərirdilər. Bir gün Xəvacə Loğmana və bir neçə nökərinə əmr edir ki, bağa gedib meyvə dərsinlər. Onlar meyvələri dərib evə qayıtdılar. Yol gedən zaman nökərlər meyvələri bir-bir yeməyə başladılar. Evə çatan zaman meyvələrin hamısı artıq bitmişdi. Səbəti boş halda evə gətirdilər. Xəvacə meyvələr haqqında soruşanda nökərlər dedilər ki, meyvələrin hamısını Loğman yemişdir. Xəvacə çox əsəbiləşir və soruşur: “Ey Loğman! Niyə meyvələri yemisən? Məgər bilmirsən ki, mənim bu axşam qonağım vardır? Mənə de görüm, bu qədər meyvəni necə yeyə bilmisən?”. Loğman cavab verir: “Mən ağzımı bu meyvələrə vurmamışam, çünki bu, sizə qarşı xəyanət olardı”. Xəvacə deyir: “Necə sübut edə bilərsən ki, meyvələri sən yeməmisən? Halbuki, nökərlərin hamısı deyir ki, sən yemisən?”. Loğman: “Ey Xəvacə! Bizi imtahan et və görəcəksən ki, meyvələri kim yemişdir”...


Üç il təxirə düşən dua nə idi?


Həzrət İmam Sadiq (ə) nəql edir: “Bir gün İbrahim Xəlil Beytul-müqəddəsin ətrafında qoyunlarını otarmaq üçün yer axtarırdı. Bir insan səsi eşidir və bu səsin dalınca gedir. Qoca bir kişini namaz qılan halda görür. Soruşur ki, ey Allahın bəndəsi, kimin üçün dua edirsən? Cavab verdi ki, Allah üçün. Soruşur ki, qohumlarından, ailəndən kimsə varmı? Cavab verir ki, yox. Həzrət İbrahim (ə) soruşur ki, bəs yeməyi harada yeyirsən? Bir ağac göstərir və deyir ki, bu ağacın meyvəsindən. Qış üçün isə yığıb, saxlayıram. Həzrət İbrahim (ə) soruşur ki, bəs məskənin haradadır? Bir dağı göstərir və deyir ki, məskənim oradadır. Deyir: “Məni evinə apara bilərsən?” Qoca cavab verir: “Evimin qarşısında böyük bir su var və sən oradan keçə bilməzsən?” Soruşur: “Bəs sən necə keçirsən? “Cavab verir: “Suyun üzəri ilə”. Soruşur: “Mənim də əlimi tut və ümid var ki, Allah mənə də sudan keçmək üçün qabiliyyət verər”...


Sual olunur: Həzrət Əli (ə) niyə üç oğlunun adını üç xəlifənin adlarından qoyub?


Qısa cavab: Əbubəkr adlandırması: I. Əgər həzrət Əli (ə) öz oğluna Əbubəkrin adını qoyurdusa, gərək onun künyəsini deyil, əsl adını qoyaydı
II. Əbubəkr həzrət Əli (ə)-ın oğlunun künyəsi idi. Oğulun künyəsi də atanın ixtiyarında deyil. Onu şəxsin özü özünə verir, ya da həyatında baş vermiş hadisələr nəticəsində insana verilir.
III. Bir nəzəriyyəyə görə həzrətin bu oğlunun adı Abdullah olub və Kərbəla hadisəsində 25 yaşında şəhadətə yetişib.
Əbül Fərəc İsfahani yazır: “Əli (ə)-ın oğlu Abdullah 25-yaşında Kərbəlada şəhid olub və heç bir övladı da olmayıb” (“Məqatilut-talibin”, 1-ci cild, səh. 22).
Bunu nəzərə aldıqda məlum olur ki, Abdullah həzrətin xilafətinin əvvəllərində dünyaya gəlib. Məhz o dövrlərdə həzrət özündən əvvəlki xəlifələrdən kəskin intiqad edirdi.
Ömər adlandırması: I. Ömərin adətlərindən biri də insanların adını dəyişmək idi. Tarixçilərin dediklərinə istinadən Ömər özü bu adı ona qoymuşdur. Sonralar da elə bu adla da tanındı. Bəlazəri “Ənsabul-əşraf” kitabında yazır: “Ömər İbn Xəttab Əlinin (ə) oğluna öz adını qoyaraq Ömər adlandırdı” (“Ənsabul-əşraf”, 1-ci cild, səh. 297)...


Qədiri Xumda çölündə İmam Əlinin (ə) xilfatini inkar edənə nə oldu?!


Əllamə Kalbisi adlı alim \"Ğərirul-Quran\" təfsirinə əsasən belə nəql edir: \"Peyğəmbər (s) Qədir-Xum günü İmam Əlinin (ə) haqqını (vilayət və İmamət) çatdırdıqdan
sonra Cabir ibni Nəzər adlı birisi Peyğəmbərin (s) yanına gələrək belə dedi: \"Ya Muhəmməd! Allahın birliyini və sənin də onun Rəsulu olmağını, namaz qılmağı, oruc tutmağı, həccə getməyi, zəkat verməyi bizə əmr etdin və biz də qəbul etdik. Bütün bunlardan razı deyilmisən ki, əmin oğlun Əlini bizdən (Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır deyərək) üstün tutursan? Bu əmr sənin özündəndirmi, yoxsa Allahdandırmı? Peyğəmbər (s) buyurdu: \"And olsun ki, Allahdandır.\" Cabir (narazı halda) gedərək belə dedi: \"İlahi! Əgər Muhəmməd düz deyirsə göydən başımıza daş yağdır, ya da bizə ağrı verici bir əzab endir.\" Cabir öz camaatına yetişmədən Uca Allah göydən bir daş endirərək onu öldürdü.


190 il ibadət edən rahib, Allahdan nə istədi?


Əbu Talibin zamanında Məsrəm ibn Dəyit ibn Şitqam adlı bir rahib yaşayırdı. Bu insan ibadət etməkdə məşhur olmuşdu. 190 il ibadət etmişdi və Allahdan heç bir şey istəməmişdir. Nəhayət, bir gün Allahdan istəyir: “Allahım! Öz övliyalarından birini mənə göstər!”. Allah Təala Həzrət Əbu Talibi onun yanına göndərir və rahib onu görən kimi ayağa qalxır və başından öpür. Qarşısında əyləşdirir və deyir: “Allah sənə rəhmət etsin, sən kimsən?”. Əbu Talib buyurur: “Təhamə məntəqəsindənəm”. Soruşur: “Abdumənafın hansı tayfasından?”. Deyir: “Bəni Haşimdən”. Rahib yenə ayağa qalxır və onun başından öpüb deyir: “Allaha şükür olsun ki, mənim istəyimi yerinə yetirdi. Məni öldürməyəcəkdir o zamana qədər ki, Öz vəlisini mənə göstərəcəkdir. Sənə müjdə verirəm. Allah sənin müjdəni mənə ilham etmişdir”. Əbu Talib soruşur: “Həmin müjdə nədir?”. Rahib deyir: “Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir...


Kərbəlada 4 oğulu qurban verən ANA kim idi?!


Ümmül-Bəninin dünyaya gətirdiyi 4 oğul Aşurada İmam Hüseynə dayaq idilər. Onların hamısı İmam Hüseyn və Aşura qiyamı yolunda şəhid oldular. Ümmül-Bənin Əbul-Fəzl Abbas adlı elə bir şəxsi dünyaya gətirdi ki, Kərbəla qiyamının ikinci qəhrəmanı oldu. Daha sonra onun Abdullah, Cəfər və Osman adlı oğulları Aşurada şəhid oldular. Bundan sonra ona \"Oğullar Anası\" ləqəbi verildi. Artıq Aşura olub keçmiş, Əhli-beyt əsirləri Mədinəyə qayıtmışdılar. Mədinədə Aşura faciəsinə görə tez-tez əzadarlıq olurdu. Bəni-Haşimin qadınları növhə və mərsiyyə oxuyanda Ümmül-Bənin deyə çağırırdılar. Bir gün Ümmül-Bənin dözməyib dedi: Bundan sonra məni “Oğullar Anası” deyə çağırmayın. Mənim ki indi oğlum yoxdu. (Hamısı Kərbəlada şəhid olmuşdular). Onları mənim yadıma salmayın. Haçansa oğullarım var idi. Onlarla adlanırdım. İndi isə “La Min Bənin\" (Oğulsuz) olmuşam.


Həzrət Loğmanı bu cür hikmətli edən nə idi?


İmam Sadiq (ə) Loğmanın şəxsiyyətini belə təsvir edir: “Loğmana verilən hikmət – nəsli və nəcabəti, malı, ailəsi, bədən qüdrəti, gözəlliyinə görə deyildi. O, Allah yolunda güclü insan, Allah haramlarına qarşı təqvalı, düzgün düşünən, fikir və nəzər sahibi idi. Qəlbini davamlı olaraq təfəkkürlə müalicə edərdi. Nəfsini ibrətlərlə tərbiyə edərdi. Dava edən iki nəfərin yanından keçib getməzdi. Məgər o halda ki, aralarında barışıq bərqərar edərdi. Heç bir zaman bir insandan yaxşı və bəyənilən söz eşitməzdi, məgər o halda ki, onu tərifləyərdi. Ondan soruşardı ki, bu sözü kimdən eşidibdir və təfsiri nədir? Müdriklərin və fəqihlərin məclislərində iştirak edərdi. Qazilər və padşahlarla ünsiyyət qurardı və onlara nəsihət verərdi ki, İlahi imtahana diqqət etsinlər və Allaha söykənsinlər. Davamlı olaraq elm axtarışında idi ki, onun vasitəsilə nəfsinə hakim olsun. Nəfsi istəkləri ilə mübarizə etsin. Heç bir zaman görmədiyi şey haqqında nəzər verməzdi”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter