HƏYATIN SİRRİ NƏDƏDİR?


Həyatın sirri nədədir? “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!» (“Mulk” 30).


Haqqun-nasın pozulmasının Qİyamət əzabına təsİrİ NƏDİR?


Haqqun-nas dedikdə başqalarının sənin boynunda olan bütün haqları nəzərdə tutulur. Haqqun-nas iki hissəyə bölünür: maddi tərəf və abır-şəxsiyyətlə əlaqədar. Maddi haqqun-nas dedikdə, insanların malını məhv etmək, qəsb etmək nəzərdə tutulur. Haqqun-nasın abrı aparmaq hissəsi isə qeybətə, töhmətə, şayiələrə, abrı aparacaq hər bir yersiz sözə aid edilir.


Böhranlı anlarda hansı zİkrlərİ edək?


Мüasir həyatın problemləri o qədər çoxdur ki, bəzən insanın çiyinlərimizi əyir. Bu yükü götürmək bəzən o qədər çətin olur ki, səbrimizi əlimizdən alır. Ancaq bunu bilməliyik ki, naümid olmaq olmaz. Çünki bizim Böyük Allahımız vadır. Qüdrət əli hamını əhatə edir.


Qədr gecəsİ kİmİn üçündür?


Qədr gecəsi elə bir məqama malikdir ki, Quranın söylədiyi kimi dərk ediləsi deyildir. Əgər hər kimsə bu cür əzəmətli bir gecəni dərk edə bilirsə, deməli vəhylə əlaqəsi vardır.
Kuleyni Həsən ibni Abbasdan və o, da Rəsullahdan (s) nəql edir ki, Həzrət səhabələrinə buyurmuşdu: “Qədr gecəsinə imanınız olsun. Çünki bu gecə Əli ibni Əbitalub ilə 11 övladının gecəsidir”.


Ağlın kamİl olmasının nİşanəsİ nədİr?


Kamil İslam dini insana xəlq aləmində çox böyük əhəmiyyət və dəyər verir. Onun üstün xüsusiyyəti kimi ağlı göstərmişdir. Belə ki, səadəti təfəkkürdə, bədbəxtliyi bunun əksində bilir.


Günahkarın axİrətdə nİyə bəhanəsi yoxdur?


İmam Əli (ə) buyurur: “İnsan gərək nəsihəti qəbul etsin. Qiyamət çatmamışdan əvvəl dindar olsun. Günlərin qısalığını düşünsün. Bu dünyada az qalacağına nəzər salsın və onu daha yaxşı mənzilə dəyişdirməsin. Xoş olsun o insana ki, qəlbi salimdir. Hidayət edən Allaha itaət edər və şeytandan uzaq olar. İlahi insanların yol göstərməsi nəticəsində salamata çatar, Hidayət edəninə itaət edər, qapılar bağlanmamış və vasitələr kəsilməmiş xilas yoluna tələsər...


Allah Təala nə zaman qəzəblənir?


Qurani-Kərimə əsasən, Allah fəzl və rəhmət sahibidir. “Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz». (“Ənam” 147).


Yatmaqdan öncə hansı surələrİ oxuyaq?


Yatağa getməmişdən qabaq Quran tilavət etmək qəlbə rahatlıq gətirər. Hədislərdə də bəzi surələrin yatmazdan əvvəl tilavət edilməsi tövsiyə edilmişdir.
Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə oxuyuruq ki, Peyğəmbər (s) də bu cür edərmiş və yatmamışdan qabaq “Musbihat”ı oxuyarmış. Bəzi təfsirçilər bu surənin “Həşr” surəsi olduğunu ehtimal verirlər. Ancaq bu, təsdiq edilməmişdir.


İnsan nİyə Allahdan uzaq düşür?


Allah Təala buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
Allahın istədiyi bəndə olmaq üçün vacibatların rolu böyükdür. Ən mühüm amil budur ki, insan dinə uyğun gəlməyən istəklərindən keçir. Allahın iradə və istəyini özünə hakim edir. Xüsusilə də vacibatlarda, haramı tərk etməkdə. İnsan əgər günahı tərk edərsə, istədiyi məqama çata bilər.


Allahı necə sevmək olar?


Allahı necə sevə bilərəm? İstəyirəm ki, həyat yoldaşımı və övladlarımı Allaha görə sevim. Bunu necə edim?
“İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. (“Bəqərə” 165).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter